8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Mədavi əl-Rəşid
"Middle East Eye”
Səudiyyə Ərəbistanının hərbi və dövlət bürokratiyası bir daha silkələnib. Fevralın 26-da kral Salman bir neçə ordu generalı, dövlət məmuru, məhkəmə hakimi, bələdiyyə başçısı və qubernatoru işdən çıxarıb.
Belə dəyişikliklər qeyri-adi deyil, amma həyata keçirilmə zamanı suallar yaradır.
"Yaxşı ovqat” amili
Kənar müşahidəçilər krallığın sabitliyi və son dəyişikliklərin (məsələn, korrupsiyadan təmizlənmənin məqsədəuyğunluğu və Səudiyyə Ərəbistanının neftə olan asılılığını sona çatdırmaq vədi) müdrik qərar olub-olmaması barədə düşüncələrə qərq olduğu bir dövrdə, Səudiyyə rejimi "yaxşı ovqat" amilindən yararlanmaq istəyir.
"Yaxşı ovqat” qadınların yüksək vəzifələrə təyin edilməsi, sürücülük qadağasının ləğvi, qadınların konsertlərə və futbol matçlarına qatılmasına, son zamanlarda isə hərbi xidmətə çağırılmasına imkan verən son islahatlarla bağlıdır.
Son dəyişikliklər dövlət bürokratiyasının daha effektiv olmasını və hesabatlılığını nəzərdə tutmur, bu tədbirlər milli elitanın genişlənməsinə yönəlib. Yeni təyinatlar onsuz da çox böyük dövlət bürokratiyasının daha güclənməsinə səbəb olacaq.
Hamının və hər kəsin padşah və oğlunun perspektivinə "şübhəli baxdığı" bir vaxtda kral dairəni genişləndirməyə məcburdur. "Köhnə qvardiya” yeni nəsillə əvəz edilməli, sonuncunun imkanları, ehtiyatları və nüfuzu artırılmalıdır.
İndi rejimi bəzilərini işdən çıxarmaq, digərlərini təşviq etmək, birini istefaya göndərmək, o birini təyin etməklə, hökumətdə sədaqətli subyektlərin geniş bazasını yaratmağa məcburdur.
Padşah, həmçinin, qadını nazir müavini təyin etmək məcburiyyətində qalıb.
Kral Abdullah da ölümündən əvvəl Anud əl-Faizi təhsil nazirinin müavini təyin etmişdi. Salman 2015-ci ildə padşahlığa başladıqda onu vəzifəsindən uzaqlaşdırdı.
Gender kartı
Xanım Tamadur əl-Ramanın əmək və inkişaf nazirinin müavini təyin edilməsi buna misaldır.
Səudiyyə Ərəbistanı və xarici mediaya göndərilən bu ismarış kifayətli olub, bu "simvolik" təyinat inqilabi dəyişiklik əlaməti kimi oxunur.
Bu təyin qadınların hərbi sahəyə dəvət edilməsi elanından dərhal sonra baş verib.
Qadınların artıq Səudiyyə Ərəbistanında təhlükəsizlik və kəşfiyyat sahələrində işləyir, onlar "bədəl sumaa” adlanan kompensasiya alırlar. Amma "nüfuzunun itirilməsi” müqabilində səxavətli ödəniş xeyli mübahisələr doğurur.
Səudiyyə Ərəbistanı qadınların idarəçilikdə iştirakına dair verilən vəd, BMT, qlobal biznes və Qərb mediası kimi xaricdəki təşkilatlar tərəfindən araşdırmanın aparıldığı vaxtda gender kartının oynanması vacibdir.
Səudiyyə qadınlarını kişilərdən daha çox işə götürmək istəyən xarici investorlara ümid edən Səudiyyə rejimi sərmayədarları könlümü almaq istəyir.
Ancaq qadınların hərbi sahəyə cəlb edilməsi, onları tezliklə Yəmənlə cənub sərhədini və ya Riyad küçələrində patrulluq etməsini, kral ailəsinin və ya həyati əhəmiyyətli neft qurğularının qorunmasında görəcəyimiz mənası vermir.
Yəqin ki, bu, üç ildir gəlişi gözlənilən və nəhayət, Səudiyyə Ərəbistanına göndərilən min pakistanlı əsgərdən ibarət xarici muzdlu briqadanın vəzifəsi olacaq.
Səudiyyə siyasəti və təcrübəsi
Səudiyyə əsgərləri Yəmən sərhədindəki husilər üzərində qələbə qazana bilməyəcəyini isbat edib. Husilərlə üç illik müharibədə gözlənilən qələbəni yeni Baş Qərargah rəisi əldə edə bilərmi?
Yəmən müharibəsi göz qabağındadır. Hava zərbələri yalnız yoxsul ölkəni məhv etməyə müvəffəq olub və sülhü təmin etməyəcək. Siyasi həll – bu müharibəni sona çatdırmaq üçün ölkəyə düşmüş bombaların sayından daha vacibdir.
Digər son dəyişiklik saray gənclərinin qubernator təyin edilməsidir. Bu, Səudiyyə dövlətinin yaranmasından sonra tətbiq edilən təcrübədir.
Yalnız bir neçə istisna olmaqla, vilayətlərdəki bütün yerli qubernatorlar kral ailəsinin üzvlərindən ibarətdir.
Yerli əmirlərə ayrıca büdcə verilir. Vilayət əhalisinin isə nə məclisə seçilmə, nə də hakimiyyət orqanlarında təmsilçiliyi var.
Vilayətlərin heç də hamısı əhəmiyyət daşımır. Riyad qubernatoru kral Salman üçün vacib vəzifədir, amma şimaldakı Cuf və ya ölkənin cənubundakı Nəcran kimi uzaq şəhərin qubernatoru eyni nüfuz, zənginlik və gücü ehtiva etmir.
Buna görə də, bu cür uzaq ərazilərdə padşah bir şahzadə çadırı qurur və az sonra onu digər şahzadə ilə əvəz edir. Bununla da sistemdə payını alaraq onların hər biri rejimin dəstəkçisi olur və onu müdafiə etməyə hazırdır.
Hər halda, uzaq bir əyalətin əmiri təyin olunmaq, mükafatlanma deyil, sürgün kimi görünə bilər. Amma kralın ətasına, gücə və zənginliyə nail olmaq narazı şahzadə olmaqdan daha yaxşıdır.
Son kral fərmanları Səudiyyə siyasətində çətin ki, inqilab doğuracaq.
Heç bir məmur və ya şahzadə vəzifədən uzaqlaşdırmaya etiraz edilə bilməz.
Kral hökmlərinin öz məntiqi var: güclənən müxalifəti zəiflətmə və davamlı loyallıqlar yaratma.
İşdən çıxarılan bir məmur yalnız ümid edir ki, o, günlərin bir günü yenidən nazir mövqeyinə yüksəldiləcək…
Tərcümə: Strateq.az