HELSİNKİ ZİRVƏSİNİN MÜZAKİRƏ MÖVZULARI:təkbətək görüşdə Tramp və Putin nədən danışacaqlar? - TƏHLİL

HELSİNKİ ZİRVƏSİNİN MÜZAKİRƏ MÖVZULARI:təkbətək görüşdə Tramp və Putin nədən danışacaqlar? - TƏHLİL

 

Co Makaron

"Əl-Cəzirə”

 

ABŞ prezidenti Donald Tramp iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə Suriya müharibəsində yeni qələbə qazanmış və Dünya çempionatına ev sahibliyi etməklə, beynəlxalq tanınma əldə edən müzəffər Rusiya prezidenti Vladimir Putinilə görüşəcək.

Rusiya prezidenti Birləşmiş Ştatlar və Avropa Birliyi arasındakı sıxıntılar və İran-İsrail rəqabətindən iki əsas hədəfinə nail olmaq üçün istifadə edəcək: Rusiyanı beynəlxalq təcriddən çıxarmaq və Suriyadakı yeganə qurucu kral olmaq.

Lakin Trampla razılaşma sayəsində Putin ölkə daxilində və beynəlxalq səviyyədə amerikalı vəzifədaşının legitimliyinə böyük təhlükə yaradır. ABŞ kəşfiyyatı və ictimaiyyəti Kremlin 2016-cı ildə prezident seçkilərində Trampa dəstək verdiyinə inanır və Rusiyanın müdaxiləsi ilə bağlı istintaq hələ də davam edir.

Eyni zamanda, Tramp Rusiyanın təcavüzkar mövqeyindən ehtiyat edən çoxsaylı müttəfiq-əleyhdarları ilə qarşı-qarşıyadır. NATO-nun Brüsseldə keçirilən zirvə toplantısı və Böyük Britaniyaya səfərindən sonra Putinlə görüşəcəyi onlardan heç birinin xoşuna gəlmir.

 

Helsinki sammitlərinin tarixi

Zirvə toplantısının yeri kimi, Helsinki seçimi təsadüf deyil. Finlandiya paytaxtı iki digər əhəmiyyətli hadisərl əlaqədar mühüm danışıqlar üçün iki super güc liderlərinə qonaqpərvərlik göstərib.

1990-cı ilin sentyabr ayında İraqın Küveyti işğal etməsindən bir ay sonra ABŞ prezidenti Corc Buş Körfəz böhranını müzakirə etmək üçün Helsinkidə sovet lideri Mixail Qorbaçovla görüşüb.

Berlin divarının dağılmasından sonra Şərq blokunun iflası və Sovet İttifaqının dağılması ərəfəsində Qorbaçov danışıqları zəif mövqedən aparıb. Buş Səddam Hüseyn rejiminə qarşı sanksiyalar tətbiq etmə öhdəliyi götürüb və vəzifədaşının islahat planlarına dəstək verib.

1997-ci ilin mart ayında ABŞ prezidenti Bill Klinton bir sıra təhlükəsizlik və iqtisadi məsələləri, o cümlədən nüvə silahsızlanmasını müzakirə etmək üçün Rusiya prezidenti Boris Yeltsinlə görüşüb. Bu sammitə Rusiya prezidenti əliboş gəlib.

Rusiyadakı iqtisadi vəziyyət, Çeçenistanda qeyri-populyar müharibə davamlı olaraq pisləşirdi. ABŞ-ın maliyyə dəstəyinə ehtiyacı olan Yeltsin Rusiyanın dünya iqtisadiyyatına inteqrasiyasına qarşılığında NATO-nun Şərqi Avropaya yayılmasına razılıq verib. Bu fəlakətli qərara görə rəqibləri onu "ABŞ kuklası” adlandırılmışdı.

İyulun 16-da prezident Tramp Putinlə görüşəcək, lakin bu dəfə liderlərin rolları dəyişib. ABŞ prezidenti evində böhranla qarşı-qarşıya, Rusiyalı vəzifədaşı isə güclüdür və birinci şəxs "Rusiyanın kuklası” kimi qəbul edilir.

 

Tramp-Putin razılaşması

Bu, Trampın 2017-ci ilin yanvar ayında iqtidara gəldiyi gündən etibarən iki lider arasında dördüncü görüş olacaq. 2017-ci ildə iyul ayında Almaniyada keçirilən G20 zirvəsi və ötən il noyabr ayında Vyetnamda keçirilən Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Sammiti (APEC) zirvəsi çərçivəsində onlar iki dəfə bir araya gəliblər.

Sonuncu görüşdən bəri Tramp yerli təzyiqlərə uyaraq dekabr ayında Ukraynaya silah satışını təsdiqləyib, mart ayında Rusiyalı diplomatları ABŞ-dan çıxarıb, Suriya rejiminə zərbə endirib və apreldə rus səlahiyyətlilərə əlavə sanksiyalar tətbiq edib.

Putin də mart 1-də ABŞ-la silahlanma yarışının açıq təhdidlərini ortaya qoyaraq təxribatçı açıqlamalar verib. Daha sonra, yenidən seçildikdən sonra, ABŞ-Aİ ticarət müharibəsi və İranın nüvə problemi böhranından istifadə edərək Fransanı və Almaniyanı səfinə çəkib, Suriya müharibəsi ilə əlaqədar narahatlıqların əsas məqamında İsraillə danışıqlara başlayıb.

Putinin hərəkətləri Trampa milli təhlükəsizliyə məsləhətçi Con Boltonu Moskvaya göndərməkdən başqa heç bir seçim saxlamayıb.

ABŞ prezidenti Rusiyalı vəzifədaşı və tərcüməçisi olmaqla, təkbətək görüşməyi planlaşdırır və bu, ABŞ-da və Avropada narahatlıq doğurur.

Qorxulara baxmayaraq, xüsusi məsləhətçi Robert Möllerin istintaqı yekunlaşana qədər ABŞ-Rusiya münasibətlərində heç bir real irəliləyiş gözlənilmir. ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməsi, Krımın ilhaqının tanıması və ABŞ əsgərlərinin Şərqi Avropadan çıxarılması Helsinki zirvəsinin gündəliyində yoxdur; Trampın əlləri daxili siyasətlə bağlıdır.

Rusiya prezidentinə cazibə verə biləcəyi yeganə məsələ Suriya müharibəsidir. 1990-cı ildə Qorbaçovun etdiyi kimi, Tramp Suriyanı Putinə peşkəş verəcək.

Bu müqavilənin şərtləri artıq mövcuddur. Trampın ən yaxın müttəfiqi, İsrail baş naziri Benyamin Netanyahu Helsinki zirvəsindən beş gün əvvəl – iyulun 11-də Putinlə görüşməyi planlaşdırır; bu, onların 2018-də üçüncü görüşü olacaq.

Rusiya Dəra ssenarisini İsrail işğalı altında olan Colan Təpələri yaxınlığındakı Quneytra əyalətindəki təkrar etmək məqsədilə, İsrailin baş nazirini əməkdaşlığa çağırır. İraq-Suriya sərhədindəki əl-Tanf bölgəsindən ABŞ qoşunlarını çıxarmağı hədəfləyən Tramp, iranlı qüvvələr və vəkillərini Suriyanın cənub-şərqindən uzaq tutulmasını istəyir.

Suriya Trampın son kartı deyil. İstədiyi daha bir şey Putinin İrana qarşı diplomatik hücumda neytral qalmasıdır. Ağ Ev Rusiyanın Səudiyyə Ərəbistanı və OPEK-lə ilkin razılaşmaya əsasən, ABŞ-ın sanksiyalarının qüvvəyə minməsindən sonra İranın neft ixracatının əngəllənməsi qarşılığında neft hasilatını artıracağına ümid edir.

Bu hərəkət nüvə danışıqlarına təsiri artıracaq və noyabr ayında keçirilən aralıq seçkilərdən qabaq ABŞ iqtisadiyyatına mənfi təsir göstərməyəcək. Bundan başqa, Tramp Putinə G7-yə qatılmaq təklifi ilə avropalıları Moskvaya yaxınlaşdıracaq.

Artıq görünür ki, iki lider arasındakı razılıq görüşündən əvvəl hər şey bərkiyir. Rusiya Dərada Rusiya-Suriya əməliyyatında müxalif qruplaşmalara dəstək vermir və Aİ-nin İranla nüvə razılaşmasını xilas etmək cəhdlərinə Moskva passiv yanaşır.

Bununla yanaşı, zirvə toplantısı yaxın vaxtlarda Vaşinqton və Moskva arasında əlaqələrin necə inkişaf edəcəyini göstərəcək. Birbaşa ünsiyyət xətti yenidən qurulacaq, xüsusən də silahlanma ilə bağlı danışıqlar aparılacaqmı? Rusiyanın Vaşinqton səfirinin ABŞ səlahiyyətlilərinə çıxış imkanı olacaqmı? Helsinki sammitindən sonra ABŞ-Rusiya əlaqələrində mühüm irəliləyiş olacaqmı?

Bu sahələrdən hansındasa dəyişiklik baş verəcəksə, ABŞ-Rusiya münasibətlərinə daha çox dinamizm gətirə bilər.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti