İordaniyada “yaxşı padşahın nağılı” bitdi –Səudiyyə Ərəbistanı və BƏƏ ölkəni yeni müttəfiqlər axtarmağa sövq edir - TƏHLİL

İordaniyada “yaxşı padşahın nağılı” bitdi –Səudiyyə Ərəbistanı və BƏƏ ölkəni yeni müttəfiqlər axtarmağa sövq edir - TƏHLİL

 

Məhəmməd Ayeş

"Middle East Eye”

 

İordaniyadakı etiraz nümayişlərinin beşinci günündə vəliəhd-şahzadə Hüseyn bin Abdullah gecə küçəyə çıxıb, təhlükəsizlik qüvvələrindən nümayişçiləri və onların ifadə hüququnu qorumalarını istəyib.

Bu, rejimin və kralın iordaniyalılara daha çox vergi tətbiq etməyə çalışan hökumət və onun iddialı başçısını devirməyə razılaşdığını göstərən aydın mesaj idi. Həm də kral, onun məsləhətçiləri və təhlükəsizlik xidməti – hətta hökumət və parlament – iordaniyalıların yüksək qiymətlər və maaşlardan təhlükəli həddə çatan hiddətinin anlamasının əlaməti.

 

Geri çəkilmədən imtina

 

İordaniyanın şimaldan cənubuna və şərqindən qərbinə böyük əksəriyyətin etiraz nümayişlərinə qoşulması ilk dəfə baş verib. 1996-cı ildə yoxsul cənub şəhərlərində çörək qiymətlərinin artmasına etirazlar baş qaldırmışdı; 1989-cu ildə etirazlar Maan ilə məhdudlaşdı və kral Hüseyn aksiyaların qarşısını aldı.

Son etirazlar ötən çərşənbə günü sindikatlar və həmkarlar ittifaqları tərəfindən ümumi tətil çağırışı ilə başlayıb, etirazçılar gəlir vergisi yükünü artıracaq qanun layihəsinin geri çağırılmasını tələb edir.

Hökumət geri çəkilməkdən imtina edib, çünki bu, Beynəlxalq Valyuta Fondunun İordaniyaya dəstək və kreditlər verməyə davam etməsi üçün vacib şərtlərdən biridir.

Etirazçıların tələbləri hökumətin istefaya göndərilməsi tələbinə çevrilib. Bəziləri padşahı hökuməti istefaya göndərmək, parlamenti buraxmaq və korrupsiyaya qarşı mübarizə üçün siyasi sistemin islahını davam etdirməyə çağırıb.

Mühəndislər sindikatının başçısı hökumətin istefa vermədiyi təqdirdə, tətilin ikinci turunun növbəti çərşənbə günü başlayacağını söyləyib. "Çünki tələb olunan şey xalqın deyil, yanaşmanın dəyişdirilməsidir”.

Bu hadisələr hökumətin istefası və gəlir vergisi barədə qanun layihəsinin ləğvi halında belə, İordaniya xalqını sakitləşdirməyəcəyi deməkdir, çünki böhran çox böyük miqyas alıb.

İqtisadi böhran və paralel olaraq siyasi böhran mövcuddur; onları aradan qaldırmaq və ölkənin xilası daha geniş və daha dərin tədbirlər tələb edir.

 

Haqlı qəzəb

 

İlk addım yeni üzvləri ilə hökumət formalaşdırmaq, parlamentin buraxılması və yeni seçkilərin təyin edilməsi olmalıdır. Hökumət və məclisə qarşı hiddət böyükdür.

Yeni hökuməti formalaşdırmaq üçün işdən çıxarılan "böhran hökuməti”nin nazirlərindən birini təyin etmək düzgün deyil; Ömər Razzazın iqtisadi və siyasi böhranın həllinə dair planı olsaydı, o, istefadan əvvəl niyyətlərini açıqlayardı.

İkincisi, İordaniyadakı iqtisadi böhranın əsas səbəblərindən biri, BMT-nin Fələstin qaçqınları üzrə Agentliyinin və Suriyalı qaçqın axını üçün yardımın azaldılmasına əlavə olaraq, Səudiyyə Ərəbistanı və BƏƏ-dən gələn maliyyə dəstəyinin dayandırılmasıdır.

Bu, qismən Qətərlə münasibətlərin bərpa olunması ilə də bağlıdır. Cənnətlə cəhənnəm arasında qalmaq rahatlıq sayıla bilməz; İordaniya Körfəz böhranında hər iki tərəfin dəstəyini itirib. Əmmana tətbiq olunan iqtisadi və siyasi təzyiqlər onu İranla ittifaq axtarmağa məcbur edə bilər. İordaniyanın bölgədə neytral qalması ilə tərəfsizliyin xərclərini ödəmək mümkün deyil. Yalnız Tehranla ittifaqa işarə və ya əlaqələri yaxşılaşdırmaq niyyəti digər oyunçuları İordaniyaya sarı çəkə bilər.

 

Xarici əlaqələrdə yenilik

 

Bir sözlə, İordaniyanın mövcud daxili böhranı onu xarici ölkələrlə münasibətlərini yenidən nəzərdən keçirməyə vadar edə bilər. Bölgədəki mövcud ziddiyyətləri nəzərə alaraq, Əmmanın Qətər, İran və Türkiyə ilə tez bir şəkildə ittifaqa girməyə sövq etməsi mümkündür. Son İslam zirvəsi zamanı İstanbulda kral II Abdullah ilə İran prezidenti Həsən Ruhani arasında səmimi əl sıxma buna işarədir. Qətərin "Əl-Cəzirə” şəbəkəsinin ofislərinin bağlanmasına baxmayaraq, İordaniyada sərbəst fəaliyyət göstərməsi də.

İordaniya da Suriyalı və Fələstinli qaçqınların yükünü çiyinlərinə almaq üçün beynəlxalq dəstəyə ehtiyaclıdır. BMT-nin qaçqınlar üzrə agentliyi, bölgədə Suriyalı qaçqınlara dəstək olmaq üçün 5,6 milyard dollara ehtiyac olduğunu söyləyib, ancaq bu günə qədər vəsaitin yalnız dörddə biri var.

Xarici dəstəklə əlaqədar əhəmiyyətli dəyişikliklər edildikdə, İordaniya daha çox vergi və qiymət artımı tətbiq etməyə borcludur.

Hələ ki yoxsul və orta siniflər etirazlarla daha çox qoşulacaq və yeni baş nazir, Harvard təhsilli iqtisadçı böhran dövründə ölkəni idarə edə bilməyəcək.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti