8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Səudiyyə Ərəbistanı və Qətər ətrafındakı hadisələr ondan xəbər verir ki, biz, çox ehtimal ki, Böyk Yaxın Şərqin yenidən formatlandığı və Yeni Yaxın Şərqə çevrildiyi "Marlezon baleti”nin (məşhur "Dartanyan və üç muşketyor” bədii filmindən qalma ifadə: zamanca son dərəcə uzadılmış tamaşa və yaxud kiminsə ifasında oyun – tərc.) dördüncü hissəsindəyik.
Xatırladım ki, Yeni Yaxın Şərq ideyası ictimai şəkildə ilk dəfə 2006-cı ildə səsləndirilib. Bunu geopolitik səviyyədə 2006-cı ilin iyununda ABŞ dövlət katibi Kondoliza Rays car çəkərək İsrail və Livan arasındakı müharibəni sıradakı ifadəylə səciyyələndirib: "Əslində, bu gün müşahidə etdiklərimiz nəticədə "Yeni Yaxın Şərq”in doğulacağı doğuş ağrılarının başlanğıcıdır və nə etsək də, özümüzə hesabat verməyimiz lazımdır ki, bu Yeni Yaxın Şərqin naminə işləyirik”.
Yeri gəlmişkən, Liviya lideri Müəmmar Qəddafi Raysın bu ifadəsindən sonra suriyalı həmkarı Bəşər Əsədə deyib: "Onlar indi bizim dalımızca gələcəklər”.
Əsəd cavabında ancaq gülüb.
Bu ideyanı hərbi-strateji və əməliyyat-taktiki planda Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin "Armed Forces Journal”-da "Qanlı sərhədlər” başlıqlı məqalə dərc etdirmiş istefadakı zabiti Ralf Peters daha təfərrüatlı şəkildə işləyib.
Peters məqalədə Avropa müstəmləkəçilərinin qurduğu sərhədlərin ədalətsizliyini qeyd edib və onun fikrincə, Yaxın Şərqi daha sakit edəcək variant təklif edib: "Böyük Yaxın Şərqin sərhədləri təbii din-qan bağlılıqlarını ifadə edəcək şəkildə dəyişdirilməsə, onda mənə inana bilərsiniz ki, bu bölgədə axmaqda olan qanın bir hissəsi bizim qanımız olacaq”.
Polkovnik İraqı üç hissəyə bölüb: şimalı yeni "Kürdüstan” dövlətinə verib (Türkiyə və İranda kürdlərin məskunlaşdığı əraziləri də bura əlavə edib); İraqın qərb torpaqlarında və Şərq Suriyada Sünni İraqını yerləşdirib; Fars körfəzindən cənuba – Qətərə qədər uzanan şiə əraziləri Bağdada çatıb.
Əslində, biz indi bir çox baxımdan bunu da müşahidə edirik. Peters müsəlmanların müqəddəs ocaqlarının ərazilərini Səudiyyə Ərəbistanından qoparıb ayrıca islam dövləti düzəldib.
Ralf Peters praktik olaraq bütün Yaxın Şərqin sərhədlərini yenidən cızıb. Azərbaycan, İordaniya və Yəməni qonşuların hesabına əsaslı şəkildə böyüdüb. Amma, budur, Səudiyyə Ərəbistanı, Suriya, İraq, İran və Türkiyə xeyli hissəni "bölüşməli” olub. Burası da var ki, Küveyt və Bəhreynin bəxti lap az gətirib – bu ölkələr gərəksizlikdən ləğv olunub.
Əslində, 2003-cü ildən – ikinci İraq müharibəsindən – Yaxın Şərqdə bütün hadisələr bu strategiyaya sığşır.
Bunu da istisna etmək olmaz ki, Səudiyyə Ərəbistanı və Qətər arasında indiki hadisələr Vaşinqtonun daha irimiqyaslı böyük oyununda yalnız bir epizoddur. Suriyadakı durumun göstərdiyi kimi, uzunmüddətli xarici siyasət hədəflərinə yetişmək üçün Moskva tərəfindən də tam şəkildə istifadə oluna bilər.
Birinci hissə – İraq – ikigedişli idi. Əvvəlcə (avqust 1990-fevral 1991-ci illər) böyük Buş Fars körfəzində amerikalıların özlərinin sanksiyalaşdırdığı İraqın Küveytə müdaxiləsi üzündən savaş təşkil etdi. Sonra kiçik Buş əkiz qüllələrdə dərin dövlətin doğurduğu partlayış nəticəsində ikinci İraq müharibəsini başlatdı (2003-cü ilin martından 2011-ci ilin dekabrına qədər).
İkinci hissə – Misir, Liviya – əvvəlcə praktik olaraq sancısız və sıyrıntısız keçdi: Qəddafi və Mübarək rejimləri devrildi. Laklin sonradan Misirdə əvvəlcə artıq o zaman general Sisini hakimiyyətə gətirmiş Səudiyyə Ərəbistanı ilə "Müsəlman qardaşlar” inqilabçılara bel bağlayan Qətərin münaqişəsi olduqca sürətlə üzə çıxdı və Liviyada bu ölkələrin əvvəlki geopolitik bağlarını geri qaytaran əks-inqilab baş verdi.
Üçüncü hissə – Suriya – Rusiyanın məqsədyönlü fəaliyyəti sayəsində iflasa getdi, buna görə də yubanmadan dördüncü mərhələyə – Ərəbistan yarımadası monarxiyalarının, ola bilsin, məhz başlanğıcını müşahidə etdiyimiz həzminə girişmək qərarı alındı.
Niyəsə əminlik var ki, balaca Küveyt Davidi böyük İraq Qoliafına qalib gəlib, eynilə balaca Qətər Davidi böyük Səudiyyə Qoliafına qalib gələcək (David və Qoliaf – Bibliya personajları-tərc.). Neftli İraqın öz ərazisini neftli Küveytin, indi isə neftli Səudiyyə Ərəbistanının qazlı Qətərin ərazisi hesabına böyümək istəyində olduqca çox analogiyalar var.
Durumun əsas "paya”sı bundan ibarətdir ki, Tramp böyük Buşdan fərqli olaraq elə etdi ki, səudlar nəticədə dünyanın siyasi xəritəsindən qeyb olmağa 380 milyard ABŞ dolları ödəyiblər. Ola bilsin, səudlar Qətərin qarşıdakı udulmasına Trampın qarışmaması üçün sövdələşmənin tərkib hissəsi kimi həmin məbləği ödəyiblər.
Lakin zəmanət haradadır ki, hərbi münaqişə meydana çıxsa, onun gedişində Səudiyyə Ərəbistanı kimyəvi silah işlətməyəcək və yaxud hansısa hərbi cinayətlər həyata keçirməyəcək və nəticədə ABŞ öz xeyirxahlığından vaz keçəcək?
Bunu istisna etmək olmaz. Necə ki münaqişənin hərbi müstəviyə keçəcəyi halda, İranın da buna doğru dartınacağı və artıq İranın Səudiyyə Ərəbistanını məğlub edəcəyi və yaxud hər iki ölkənin polkovnik Petersin xəritəsinə uyğun şəkildə bölünmüş görünəcəyi kimi.
Ola bilsin, Küveyt və Bəhreynə dair ilkin plana dəyişikliklər edilib və bunların əvəzinə Qətər nəzərdə tutulub. Amma sıradakı iki fakt daha mühümdür.
Birincisi, yeni dövlətlərin sərhədləri imkan daxilində lap böyük etnos və xalqların yaşadığı xətlər üzrə ciddi şəkildə ayrıntılanıb. Məsələn, hazırda xalqı bölünmüş və dörd ölkədə yaşamağa məcbur olmuş Kürdüstanı götürün.
İkincisi, daha zəif dövlətlərin, məsələn, Azərbaycanın ərazisi artırılıb – İran əhalisinin 25%-i azərbaycanlılar təşkil edir. Daha güclülərin – İran, Türkiyə və Səudiyyə Ərəbistanının ərazisi əsaslı şəkildə doğranıb. Yəni indiki anda da təkcə Yaxın Şərqdə deyil, həm də bütün dünyada ən kəskin təhlükəsizlik problemləri yaradan ölkələrin geopolitik iddiaları da doğranıb.
Bu dəyişikliklər Rusiyanın maraqlarına cavab verirmi? Düşünürəm ki, bəli. Hər üç ölkə Rusiyaya nisbətdə ya anlaşılmaz, ya ziddiyyətli, ya da təcavüzkar siyasət aparır.
Uyğun olaraq onların indiki geopolitik iddialarsız kiçik bölgəsəl dövlətlərə çevrilməsi məhz Rusiyanın uzunmüddətli milli-dövlətçilik maraqları məcrasına uyğundur.
Və Rusiya və ABŞ-ın Suriya üzrə fəaliyyətinin, heç olmasa, müəyyən hissələrinin (iki ölkə hərbçilərinin qarşılıqlı fəaliyyət xətti üzrə) əlaqələndirilməsinə hansısa bir eyham varsa – belə eyhamlar isə yetərincədir – onda Trampın hakimiyyətə gəlişi ilə Yeni Yaxın Şərqin bütün ərazisində daha geniş spektrdə qarşılıqlı əlverişli fəaliyyət haqda gümanlar yalnız güman olmaqdan çıxır.
Böyük Yaxın Şərq planına Moskvanın mövqeyindən baxılsa, prinsipcə Rusiyanın milli-dövlətçilik maraqlarına zidd deyil – bölgə oyunçularının başı öz tarixi və geopolitik iddiaları ilə oynamağa hədsiz dərəcədə qarışıb, öz gerçək imkanlarını və dünya oyunçularının statusunu son dərəcə ciddi dəyərləndirirlər.
Şübhəsiz, bölgəni elə yenidən formatlamaq lazımdır ki, Rusiyanın həyat önəmli maraqlarına təhdid təşkil etməyi yadırğasın. Bunun üçün əksər ölkələrin ölçüsünü onların geopolitik və hərbi çəkisi ilə uyğunluğa gətirmək, həmçinin millətlərarası və dini müharibələri istisna etmək qəsdilə millət və xalqların tutduğu ərazilərə uyğun olaraq yeni bölgəni maksimal şəkildə məhdudlaşdırmaq lazımdır.
İsətənilən halda Yaxın Şərqdə ölkələr arasında – həm dünya terrorizminin əsas sponsorları, həm də kürəsəl müharibə partiyasının münaqişələrdə indiki fəallığı bütün milli qüvvələrə əl verəcək.
"Külək səpsən, tufan dərəcəksən” – terorra öz nüfuz artımı amili kimi istinad edən və kürəsəl oyunçuların maraqlarını salışdıran siyasi qüvvələr üçün olduqca incə sonluqdur. Görünür, Kreml və Ağ Evin yeni administrasiyası bu terror cinini birgə səylərlə çıxdığı şüşəyə qaytarır.
Yuri Barançik
Regnum İA