“Stratfor”un Yaxın Şərqlə bağlı 2019 proqnozları:“Türklər zəif iqtisadiyyatı gücləndirəcəklər, İran isə dirənməklə yanaşı Amerika ilə hərbi qarşıdurmadan yayınacaq”

“Stratfor”un Yaxın Şərqlə bağlı 2019 proqnozları:“Türklər zəif iqtisadiyyatı gücləndirəcəklər, İran isə dirənməklə yanaşı Amerika ilə hərbi qarşıdurmadan yayınacaq”

 

İkinci hissə

Bölüm: Yaxın Şərq və Şimali Afrika

 

Qısa məzmunu. Yaxın Şərq və Şimali Afrika dünya yollarının dördyolayrıcıdır. Bu bölgə Ərəbistan yarımadası, İran dağları, Türkiyə düzənlikləri, Levanta səhraları, Saxaradan şimala sarı torpaqları və bunların arasındakı bütün sahilləri bürüyür. Xarici oyunçuların arasında sıxılan vilayətlərdə tez-tez olduğu kimi bu bölgənin tarixi ticarət, mübadilə və dartışmalar tarixidir. Türkiyə və İran tarixboyu bu bölgənin əsas gücü olub (Səudiyyə Ərəbistanı və Misir ərəb dünyasında yalnız bu yaxınlarda güclü oyunçu olub) və Yaxın Şərq və Şimali Afrika onların nüfuz uğrunda mübarizəsi şəraitində bu bölgəin daha çox zəif dövlətləri zorakılıq və sabitsizlik səhnəsi olub.

 

2019-cu ilin əsas tendensiyaları

 

ABŞ – İran: toqquşmaya gedən kurs

 

ABŞ-ın başçılığıyla başlanmış sanksiya kampaniyası İrana ziyan vurur, amma İran hökumətinin süqutuna gətirməyəcək, amma bu ölkənin iqtisadiyyatı çox çətin ötüşür. Birləşmiş Ştatlar sanksiyaları sərtləşdirməklə İranı danışıqlar masası arxasına qaytarmağa ümid edir. Amma bu, iş görmür. İran özünün iç qarışıqlıqlarıyla ad çıxardıb, lakin ölkənin partiyaları rejimin dayanıqlığını qiblə götürüb adi siyasətbazlıqdan imtina edəcək. Sanksiyalar əhalinin narazılığını tamamilə gücləndirib, bu isə mühafizəkarlara və mötədil prezident Həsən Ruhaninin administrasiyasına qarşı duran güzəşt əleyhdarlarına siyasi kapital gətirəcək. Sonra, İranın təcavüzkar kəşfiyyatı və təhlükəsizlik xidməti əlavə güc əldə edəcək, çünki İran artan basqı şəraitində özünün müdafiə strategiyasını gücləndirməli olacaq. İran öz düşmənlərinə cavab zərbəsi vurmaq üçün mümkün hər şeyi edəcək, amma hələlik adi silah işlətməklə döyüş əməliyyatları törətməyə başlamayacaq.

Tehranda Qərbin sanksiyalarına Fars körfəzində ABŞ və müttəfiqlərinin gəmilərinə qarşı narahatlıq doğuran hərəkətlərlə, ballistik raket sınaqları keçirmək və yaxud nüvə sahəsində işlərin təzələnnməsilə cavab vermək həvəsi meydana çıxacaq. Amma o buna yalnız bunun mütləq gərək olduğu ən ifrat halda gedər. Tehran hələlik isə kibersavaş, gizli əməliyyatların keçirilməsilə məşğul olacaq və bölgə əlaltıları və oyuncaqlarının yardımıyla ABŞ, İsrail və Fars körfəzi ölkələrinə zərbə vuracaq. İran özünə qarşı hərbi zərbə törətmək istəmir, lakin 2019-da AB tərəfindən siyasi dəstək zəifləyəcəyindən, iqtisadi zəmanətlərin əvəzinə isə siyasi ritorika gələcəyindən Tehran böyük hazırlıqla qəti və daha gerçək cavab tədbirləri görəcək.

 

ABŞ bölgəsəl müttəfiqlərini gücləndirir

 

Birləşmiş Ştatlar özünün, əsasında İranın önlənməsi duran bölgəsəl strategiyasını həyata keçirərək oxşar hədəfləri olan iki qrup müttəfiqə bel bağlayacaq. İranın fəaliyyətindən xeyli dərəcədə rahatsız olan və sərt antiiran siyasəti keçirməyə hazır olan müttəfiqlər birinci qrupa aiddir. Bu, İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləridir. Bu ölkələr on illər boyu aralarındakı  inamsızlıq və ədavəti tez aşır və İrana qarşı kiberməkanda, sanksiyaların həyata keçirilməsində və hətta hərbi sahədə öz fəaliyyətlərini əlaqələndirməyə başlayır. Birləşmiş Ştatlar Fars körfəzində öz müttəfiqlərinə güvənəcək, İranı önləmə strategiyasının gerçəkləşməsində onların yardımına arxalanacaq.

Küveyt, Oman və Qətər tərkibli ikinci qrup müttəfiqlərin bir-birilə əlaqəsi zəifdir və İrana qarşı sərt fəaliyyət göstərməyə xeyli dərəcədə az hazırdır. Bu ölkələr bəzi bölgəsəl dartışma və böhranlarda ABŞ-a strateji, diplomatik və iqtisadi yardım edə bilər. Onların arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi Qətərə qarşı tətbiq edilən mühasirənin intensivliyini zəiflətməyə yardım edər, amma Fars körfəzi ölkələrinin əməkdaşlıq Şurasının üzvləri arasındakı dərin dartışma yenə də saxlanacaq.

 

Səudiyyə Ərəbistanı diqqət mərkəzindədir

 

Səudiyyə Ərəbistanı 2019-cu ildə varis şahzadə Muhəmməd ibn Salman haqda çoxalan təşvişi zəiflətməli olacaq. Səudiyyəli jurnalist Camal Xaşuqci ölkədən qıraqda qətlə yetirildikdən sonra varis şahzadənin bütün fəaliyyəti yüksələn beynəlxalq diqqəti özünə çəkəcək. O, Səudiyyə monarxiyasında qabaqkı kimi möhkəm mövqe tutur, amma, hər necə olsa, onun mövqeyi kral atası Salmanın dəstəyindən asılıdır. Bu arada kral ailəsinin içində sakit müqavimət güclənməkdədir. ər-Riyadın bəzi əsas müttəfiqləri hərbi yardımı və Səudiyyə Ərəbistanına gələn birbaşa xarici yatıtrımları məhdudlaşdırır, ancaq, çətin ki, ən önəmli əlaqələr ciddi dəyişimlərə məruz qalsın.

Xaşuqcinin qətlinin ləkəsi 2019-da da Səud kral evinin üzərində qalacaq. ər-Riyad "Görünən Səudiyyə Ərəbistanı-2030” proqramında ifadə edilmiş hədəflərin gerçəkləşməsini gələn il sürdürəcək. O, 2018-də neft qiymətlərinin yüksəlməsi, İran ixracatının azaldığı şəraitdə hasilatı artırmaq imkanı və qeyri-xammal gəlirləri əldə etmək üzrə yetərincə uğurlu strategiya kimi müsbət iqtisadi əlamətlərin cavabında sərt qənaət rejimini zəiflədəcək. Bu bildirir ki, krallıq Səudiyyə iqtisadiyyatında, özəlliklə əmək bazarında çətin struktur islahatlarından yayına bilər. Mənzil, maaş və yaşayışın keyfiyyəti haqda gileylər dövləti pul kisəsini geniş açmağa vadar edəcək ki, narazılığı pulla boğsun.

 

Qaynayan Suriya qazanı aşıb-daşa bilər

 

Əsasən, beş dövlət – Türkiyə, Rusiya, İran, ABŞ və İsrail Suriya vətəndaş savaşının yekun mərhələsində nüfuz və bu ölkəyə nəzarət uğrunda çarpışır. Moskva və Tehran Suriya prezidenti Bəşər əl-Əsədi qəti dəstəkləyir, amma onların dəstək səviyyəsi izlədikləri hədəflər kimi fərqlidir. Rusiya Suriya münaqişəsindən Yaxın Şərqdə öz təsir və iştirakını genişləndirmək üçün yararlanıb və öz uğurlarını və Suriyada yerləşən hərbi texnika və əmlakını qoruyacaq, amma Moskva Türkiyə, ABŞ, ya da İsraillə açıq dartışmaya girməyə böyük istək duymur. İran isə özəlliklə də Ankara və Vaşinqtona qarşı durarkən Dəməşqə əl uzatmaqla daha təcavüzkar hərəkət edir. Tehran Suriyada qruplaşmalarını artıraraq bunda İsrailin qabağını almaq və qonşu Livanda onun  üçün nüfuzlu müttəfiq olan "Hizbullah”ı təchiz etməkdə vasitə görür. İsrail İranın planlarını pozmağa səy edərək bununla yanaşı Rusiya ilə bilməyərəkdən münaqişə törətməkdən ehtiyatlanacaq.

Türkiyə və ABŞ qabaqkı kimi Əsəd hakimiyyətinə qarşı çıxış edəcək. Bu iki ölkə NATO üzrə müttəfiq olsa da, Suriyada hər birinin öz məqsəd və niyyətləri var. Birləşmiş Ştatlar diqqətini İŞİD-in qalıqlarını məhv etməyə toplayıb, amma Vaşinqton da özünün antiiran strategiyası çərçivəsində Tehranın bu ölkəyə təsirini zəiflətməyə çalışır. İrana qarşı əks təsir ABŞ və Rusiya arasında çəkişmə doğurur. Moskva İranı Suriyadan sıxıb çıxartmağı bacarmır və istəmir. Münaqişəsizləşdirmə üzrə səylərə baxmayaraq, Amerika və Rusiya qoşunlarının iştirakıyla hərbi toqquşma qabaqkı kimi mümkündür.

İstisna etmək olmaz ki, 2019-da Suriyada iştirak edən böyük dövlətlərin qatılmasilə münaqişə alovlana bilər.

Türkiyə öz tərəfindən qabaqkı kimi Suriyada kürd güclərinin qarşısını almağa toparlanacaq. Bu, ABŞ üçün problem yaradır, çünki İŞİD-ə qarşı mübarizədə və İrana qarşı əks təsirdə Ankaranın terrorçu qurum saydığı kürd Xalq özünü müdafiə dəstələri onun əlaltısı olub. Türkiyə Suriyanın şimali-qərbində İdlib əyalətini qorumağa söz verib və bu, bölgəsəl tərəfdaş kimi Ankaraya inamı sarsıda bilər, çünki Dəməşq ölkəni tam azad etməyi və nəzarətə götürməyi qarşısına məqsəd qoyub. İdlib Türkiyə, İran, Əsədə sadiq Suriya qoşunları, dolayısıyla Rusiya üçün də gərginlik ocağına dönə bilər. Suriyada maraqlar qarşılıqlı çarpışmada olduğundan isə təsadüfi eskalasiya, ya da hətta dövlətlərarası qarşıdurma ehtimalı heç vaxt olmadığı kimi böyük olacaq, amma tərəflərdən hər biri bundan yayınmağa çalışır.

 

Türkiyə iqtisadiyyatındakı zəifliklərin aradan qaldırılması

 

2019-da Türkiyə üçün ən böyük problem ağır durumdakı iqtisadiyyatı olacaq. Prezident Rəcəb Tayib Ərdoğan təkcə rekord inflyasiya ilə çarpışmalı olmayacaq, həm də özəl şirkətlərin ölkə ÜDM-nin, haradasa, dörddə biri həcminə bərabər olan korporativ borcları problemini çözməli olacaq. O bununla yanaşı lirənin növbəti böhranına yol verməməli olacaq. Ərdoğan yerli hakimiyyət qurumlarına yazda baş tutacaq seçkilər astanasında maliyyə çətinliklərindən rahatsız olan siyasi spektrin ən müxtəlif kəsimlərindəki türkləri sakitləşdirərək dilə tutmaqla öz dəstək bazasını genişləndirməli olacaq – özəlliklə də prezidentin millətçilik siyasəti onların bir bölümünə xoş gəlmədiyindən. Türkiyənin zəif iqtisadiyyatı da Qərbdən əsas tərəfdaşlarla münasibətlərdə Ankaranın mövqeyini zəiflədir. ABŞ-ın Türkiyə ilə münasibətləri getdikcə daha da gərginləşir – qismən Ankara Rusiya ilə münasibətləri inkişaf etdirdiyi, Vaşinqton isə Suriyada Xalq özünü müdafiə dəstələrinə əl uzatdığı səbəbindən.

Prezident Rəcəb Tayib Ərdoğan 2019-da Türkiyə iqtisadiyyatının sabitləşdirilməsi üzərində xeyli işləməli olacaq.

Türkiyə ABŞ-ın iqtisadi basqısından zəif qorunduğundan Avropadan xarici yatırım axınını artırmağa çalışır və Avropa iqitsadiyyatlarıyla dayanıqlı münasibət saxlayacaq. Amma Ankaranın Avropa Birliyi ilə ənənəvi dolaşıq münasibətləri bu səylərə mane olacaq. Türkiyə 2019-da öz iqtisadi durumunu sabitləşdirməyə çalışaraq keçmiş Osmanlı torpaqlarındakı müstəqil kürd hərəkatlarının önlənməsi daxil olmaqla iki əsas vəzifənin icrası üçün işi sürdürəcək. Ankara gücü daxilində şimali Suriyaya təsir göstərəcək və İraqın şimalında Kürdüstan Fəhlə Partiyasının mövqelərinə zərbə endiməyi davam etdirəcək.

 

"Stratfor”un qarşıdakı ilə əlavə proqnozları

 

-Səudiyyə Ərəbistanı öz müdafiə sənayesini yaratmaq üçün səylərini sürdürəcək ki, xarici silah tədarükçülərindən asılılığı azaltsın.

-Əlcəzair hökuməti 2019-da prezident seçkiləri astanasında hakimiyyətin ötürülməsi planı səbəbindən ölkədə durumu qarışdıra biləsi yırtıqları yamayacaq.

-İsrail özünün infrastruktur layihələrinin gerçəkləşdirilməsinə yatırımları bundan sonra da arayacaq; amma Çindən pul götürməyə başlasa, bu, ABŞ tərəfindən cəza tədbirləri törədəcək.

-Xaşuqci işi ABŞ-ı səudiyyəlilərin apardıqları Yəmən savaşına yanaşıma  yenidən baxmağa vadar edəcək ki, bu da onun gedişinə təsir edə bilər.

-Vergilər haqda qeyri-populyar qanun İordaniyada bu yaxınlarda etirazlar doğurub, amma Haşimilər krallığında bunsuz da növbəti siyasi böhrana gətirməyə qabil bir yığın problem var.

-İranın raket cəbbəxanası özəlliklə Tehranın bu bölgədəki oyuncaqlarına silah tədarük etmək alışqanlığına malik olmasıyla bağlı İsrailin təhlükəsizliyi üçün ciddi hədə ifadə edir.

-İraqın yeni hökuməti İran daxil olmaqla ona təsir göstərməyə səy edən, rəqabət aparan xarici güclər arasında balans tapmağa çalışacaq.

-Fransa və İtaliya arasındakı rəqabət Liviyanın birləşmək uğrunda öz aralarında rəqabət aparan qruplaşmalarının onsuz da qəliz olan mübarizəsini daha da ağırlaşdıracaq.

 

Ən önəmli tarixlər

 

Yanvar. Yaxın Şərqin "Ərəb NATO”su deyilən strateji alyansının ilk görüşü baş tuta bilər.

Yanvar. Afrika Birliyi dövlətlərinin başçıları Misirdə görüş keçirəcəklər. 17-22 fevral. Parisdə İranın statusunun müzakirə olunacağı pulların yuyulmasıyla mübarizə üzrə maliyyə tədbirlərinin hazırlanması Qrupunun (FATF) plenar toplantısı olacaq.

Mart. Türkiyədə yerli hakimiyyət qurumlarına seçkilər keçiriləcək.

Aprel. Əlcəzairdə prezident seçkiləri baş tutacaq.

Avqust. İran Hörmüz boğazında illik hərbi-dəniz təlimləri keçirəcək. Noyabr. Ayın sonunda İsrail parlamentinə seçkilər keçirilməlidir. Naməlum tarix. 2020-ci ildə İranda parlament seçkilərinin keçirilməsi bildiriləcək.

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}