Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Türkiyənin Bursa şəhərində FƏTÖ-nün hücrə evlərində aparılan əməliyyatlar zamanı 22 nəfər şübhəli şəxs qismində həbs edilib, bir evde 19 sarı, 9 qırmızı jilet və saxta şəxsiyyət vəsiqələri ələ keçirilib.
Bursa Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları FƏTÖ-nün gizli özəkləri yerləşən 28 hücrə evində əməliyyalar keçirib.
Ünvanların birində aparılan axtarış zamanı Avropada keçirilən küçə yürüşlərində istifadə edilənlərə bənzər 19 ədəd sarı və 9 ədəd qırmızı jilet müsadirə edilib. Bu jiletlərin yenicə alındığı müəyyənləşdirilib. Evlərdə həmçinin, 90 min lirə, 8 min 825 dollar və 1250 avro məbləğində pul və saxta sənədlər, Fətullah Gülənə çəxsus çox sayda kitab və həbs edilən zaman necə davranmalı olduqları barəsində təlimatlar aşkara çıxarılıb.
Qeyd edək ki, son vaxtlar sarı və qırmızı jiletlər dünyada hakimiyyətə qarşı etirazların əsas rəmzinə çevrilib. Moyabrın 17-də Fransada başlanan "sarı jiletlilər” hərəkatı bir sıra Avropa ölkələrinə yayılıb. Hətta İsraildə də insanlar küçələrə sarı jiletlərlə çıxaraq bahalığa qarşı etirazlarını bildirməyə başlayıblar.
Müəyyən qüvvələr son vaxtlarda Türkiyədə də fəsad və qarışıqlıq törətmək üçün bənzər aksiyalar keçirilməsi çağırışıları edirlər.