8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Çinin Elm və texnologiya Universitetinin zəlzələləri araşdrıan elm adamları Şimali Koreyanın nüvə sınağı sahələrinin bir qisminin çökdüyünü və istifadə üçün yararsız hala gəldiyini açıqlayıb.
Sozcu.info publika.az-a istinadən xəbər verir ki, bu barədə "South China Morning Post” qəzeti məlumat yayıb.
Xəbərə görə, "Punqri” sınaq sahəsinin bir qismi ciddi zərər görüb. Buna görə də bu bölgədə bir daha sınaq keçirilərsə, ətraf mühitin faciəsinə səbəb ola bilər. Çökməyə səbəb isə Şimali Koreyanın son sınağının Mantap dağı altında sınaq keçriməsi olub.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya və ABŞ liderləri ilə görüşməzdən əvvəl nüvə və qitələrarası ballistik raket sınaqlarına son qoyacaqlarını açıqlamışdı. Şimali Koreyada ötən ilin oktyabr ayında nüvə sınağı sahəsində bir tunelin çökməsi nəticəsində 200 nəfər həlak olmuşdu.
Pxenyan hökuməti 2006-cı ildən bəri ən güclü 6-cı sınağını etmişdi. Peykdən fotolar nüvə sınağının edildiyi "Punqri” bazası yaxınlığında torpaq sürüşməsinin meydana gəldiyini ortaya qoymuşdu.