Vasif Talıbovun Bakıdakı şəbəkəsinin taleyi necə olacaq?

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov ətrafındakı müammalar davam etdiyi kimi, “Naxçıvan xanı”nın qanunazidd əməlləri haqqında məlumatlar artmaqdadır. “Yeni Sözçü” qəzetinin 02.12.2022-ci il tarixli sayında Vasif Talıbovun istefa ərsi yazdığı haqqında məlumat yaymışdıq. Bu məlumat Vasif Talıbovun istefa vermək niyyəti ilə bağlı Azərbaycan mediasında yayılan ilk xəbər idi. Son günləisə əksər media resurslarında Vasif Talıbovun istefa ərizəsi yazması ilə bağlı məlumat yayılır. Aydın görünür ki, “Yeni Sözçü” qəzetinin 02.12.2022-ci il tarixli sayında yer alan məlumat həqiqəti əks etdirib. Bu məlumat üzərinə iddia olunan son bilgi ondan ibarətdir ki, Vasif Talıbovun ərizəsinə hələlik baxılmayıb. İddiaya görə, Vasif Talıbovla bağlı qərar bir qədər sonra, onun fəaliyyəti ilə bağlı əksər məlumatlar ictimailəşdikdən və aşkar edildikdən sonra veriləcək. Bu məlumat gerçəkliyi ifadə edirsə, o deməkdir ki, Vasif Talıbov “fəxri təqaüd”ə göndərilməyəcək. Adının çəkilməsini istəməyən siyasi ekspert bildirir ki, əgər Vasif Talıbovun “fəxri təqaüd”ə göndərilməsi nəzərdə tutulsaydı, onunla bağlı belə geniş kompaniya aparılmazdı. “Vasif Talıbovun və yaxınların bu qədər qanunazidd əməlləri ifşa edildikdən sonra cəzalandırılması dövlət hakimiyyəti ilə bağlı sullara səbəb olacaq”.

Vasif Talıbovun və yaxınların qanunazidd əməlləri ilə bağlı ifşalar isə qartopu effekti atmaqda davam edir və ölkəmizin hüdudlarını aşmaqdadır. Türkiyəli iş adamı Ali Serdar Oba Türkiyənin Naxçıvandakı konsulluğu vasitəsilə Vasif Talıbovdan Dövlət Təhlükəsizliyi Xidmətinə şikayət edib. Bununla bağlı Ovqat.com saytının yaydığı məlumata görə, şikayət məktubunda Vasif Talıbov bu xüsusda günahlandırılır.Ordubad rayonu ərazisindəki Parağaçay mis-molib yatağında 5 il ərzində fəaliyyət göstərdiyini və 2.048 milyon dollar xərci çıxıdığını yazan türkiyəli iş adamı, Şərurda illik məhsuldarlığı 1000 ton olan balıq ferması yaratdığını və onun da 415 min dolarını əlindən alındığını qeyd edirTürkiyəli iş adamı 413 min dollar xərclədiyini yazır. Turizm sektorunda qurduğu biznesə Ali Serdar Oba 105 min dollar sərmayə qoyduğunu yazıb. Bunlardan başqa plastik tullantılardan şlanq istehsalı müəssisənin də zorla əlindən alındığını yazan türkiyəli iş adamı haqqını tələb etdiyi üçün müxtəlif bəhanələrlə 5 il müddətinə deportasiya olunub.

Türkiyəli iş adamı Ali Serdar Oba Türkiyənin Naxçıvandakı konsulluğu vasitəsilə Vasif Talıbovdan Dövlət Təhlükəsizliyi Xidmətinə şikayətində bir neçə ilginc məqam da var. Belə ki, türkiyəli iş adamının şikayət ərizəsində yazdığına görə Vasif Talıbovdan şikayət etdiyi üçün məhkəmələr ona düşmən kimi yanaşıblar. Şikayətçi olduğu halda məhkəməyə gedəndə onu məhbus maşınına mindiriblər. Ən ilginc məqam isə Naxçıvan Şəhər Polis İdarəsinin rəisi Mirzə Cəlilovun başçılığı ilə bir qrup tərəfindən öldürülməsinə cəhd edilməsi haqqındakı iddiadır. Qeyd edək ki, Naxçıvan Şəhər Polis İdarəsinin rəisi olmuş Mirzə Cəlilov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2020-ci 27 aprel tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib. Azərbaycanda Fərman vermək hüququ müstəsna olaraq preizdent İlham Əliyevə məxsus olsa da, Vasif Talıbov da kadrlarını vəzifəyə fərmanla təyin edib. Yalnız bu məqam Vasif Talıbovun səlahiyyətlərini aşdığını, özünü dövlət başçısı kimi apardığını sübut edir.

Vasif Talıbovun qanunazidd əməlləri nəticəsində 3 milyon dollar itirdyini, ən azı 10 milyon dollar gəlirindən məhrum olduğunu yazan türkiyəli iş adamı yazdıqlarının araşdırılmasını və ona dəymiş ziyanın ödənilməsi üçün zəruri tədbirlərin görülməsini xahiş edir. Türkiyəli iş adamının yazdıqlarının araşdırılıb, araşdırılmayacağını söyləmək çətindir. AncaqNaxçıvan Şəhər Polis İdarəsinin keçmiş rəisi, MR-nın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mirzə Cəlilovla bağlı iddiaya aidiyyatı orqanlar aydınlıq gətirməlidir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə ləğv olunaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsi yaradılmalıdır. Bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general – polkovnik Arzu Rəhimov Prezident İlham Əliyevə müraciət etməlidir.

 

Vasif Talıbovun qanunazidd əməlləri ifşa olunarkən onun Bakıda şəbəkəsi məsuliyyətdən kənarda qalmamalıdır. Vasif Talıbovun Bakıda ictimai-siyasi mühitə təsir etmək üçün siyasi partiya, vətəndaş cəmiyyəti və mətbuat orqanlarını maliyyələşdirməsi ilə bağlı uzun müddətdən bəri cəmiyyətdə söz-söhbət dolaşır. Bu maliyyələşmə əməliyyatının Vasif Talıbovun ailə şirkətləri üzərindən edildiyi iddiaları var. Aidiyyatı orqanlar araşdırma aparmaqla bu məlumatların həqiqiliyini üzə çıxara bilərlər.

 

Qeyd edək ki, iqtisadiyyat naziri Mikaylıl Cabbarova da hücumların arxasında Vasif Talıbovla bağlı şəbəkənin dayandığı ehtimal olunur. Bu ehtimalın dərindən araşdırılmasına ehtiyac var. “Yeni Sözçü” qəzeti bir zamanlar bir çox korrupsiya faktlarını üzə çıxarmış Araşdırma Qrupunun fəaliyyətini bərpa etsə, Vasif Talıbovun Bakıda ictimai-siyasi mühitə təsir etmək üçün formalaşdırdığı şəbəkənin fəaliyyətini araşdıracaq.

A.Aydın,

“Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti