8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Siyəzən rayonunun Yenikənd sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər iddia edirlər ki, sahələrinə gedən yolu “Azəryolservis" ASC zəbt edib:
“Biz, sakinlər bildiririk ki, pay torpaqlarımız olan sahələr “Azəryolservis" ASC tərəfindən qanunsuz olaraq zəbt edilib. “Azəryolservis" ASC-nin rəhbəri Saleh Məmmədova şikayətlərimizi bildirmişik, lakin heç bir tədbir görülmür.
Yolumuz zəbt olunduğundan, pay torpaqlarımıza getmək üçün əlavə 700 metr məsafə qət etməliyik.
Onu da qeyd ediək ki, 700 metr yolu getsək də, oradakı arxdan yolu də keçmək olmur.
Biz kənd camaatına göz görə-görə zülm verirlər. Müraciət etdiyimiz qurumlar şikayətimizə baxmır”.
Sakinlərin redaksiyamıza göndərdiyi video-müraciəti də olduğu kimi təqdim edirik: