8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
21 dekabr 2022-ci ildə Rusiya Federasiyası ilə əməkdaşlığa görə həbs edilən Almaniya Federal Kəşfiyyat Xidmətinin əməkdaşı L. Karsten Ukrayna ilə bağlı kəşfiyyat materiallarını Rusiyaya ötürməkdə şübhəli bilinir.
Qafqaz.media bu barədə “Daily Mail”-ə istinadən xəbər verir.
Məlumata görə, ikili agent qlobal kəşfiyyat təşkilatlarının məxfi informasiyalarına, o cümlədən Britaniya kəşfiyyat xidmətinin Ukraynadakı döyüş meydanına aid məlumatlara çıxış əldə edib.
Almaniyanı kəşfiyyat eksperti Erich Schmidt-Enboom hesab edir ki, bu qalmaqal Almaniya kəşfiyyatının xarici həmkarları ilə münasibətləri üçün “dərin nəticələrə” səbəb olacaq. İndi Britaniya kəşfiyyatı Almaniyanı kəşfiyyat xidmətini yüksək məxfi məlumatlarla təmin etmək məsələsinə yenidən baxmaq niyyətindədir.