Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq edən şəxs HƏBS OLUNDU
Bakıda hansı maşınlara maraq öldü
Bortnikov: Qərb xüsusi xidmət orqanları MDB məkanında rəqəmsal təsir şəbəkələri qurur
Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Beyləqanda 28 May – Müstəqillik Günü qeyd olundu
-Fotolar
İlham Əliyev xalqı təbrik etdi
Buraxılış imtahanının nəticələri açıqlandı - 4 nəfər 300 bal TOPLADI -
ADLAR
Donald Tramp İlham Əliyevi təbrik etdi
Ceyhun Bayramov Rusiyaya səfər edə bilər
Yaz sessiyası bitir
ADY gücləndirilmiş iş rejimində çalışacaq
Nazir əmr imzaladı - Bayram günləri ilə bağlı...
Əvvəlki
Sonrakı
İranda keçmiş MMA çempionu edam edildi
Bu gün, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Tramp müharibənin həlli ilə bağlı İranın son təklifindən narazıdır
28-04-2026, 12:14
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Kamran Ramazanlı: Soydaş haqqında qanunun qəbul olunması hər kəsi düşündürməlidir.
“Soydaş” İctimai Birliyinin yaranma zərurəti, ötən müddət ərzində fəaliyyəti və qarşısında duran vəzifələrlə bağlı qurumun rəhbəri Kamran Ramazanlının fikirlərini öyrəndik.
-“Soydaş” İctimai Birliyi hansı zərurətdən yarandı?
-“Soydaş” İctimai Birliyinin yaranması səbəbləri çoxdur. Soydaşlarımıza yönəlik ayrı-ayrı təşkilatlar var. Təəssüflər olsun ki, onlar məqsəd və məramına uyğun fəaliyyət göstərmirdilər. Bu birliyin yaranma səbəbi odur ki ,biz əsasən aborigen soydaşlarımızla əlaqə saxlamağı qarşımıza məqsəd qoymuşuq. Onların problemlərinin ictimailəşdirilməsi, həmin ölkələrin, eyni zamanda Azərbaycanın aidiyyatı strukturları ilə müzakirə edilib, həllinə nail olmaq məqsədi daşıyır. Bildiyiniz kimi aborigen soydaşlarımız Cənubi Azərbaycanda,Dərbənddə, Borçalıda yaşayırlar. Bu istiqamətdə ayrı-ayrı qurumlar fəaliyyət göstərirlər. Ancaq biz iqtidar müxalifət təşkilatları deyil,sırf milli maraqları müdafiə edən bir təşkilat kimi onlarla əlaqə saxlayıb,problemlərinin həlli istiqamətində addımlar atmaq istəyirik.Bütün bu məsələləri nəzərə alaraq “Soydaş” ictimai birliyi yarandı və 2019-cu il 28 sentyabrda təsis yığıncağı keçirildi.Təsis yığıncağını bizim “Soydaş” ictimai birliyinin məsləhət şürasının sədri akademik Ramiz Məmmədov aparırdı. Məhz elə Ramiz müəllimin və digər ağsaqqalların xeyr-duasi ilə bu təşkilat yarandı. Təsis yığıncağından sonra 9 nəfərdən ibarət idarə heyəti,11 nəfər məsləhət şürasının üzvü,3 nəfərdən ibarət nəzarət təftiş komitəsi seçildi. Bizdə idarəetmə kollegiyaldı. İdarə heyəti ümumi yığıncaqda seçilir.Mən idarə heyətinin ilk yığıncağında 2 il müddətinə sədr seçilmişəm. Nizamnaməmizdə yazılır ki,bir şəxs iki dəfədən artıq sədr ola bilməz. Yəni tam demokratik və kollegial idarə etmə üsulu seçmişik.
-“Soydaş” İctimai Birliyinin yaranmasının bir ili taman oldu. Bu bir il müddətində birlik hansı işləri görüb?
Birlik yaranandan sonra oktyabr ayı ərzində sənədlərimizi Ədliyyə Nazirliyinə təqdim etdik və mətbuat konfransı keçirdik. İctimaiyətə məqsədimiz və məramımız haqqda məlumat verdik. Daha sonra müəyyən problemlər ətrafinda tədbirlərimiz oldu və böyük bir layihəni başladıq. “Ulu baban kim olub”- layihəsi tarix elmləri doktoru Fəxri Hacılarla birlikdə həyata keçirilir. Gürcüsatanda yaşayan soydaşlarımız hansı bölgələrdə yaşayırlarsa onların kameral siyahı üzrə neçə nəfər olublar, necə vergi ödəyiblər və s.öyrənilir. Bütün məsələlərlə bağlı 5 kitab nəşr etdik. Kitabın tərtibçisi tarix elmləri doktoru Fəxri Hacılardı. Daha sonra soydaşlarımızın ciddi problem ilə bağlı Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynova müraciət edib, bir tədbir eləmək istədiyimizi bildirdik. Burada soydaşlarımızın həm ümumi problemindən, həm də hüquqi məsələlərdən söhbətlər etdik. Yeri gəlmişkən Vüsal müəllimə minnətdarlıq etmək istəyirəm ki, hər zaman bizim tədbirlərdə dövlət miqrasiya xidmətinin səlahiyyətli şəxsi kimi iştirak edib. O cümlədən tədbirimizdə 3 yüksək rütbəli dövlət miqrasiya xidmətinin təmsilçisi iştirak edirdi, soydaşlarımıza oarada ümumi şəkildə hüquqi yardım göstərildi, həm də 94 nəfər soydaşımızın şəxsi problemlərini qanunvericilik çərçivəsində həllini tapdı. Dövlət miqrasiya təşkilatı ilə əməkdaşlığımız bu günə qədər də davam edir. Bilirsiz ki, Azərbaycanda pandemiya dövründə bütün dünyada yaşayan soydaşlarımızın nümayəndələri vardı. Onların çoxsaylı problemlərini yenə də miqrasiya xidməti ilə birlikdə istər sənədləşmə, istır hüquqi yardım və digər məsələlərdə dəstək verdik. Daha sonra Gürcüstanlı soydaşlarımızın Gürcüstan dövlət nömrə nişanlı avtobillərlə bağlı yaşadığı ciddi problemə dair tədbirlər həyata keçirdik. Təəssüflər olsun ki, Dövlət miqrasiya xidməti ilə bağlı dediyim xoş sözləri Gömrük komitəsi rəhbərinə aid edə bilmirəm. Dövlət miqrasiya xidməti bizim müraciətimizdən,öz köməkliyimizi təklif edəndən sonra artiq onlayn rejimdə qeydiyyatdan keçmə prosesi başladı.Digər sahələrdə bizim əməkdaşlar eyni zamanda idarə heyətinin üzvləri,əsasən hüqüqşünas Polad Mehdi və idarə heyətinin üzvü Namiq Veysəl miqrasiya ilə bağlı ciddi fədakarlıq göstərdilər,hər cür yardım etdilər. Gömrük komitəsi ilə bağlı ona görə xoş söz deyə bilmirəm ki,pandemiya dövrü olmasına baxmayaraq müraciətlərə məhəl qoyulmadı və soydaşlarımıza həm maddi,həm mənəvi ziyan vurdular. Nəhayət sonuncu dəfə biz Baş Nazirə müraciət etdik və davamlı bu məsələnin üstünə düşdük. Artıq ziyandan sonra bir qərar qəbul olundu ki, idarə etməmək şərtilə maşınlar həyətlərdə saxlıanıla bilər.Pandemiya miqrasiya ilə bağlı bizim idarə heyətinin üzvləri soydaşlarımıza hər cürə yardım göstərdilər.Eyni zamanda idarə heyətinin üzvlərinin hesabına ianələr toplayaraq Azərbaycanda məcburən qalan 50 imkansız soydaşımıza yardım etdik.Yardımın məbləği hər ailəyə 30 manat dəyərində ərzaq, ümumilikdə 1500 manatdan ibarət idi.Bizim müxtəlif görüşlərimiz,iclaslarımız olurdu.Bu görüşlərdən biri yaxın günlərdə Azərbaycanda axıska türklərinin Vətən cəmiyyətinin sədri İsmayıl Rəhimovla oldu.Müəyyən əməkdaşlıq sahələrini müəyyənləşdirdik və geniş iş tərkibində yenidən görüşümüz olacaq. Planlaşdirdığımız bəzi tədbirləri təəssüflər olsun ki,həyata keçirə bilmədik.Məsələn,akademik Ramiz Məmmədovun martın 15-nə yüksək səviyyədə hazırladığımız yubiley tədbirini məcburən təxirə salmalı olduq. Bu tədbir yenə də qüvvədədir. Pandemiya dövründə üzvülüklə bağlı çoxsaylı onlayn müraciətlər tətbiq etdik. Birliyin üzvləri arasında istər incəsənət adamları, istər xaricdə yaşayan alimlər var və biz bu alimlərin gücündən istifadı edirik ki,bütün dünyada yaşayan soydaşlarımızla əlaqə yaradaq,onların problemlərini müzakirə edək,yaratdıqları QHT-lərlə əlaqəmiz olsun. Pandemiya dövründə Latviyada, Kanadada, Amerikada, Təbrizdə, Almaniyada və digər ölkələrdə olan üzvlərmiz Facebook səhifəsində canlı yayın vasitəsilə birbaşa soydaşlarımızın durumu haqda,yaşadıqları ölkələrin pandemiya ilə mübarizəsi barədə geniş məlumat verirdilər.Əslində biz qarşımıza məqsəd qoymuşuq ki,bütün soydaşlarımızı əhatə edək.Ancaq bizə yaxın dövlət Gürcüstandı və Cənubi Azərbaycandan sonra ən böyük soydaşlarımızın yaşadığı ölkə də Gürcüstandı. İşlərimizin xeyli hissəsi Gürcüstanla bağlı olub. Gürcüstanda yaşayan soydaşımızın sayı yarım milyondur, yarım milyona qədər də Azərbaycanda yaşayır.Nəzərə alsaq ki, hər bir ailədən burda bizim soydaşımız yaşadığı üçün pandemiya dövründə gediş-gəliş çətinləşib. Bu baxımdan onların geri qaytarilmasında da maneələr var idi. Biz həm Azərbaycanın Gürcüstandakı səfirliyi ilə,həm də Gürcüstanın Azərbaycandakı səfirliyi ilə əlaqələr yaratdıq. Soydaşlarımızın,xüsusən də ağsaqqal,ağbirçəklərimizin,uşaqlı qadınlarln vətənlərinə qayıtmasına müəyyən dərəcədə köməkliyimiz dəydi.Bir ilin təxminən 6 ayı pandemiya dövrünə düşüb və qalan dövrdə də nə bacarmışıqsa onu eləmişik. -Soydaş haqqında qanunun qüvvəyə minməsini istər Azərbaycan,istər Gürcüstan,istərsə də İranda çox adam arzulayır.Sizin də sosial şəbəkədə soydaş haqqında qanunun qəbul olması ilə bağlı fikirləriniz var.Bu qanunun qəbul olunması niyə gecikir? Qanunun qəbulunun gecikməsinin bildiyimiz və bilmədiyimiz səbəbləri var. Bu istiqamətdə heç “Soydaş” İctimai Birliyi yaranmamışdan əvvəl təşkilat komitəsi vardı. Aidiyyatı strukturlarla,diaspora komitəsi,miqrasiya xidməti və milli məclisdə bir qrup deputatlarla görüşlər keçirdik. Aktiv şəkildə müzakirələrimiz oldu.Bundan əvvəl də bu məsələ gündəmdə idi. Bu istiqamətdə 7 tədbirimiz oldu.Təşkilat komitəsi olan vaxtı və “Soydaş” təsis olunandan sonra da bu tədbirlərin hər birində həmin aidiyyatı strukturların nümayındələri, Milli Məclisin deputatları iştirak ediblər. Məndə olan məlumata görə, bu layihə diaspora komitəsində hazırlanmışdır və bizim də təkliflərimizin bir hissəsi orada nəzərə alınıb. Eyni zamanda miqrasiya xidmətinin də təklifləri nəzərə alınmışdır.Layihə hazır olduqdan sonra aidiyyatı dövlət strukturlarından rəy almaq üçün göndərilmişdir. Hətta biz bu istiqamətdə soydaşlarımızdan kütləvi surətdə imza topladıq və Prezidentə, Milli Məclisin sədrinə,miqrasiya idarəsinə, diasporanın sədrinə müraciət etmişik.Hər yerdən də bizə rəsmi cavab verilib. İstər sosial şəbəkədə,istər mətbuatda rəsmi cavabları dərc etmişik.Cavab verilib ki,təklifləriniz nəzərə alınıb,bu məsələ diqqətdədir. Bizdə olan məlumata görə bu rəy alınib və keçmiş parlament buraxılmamışdan öncə milli məclisin mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov bəyanət verdi ki,gələcək yeni parlamentin iclaslarının birində Soydaş haqqında qanun qəbul olunacaq.Biz də səbirsizliklə gözləyirik.İndi gözləyirik ki,parlament tam gücü ilə işə başlayandan sonra, bu məsələni yenidən aktuallaşdırıb Milli məclisin deputatlari və aidiyyatı dövlət strukturları ilə təkrar görüşlər keçirəcəyik.Yəni bu qanunun qəbul olunması hər kəsi düşündürməlidir.
-“Soydaş” İctimai Birliyinin fəaliyyətini son dövrlər mətbuat və sosial şəbəkələrdən izləyirik. Təsis konfransını keçirlməsindən xeyli zaman ötsə də Ədliyyə Nazirliyində “Soydaş” İctimai birliyinin qeydiyyatı prosesi gecikir. Bununla bağlı fikirləriniz?
Əlbəttə çox pis durumdu.Ona görə ki,biz sənədləri rəsmi olaraq oktyabr ayında təqdim elədik. Çünki təsisdən sonra bir ay ərzində təqdim olunmalıdır.Sənədlər təqdim olunandan bir müddət sonra aidiyyat və notariat baş idarəsinin rəis müavini Mehman Soltanov cənablarından məktub gəldi ki,qanunvericiliyə verilən müddət uzadılır.Bu məsələyə baxılacaq və sizə məlumat veriləcək.Daha sonra Ədliyyə Nazirliyinin bizim işə məsul xanım əməkdaşı ilə danışdıq ki,bu prosedur necə gedir.Xanım əməkdaş bizə bildirdi ki,bu sənədlərdə “Soydaş”İctimai Birliyi tamamilə sizin fəaliyyətinizin sferasını və istiqamətini müəyyən eləmir.Biz istəyirik ki,tam müəyyən olsun və bəzi təkliflər oldu. “Soydaş” Milli Həmrəyliyin Təbliği İctimai Birliyi.Onu da hazırlayıb təqdim elədik.
-Ümumiyyətlə, birliyin kənar ölkələrdə yaşayan aborigen xalqımızın,xüsusən də Gürcüstanı nəzərdə tuturam,siyasətə qarışacağı, Gürcüstanda keçiriləcək parlament seçkilərinə birliyin müdaxiləsi varmı?
-Xeyr, heç seçkilərə qarışmırıq, heç bir siyasi proseslərdə iştirak etmirik.Yalnız hər birimiz vətəndaş olaraq məsələlərə münasibət bildirə bilərik. O ki, qaldı Gürcüstana başqa dövlət olduğu üçün ora heç bir müdaxiləmiz ola bilməz. Soydaşlarımızdan olan namizədlərin də hər birinə uğurlar arzulayırıq. Soydaşlarımızdan kim seçkidə qalib gələrsə onu da təbrik edəcəyik.
Vəfa Qafarova,
Sozcu.info
Oxşar Xəbərlər
"Soydaş" İctimai Birliyi siyasi fəaliyyət subyekti deyil
Soydaşlarımızla bağlı yeni təşkilat yaranır
Soydaş İB: Zaza Abaşidzenin Gürcüstan türklərinə qarşı təhdid və təhqirləri "təəssüf doğuran insident"dir
“Soydaş” İB və Gürcüstan azərbaycanlıları Prezidentə müraciət etdilər
Xəbər lenti
Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq edən şəxs HƏBS OLUNDU
İranda keçmiş MMA çempionu edam edildi
Bakıda hansı maşınlara maraq öldü
Bortnikov: Qərb xüsusi xidmət orqanları MDB məkanında rəqəmsal təsir şəbəkələri qurur
ŞAD XƏBƏR: Bayrama görə bu şəxlərə pul mükafatı ayrıldı
Ağdaşda avtomobil piyadanı vuraraq öldürdü
Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
Beyləqanda 28 May – Müstəqillik Günü qeyd olundu
-Fotolar
İlham Əliyev xalqı təbrik etdi
Buraxılış imtahanının nəticələri açıqlandı - 4 nəfər 300 bal TOPLADI -
ADLAR
Donald Tramp İlham Əliyevi təbrik etdi
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
Ceyhun Bayramov Rusiyaya səfər edə bilər
Yaz sessiyası bitir
ADY gücləndirilmiş iş rejimində çalışacaq
Pensiya ilə bağlı MÜHÜM XƏBƏR -
Nazirlik AÇIQLADI
Sabahın hava proqnozu AÇIQLANDI
Nazir əmr imzaladı - Bayram günləri ilə bağlı...
Qatarla ölkəyə gələn əcnəbilərə XƏBƏRDARLIQ
Bölgələrə axın başladı: günlük evlər 1000 manata qədər bahalaşdı
Bahar Muradovadan VACİB ÇIXIŞ
Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ!
Prezidentə təbriklər gəlməkdə davam edir
Bakı-Tiflis sərnişin qatarı yola düşdü
Sürücülərə ŞAD XƏBƏR:
Bu yolun bərpasına başlanıldı
Babək Niftəliyevə vəzifə verildi
Metroda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dələduzların YENİ ÜSULU: Vətəndaşların biometrik məlumatları necə ələ keçirilir? -
XƏBƏRDARLIQ
Elmir Həsənli yüksək vəzifəyə təyin edildi
Messi ilə bağlı pis XƏBƏR
Prezidentdən ÖNƏMLİ
SƏRƏNCAM
"Uğur 777" estetik mərkəzindəki qanunsuzluqla bağlı məhkəmə keçirildi
İlham Əliyev müşavirə keçirdi -
FOTO
Xəzər dənizində zəlzələ oldu
XİN Pakistana başsağlığı verdi
Bu ərazidə 4 saat işıq olmayacaq
21 yaşlı qadın qətlə yetirildi -
Əri saxlanıldı
FHN əhaliyə xəbərdarlıq etdi
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi:
Qiymətlər belə dəyişdi
Messi rəsmən milyarder oldu –
Ronaldudan sonra ikinci futbolçu
Omeqa-3 həqiqətən faydalıdır?
“CAVANŞİR QURBANOV ADI NƏSLİMİZİN ƏN BÖYÜK QÜRURUDUR”
– Mircəlal Qurbanovdan mərhum atası haqda duyğusal yazı / VIDEO, FOTO
Bazar günü 28 dərəcə isti olacaq
Təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə 37,1 mln. manat ödənilib
3 BÜRCLƏ bağlı ŞOK XƏBƏRDARLIQ –
Onlarla münasibət qurmayın!
21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ
Azərbaycanda sayğaclar BU CÜR OLACAQ
Bu qidalar sağlam ARIQLAMAĞA kömək edir
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
ŞAD XƏBƏR: Bayrama görə bu şəxlərə pul mükafatı ayrıldı
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
Pensiya ilə bağlı MÜHÜM XƏBƏR -
Nazirlik AÇIQLADI
Sabahın hava proqnozu AÇIQLANDI
Sürücülərə ŞAD XƏBƏR:
Bu yolun bərpasına başlanıldı