Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə

Son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edilərək neft və qaz sektorundan asılılıq azaldılıb və iqtisadiyyatımız şaxələndirilib və Azərbaycanın ümumi daxili məhsulu dörd dəfə artıb. Düşünülmüş sosial siyasət və enerji layihələrinin həyata keçirilməsi nəticəsində qazanılan sərvətin əhalinin bütün seqmentləri arasında ədalətli bölgüsü yoxsulluq səviyyəsini 5,5 faizə qədər endirib. Enerji sahəsinin inkişafı neft hasilatından təbii qaz istehsalına keçməsi, Cənub Qaz Dəhlizinin başa çatdırılması Azərbaycana öz qaz təchizatının coğrafiyasını genişləndirməyə, bir çox ölkələrə qaz ixrac etməyə imkan yaradır.
Avropada Azərbaycan qazına böyük ehtiyacın artması yanacaq enerjisi sahəsinə investisiyaların qoyulmasına və bu siyasətin davam etdirilərək inkişafına səbəb olur.Bununla yanaşı bərpaolunan enerji mənbələrə birbaşa xarici investisiyaların qoyulması, günəş elektrik stansiyalarının açılması ilə bağlıdır. 
Şanlı Zəfərimiz zamanı işğaldan azad olunan torpaqlarımızda infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalı və 2026-cı ilin sonunadək 140 min insanın yerləşdirilməsiplanlaşdırılır. İşğal zamanı etnik təmizləmədən əziyyət çəkən  Azərbaycanın 15 min kvadratkilometr olan ərazi dağıdılıb. Buna baxmayaraq, biz sülh sazişi imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkəyik.
Beynəlxalq arenada müstəqil siyasət yürüdərək artıq dördüncü ildir ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat və 200-dən artıq ölkədən ibarət olanQoşulmama Hərəkatına sədrlik edərək Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə əhəmiyyətli rol oynayırıq.

Ruzilə Möhbalıyeva

Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin direktor müavini

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}