8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Şimali Koreyanın silahlanma proqramı ilə bağlı illərcə davam edən gərginlik Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən iyul ayındakı ballistik raket sınağından sonra daha da artıb. Məhz bundan sonra BMT-nin yeni sanksiyalar paketi təsdiqlənib və ABŞ-la diplomatik gərginliyin dərəcəsi daha da artıb.
Cambridge Universitetinin müəllimi və Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunun əməkdaşı Con Nilson-Rayt Şimali Koreya liderinin nəyə nail olmaq istədiyi və Pxenyanın döyüşkən ritorikasının nə məqsəd daşıdığını izah edir.
ABŞ KDXR-ə nə təklif edə bilər ki, Pxenyanı nüvə proqramını yığışdırmağa məcbur edə bilsin?
ABŞ-la KXDR arasında baş alan "söz davası" və Donald Trampın Quama zərbə təhdidinə "atəş və qəzəblə" cavab verəcəyini nəzərə alaraq, yaranmış vəziyyətdə diplomatiyanın nə dərəcədə faydalı bir vasitə olduğunu demək çətindir. Dövlət katibi Reks Tillerson və Tramp administrasiyasının digər yüksək vəzifəli məmurları diplomatiyanın vacibliyini qeyd edirlər.
Hətta Tramp keçmişdə Kim Çen Ina danışıqlar təklif edib, lakin Şimali Koreyanın dialoq üçün açıq olduğundan xəbər verən heç bir əlamət də yoxdur.
Bu yaxınlarda Avropada Şimali Koreya rəsmiləri ilə iki səviyyədə qeyri-rəsmi danışıqlar Pxenyanın inadkarcasına raket sınaqları və nüvə silahı proqramını davam etdirmək niyyətində olduğunu göstərir.
Nəzəri baxımdan ABŞ KXDR-ə stimul ola biləcək bir neçə variant təklif edə bilər.
Buraya, o cümlədən, Koreya müharibəsinə son qoyacaq sülh danışıqları, diplomatik tanınma üzrə (məsələn, Pxenyanda ABÇ-ın əlaqələr üzrə missiyasının açılması) saziş, yaxud da Koreya yarımadasında adi silahların ixtisarı haqqında sövdələşmə aiddir.
Lakin ən yaxşı hallarda belə, bunların hamısı çox uzunmüddətli hədəflərdir.ABŞ-la keçmiş diplomatik sövdələşmələrin KXDR tərəfindən dəfələrlə pozulması Washington-un güzəştə olan həvəsini tamamilə öldürüb.Hazırda ABŞ-da həm demokratlar, həm də respublikaçılar arasında Şimali Koreyaya dair dərin etimadsızlıq hökm sürür.
Ştatlarda əmindirlər ki, Pxenyanın sakitləşdirilməsi üçün ən yaxşı üsul təzyiq (məsələn, KXDR-dən faydalı qazıntılar və ərzaqın ixracatına dair son BMT sanksiyalarının gücləndirilməsi) və xaricdə Şimali Koreya vətəndaşlarının işləməsinə təsirdən istifadə etməkdir.
KXDR-ə silah nə üçün lazımdır?
2011-ci ilin sonunda hakimiyyətə gəldiyi vaxtdan Kim Jong-un üçün iki sadə məqsəd üstünlük təşkil edib: hərbi modernləşdirmə və Şimali Koreya vətəndaşları üçün iqtisadi çiçəklənmənin təmin edilməsi.
2011-ci ilin sonunda hakimiyyətə gəldiyi vaxtdan Kim Çen In üçün iki sadə məqsəd üstünlük təşkil edib: hərbi modernləşdirmə və Şimali Koreya vətəndaşlarının üçün iqtisadi çiçəklənmə təmin etmək.
KXDR-in nüvə ambisiyalarının kökləri 1960-cı illərə gedib çıxır.
Bunlar, Pxenyanın ABŞ, Yaponiya və Cənubi Koreya kimi ənənəvi düşmənləri ilə açıq qarşıdurmaya və hətta əsas tarixi tərəfdaşları - Rusiya və Çinin etirazlarına baxmayaraq, rejimin siyasi və hərbi muxtariyyətə can atması ilə bağlıdır.
KXDR-in motivasiyası qismən ölkənin öz strateji maraqlarının rasional qiymətləndirilməsi ilə izah olunur.
Liviya ilə İraqın təcrübəsi Pxenyana xatırladır ki, millətin sağ çıxmasının yeganə qarantiyası kütləvi qırğın silahına malik olmaqdır.
Vashington KXDR-ə dair "düşmənçilik niyyətləri" olmadığını vurğulayırsa da, Pxenyan ABŞ-ın nüvə silahına malik və Şimali Koreyadan üstün bir güc olaraq, ölkə üçün açıq-aydın təhlükə kəsb etdiyni deyir: ABŞ-ın Cənubi Koreyada 28 minlik hərbi kontingenti var, və, bundan başqa, Amerikanın hərbi doktrinası xəbərdaredici nüvə zərbəsi imkanını nəzərdən keçirir.
Nüvə və raket sınaqları Kim Çen In üçün identiklik siyasətinin təzahürüdür. Kim-lər sülaləsinin legitimliyi Birləşmiş Ştatlardan müdafiə olunmaq ritorikası ilə bağlıdır.1950-53-cü il Koreya müharibəsi, Şimali Koreya təbliğatına görə ABŞ-ın təcavüzü nəticəsində başlanmışdı. Bu "fakt" Şimali Koreya xalqının gözündə Birləşmiş Ştatları düşmən kimi təsvir etmək üçün istifadə edilir.
Amerika bombardmanı nəticəsində Koreyanın, faktiki olaraq hər, şəhər mərkəzinin dağıdılmasını hələ də xatırlayan yaşlı nəsil üçün bu hekayələr inandırıcıdır.Geniş kütlələr üçün bu inam ölkə rəhbərliyinin hər gün xalq üçün verdiyi bəyanatlarla möhkəmləndirilir.
Trampın əvvəlki daha döyüşkən bəyanatları Kim Çen In üçün mövcud vəziyyəti qoruyub saxlamağa imkan verən bir hədiyyə oldu.
Nüvə silahına malik olan KXDR-in ABŞ-la yanaşı yaşaması mümkündürmü?
ABŞ kəşfiyyatının son hesabatına görə, Pxenyanın ixtiyarında 60-a yaxın atom bombası ola bilər (bəzi təhlilçilər bu təqdiri mübahisə edir).Bundan başqa,iyulun 4-ü və 28-də keçirilən sınaqlar KXDR-in bəzi ABŞ ərazilərinə zərbə endirməyə qadir olduğunu güman etməyə əsas verir.Lakin Vashingtonhadisələrin bu kimi inkişafına yol vermək niyyətində olmadığına işarə edib.
Belə bir addım Şimal üçün təbliğat baxımından qələbə olar və, həmçinin, ABŞ-ın əsas regional müttəfiqləri Yaponiya və Cənubi Koreya ilə münasibətlərini pozar, regionda silahlanma yarışına təkan verər və qlobal nüvə silahı yayılmaması rejimini pozardı.
KXDR-in arzuladıqlarında realistik nə isə varmı?
Pxenyan üçün raket sınağı və nüvə silahı proqramlarının gerçəkləşdirilməsi prioritet olaraq qalır.Kim Çen In üçün bu hakimiyyəti və öz legitimliyini möhkəmləndirmək baxımından vacibdir.KXDR rəhbəri Çinin Şimali Koreya üzərinə ciddi iqtisadi məhdudiyyətlər qoymaq istəməməsindən də arxayın ola bilər - hətta Pekinin bu yaxınlarda BMT sanksiyalarının sərtləşdirilməsini dəstəklədiyinə baxmayaraq.
Kim Çen In hesablamağa qadirdir ki, Birləşmiş Ştatlar onun ölkəsinin hərbi imkanlarının müvəqqəti dondurulma formasını müzakirə etmək zəruriyyəti ilə razılaşa bilər.Bu, strateji vəziyyəti sabitləşdirər və gələcəkdə tərk-silah üçün qapıların açıq olduğuna ümid etməyə əsas verir.
Şimali Koreya Quam yaxınlığında 4 raket sınağının keçiriləcəyini deyib.ABŞ liderləri bilavasitə hücuma dözümlülük göstərməyəcəklər.
Lakin beynəlxalq sulardakı sınaqlar daha ehtiyatlı reaksiya tələb edə bilər. Bu tammiqyaslı hərbi münaqişə həddinə yaxınlaşsa da həmin həddi aşmayacaq. Hazırkı vəziyyət ətrafında müzakirələr 1962-ci ildəki Kuba böhranı vaxtı paralellərə və prezident Con Kennedinin atdığı addımların dəyərləndirməsinə əsaslanır.
Kennedy-nin ehtiyatlılığı və müharibədən yayınmaq istəyi Barbara Tuçmanın I Dünya Müharibəsinin nəticələrini təhlil edən Avqust topları (The Guns of August) kitabının təsiri altında formalaşmışdı. Qəribə olan budur ki, kəskin strateji risk və qeyri-müəyyənlik dövrü yenidən avqust ayına təsadüf edir.