8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
Sozcu.info xəbər verir ki, ABŞ-ın İraq və Suriyada İŞİD terror təşkilatına qarşı koalisiyasının komandiri, general Pol Lakamera SDQ-nin (Suriya Demokratik Qüvvələri) Rusiya və Suriya hökuməti ilə razılaşma əldə edəcəyi təqdirdə yardımları kəsəcəklərini bildirib: "Onlar bizim əlaqə saxlamadığımız rejimlə görüşürlər. SDQ Rusiya və ya Əsəd hökuməti ilə ortaq olarsa, ABŞ-ın göndərdiyi yardımlar kəsiləcəkdir. Bizim müttəfiqimiz olacaqları müddətdə SDQ-yə yardımlarımız davam edəcək”.
Verilən xəbərlərə görə, ABŞ prezidenti Donald Trampın Amerika qüvvələrini Suriyadan çıxarmaq qərarından sonra YPG/PKK terror təşkilatının şaxəsi olan SDQ Rusiya qüvvələri və Suriya hökumət ilə danışıqlar aparmağa başlayıb