10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Jurnalistlərə mənzilləri kim hədiyyə edib?
- İLGİNC
2010-cu ildən bu yana Azərbaycan Respublikası Prezidenti İlham Əliyev mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar üç sərəncam imzalayıb. Və bu sərəncamlara uyğun olaraq Bakının Bibiheybət qəsəbəsində yaşayış binaları inşa edilib. Onlardan ikisinin açılışı 2013 və 2017-ci illərdə ölkə başçısının iştirakı ilə keçib. Üçüncü yaşayış binası isə hələlik istifadəyə verilməyib. Hazırda iki binada sakinlər yaşayır. Və bizim söhbətimiz də məhz onlar haqqında, daha doğrusu bu binalardakı mənzillərinin özəlləşdirilməsi zamanı meydana çıxmış anlaşılmazlıqla bağlıdır.
Məsələ burasındadır ki, Prezidentinin cərəncamı əsasında tam dövlət vəsaitinə tikilmiş və neçə ildir hər yerdə, hər məqamda ölkə rəhbərinin jurnalistlərə birdəfəlik və əvəzsiz hədiyyəsi olduğu qeyd edilən mənzilləri sakinlər özəlləşdirərkən qəribə vəziyyətlə üzləşiblər. Vaxtilə KİVDF-nin kommunal xidmət göstərmək, əslindəsə bir sıra özəl – kommersiya, inzibati rıçaq vasitəsi və sair məqsədlə təsis etdiyi “Jurnalist evi” MMC, binada yaşayış başlayanadək heç kimin mülkiyyətində olmayan mənzilləri sakinlər özəlləşdirmək istədikdə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (DƏDRX) əldə etdiyi sənədlə həmin adamların mənzillərindən ibarət sahəyə hissə-hissə müvəqqəti sahiblənib (?). Daha sonra daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında mənzilləri sakinlərə notarial qaydada guya bağışlayıb. 2014-cü ildən bəri iki binadan təqribən 360 mənzil bu prosedur həyata keçirildikdən sonra özəlləşdirilib. Müqavilədə “Jurnalist evi” MMC-nin rəhbəri “hədiyyə verən”, sakinin adı isə “hədiyyə alan” kimi göstərilib. Formal yanaşsaq belə çıxır ki, mənzilləri jurnalistlərə Prezident yox, adı çəkilən MMC-nin keçmiş direktoru Bünyamin İsmayılov bağışlayıb. Və bu zaman hər mənzil sahibi nə az, nə çox 287,5 manat haqq ödəyib. Notariat hərəkətlərini paytaxtdakı 53 saylı notariat kontoru (?) icra edib. Yalnız deyilən mərhələni keçəndən sonra jurnalist sakinlər DƏDRX-yə üz tuta biliblər. Və həmin məqamda çıxarış alıb onlara məxsus mənzillərin mülkiyyətçisinə çevrilmək üçün təqribən 150-160 manat dövlət rüsumu, xidmət haqqı ödəyiblər. Beləliklə, çıxarış (“kupça”) hər bir mülkiyyətçiyə 440-450 manata, hətta, bəziləri üçün bir qədər də artıq vəsaitə başa gəlib. Ölkə başçısının hədiyyəsini sanki öz hədiyyəsi kimi sakinə bağışlayan və onun cibinə girən “cəsarətlilər” zərrəcə həya gözləməyiblər. İndiyədək digər kateqoriyadan olan şəxslər (hərbçilər, neftçilər, şəhid ailələri, müharibə veteranları, əlillər və sair) üçün dövlət vəsaitinə tikilmiş binalarda mənzil sahiblərinə orderlə verildiyi və sonrakı mərhələdə bağışlanma müqaviləsiz, yalnız çıxarışa görə dövlət rüsumu, xidmət haqqı ödənilərək özəlləşdirmə prosesi mümkün olduğu halda, nə məqsədlə jurnalistlərlə bağlı belə mövqe tutulub? Hansı hüquq və mənəvi haqla “Jurnalist evi” belə addım atıb? Prezidentin görkəmli sənət adamlarına bağışladığı mənzillər müxtəlif mənzil-tikinti kooperativlərinin şəhərin ayrı-ayrı yerlərində inşa etdiyi binalardan ayrılıb. Və onlar da mənzilləri Bakı şəhər İcra Hakimiyyətindən verilmiş order əsasında alıb, daha sonra adi qaydada özəlləşdirmək imkanına malikdir. Ancaq nədənsə artıq tarixə dönmüş KİVDF inşasını həyata keçirdiyi binalarda yaşayacaq jurnalistləri, yaratdıqları dövlət komissiyası ilə səf-nəzər etdikdən və yekunda adları qurumun müşahidə şurasının qərarına əsasən protokollaşdırdıqdan sonra, necə deyərlər, əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş obrazında görünən “Jurnalist evi” MMC-ni işə qoşublar. Niyə order variantı seçilməyib? Yaxud niyə məlum protokolun surəti DƏDRX-yə göndərilməyib ki, sakinlər həmin quruma üz tutaraq mənzillərini rahatca özəlləşdirə bilsinlər? Baş verənlərin qeyri-qanuni və məntiqsiz olduğunu tanınmış neçə təcrübəli hüquqşünas təsdiqləyib.
Hər iki binadan mənzilini indiyədək özəlləşdirməmiş təqribən 50 jurnalist sakindən 30 nəfərinin imzasıyla 2021-ci il mart ayının 5-də Prezident İlham Əliyevə müraciət etdik. Mənzillərimizin özəlləşdirilməsi zamanı tətbiq edilən daşınmaz əmlakın bağışlanması müqaviləsinin qanunazidd, məntiqsiz və üstəlik ölkə başçısının nəcib işinə xələl gətirən, urvatdan salan əməl olduğunu diqqətə çatdırdıq. Prezident Adminstrasiyasının rəhbəri Samir Nuriyevin dərkənarıyla martın 11-dən Prezidentin köməkçiləri Hikmət Hacıyev və Şahmar Mövsümovun icraatına yönləndirilən məktubumuzun aqibətini öyrənmək üçün əlaqələndirici şəxs kimi dəfələrlə zəng etdim. Və hər dəfə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılova problemin həlli istiqamətində çalışmağın tapşırıldığını söylədilər. Ə. İsmayılovla əlaqə saxladıqda “məktubunuz agentliyin icraatında deyildir və sizə (?) qanunvericiliyin tələblərini izah etmişik” cavabını verdi. Xeyli vaxt ötdükdən sonra – mayın 3-də təkrarən Əhməd İsmayılovun mövqeyini öyrənmək istədikdə MEDİA əməkdaşı “sözünüzü rəhbərliyə çatdırarıq və cavabı bildirərik” dedi. Aradan xeyli vaxt keçib, ancaq hörmətli Ə. İsmayılovdan səs-səmir çıxmır. Hərçənd aprel ayında Prezident Adminstrasiyası ilə növbəti dəfə əlaqə saxlayarkən qurumun əməkdaşı MEDİA-nın icraçı direktoruna Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyilə məlum problemi çözmək tapşırığının verildiyini xatırlatmışdı. Di gəl, məntiqlə jurnalistlərə digər məmurlardan bir köynək yaxın Ə. İsmayılov yaxasını kənara çəkib. MEDİA KİVDF-nin hüquqi varisidir və sələfindən miras qalan problemi həll etmək ən azı agentliyə və onun rəhbərinə hörmət gətirər. Prezidentə müraciət edən jurnalistlərin əsas məqsədi də baş vermiş haqsızlığı aradan qaldırmaq, hər şeyi ədalət, insaf və məntiqlə yoluna qoymaqdır. Təqribən əlli jurnalistlə yanaşı, istifadəyə veriləcək üçüncü binada mənzillə mükafatlandırılacaq 255 həmkarımızın aqibətini də nəzərə alsaq, məsələnin nə qədər ciddi olduğunu şərh etməyə ehtiyac qalmaz. Vaxtilə kimlərinsə səhv müəyyən etdiyi variantın ləğvi bundan sonra üst-üstə üç yüzdən artıq mənzilin lüzumsuz bağışlanma müqaviləsiz, əlavə xərcə düşmədən özəlləşdirilməsinə imkan yaradacaq. Beləliklə, haqq-ədalət yerini tapacaq, Prezidentin hədiyyəsi adına layiq şəkildə ünvanına çatmış sayılacaq. Göründüyü kimi, məsələ daha çox mənəvi əhəmiyyət kəsb edir.
Sonda on həftədən bəri qaldırılan problemin həllini gözləyən həmkarlarımın - qonşularımın adından demək istəyirəm ki, şifahi sözü sənədə tikmirlər. Yəni rəsmi müraciətə rəsmi də cavab verilməlidir. Ən azı ölkədə qüvvədə olan qanunveriçilikdə belə nəzərdə tutulub. Boş-bekar deyilik ki, ərinməz-ərinməz ölkə başçısına məktub yazırıq. Prezident jurnalistlərə nöqsanları dilə gətirməyi, tənqidi fikirdən çəkinməməyi dəfələrlə tövsiyyə edib. Deyirik, buyurun, tədbir görün. Və bu məqamı necə deyərlər, işinin adı jurnalistlərlə çalışmaq olan, ötən ildən bəri neçə yazılı müraciətimizi cavabsız qoymuş, bizi saya salmayan, ixtisasca hüquqşünas Ə. İsmayılovun unutmaması yerinə düşər.
İnşallah tezliklə mənzilini mahiyyətinə uyğun şəkildə özəlləşdirəcəyinə inanan Seymur Elsevər //pravda.az//
Oxşar Xəbərlər
Milli mətbuatın yaranmasından 144 il ötür
“Park Azur”, “AAAF Park”, “Kristal Abşeron”... - Tikinti oliqarxlarının milyonları əllərindən çıxır
Güzəştli şərtlərlə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Mətbuat Şurasının sədri: "Mənzil sahibinə çevriləcək jurnalistlər başqaları deyillər, onlar bizlərdəndir"
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…