Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinə verdiyi müsahibə

Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsi ilə hərtərəfli tanış olduq. Dövlət başçısı cənab İlham Əliyev müsahibədə çox maraqlı məsələyə toxunarkən  bildirdi ki, Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi. Layihəyə başlayanda biz bunun necə olacağına dair çoxlu müxtəlif ideyalar irəli sürülmüşdü.
 Müsbət reaksiya verənlər də var idi, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idifikirləşirdilər ki, biz bunu həyata keçirə bilməyəcəyik və layihə iflasa uğrayacaq. Lakin biz hər zaman olduğumuz kimi bu dəfə də əzmli idik və bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əlaqəni qurmağa başladıq.
Dövlət başçımız çıxışında “Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Bu, bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik. Biz hər il bunu Bakıda görürük. Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Dəniz kənarında, hətta burada Bakının mərkəzində yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik" deyə qeyd etdi.
Prezident söylədi ki, Azərbaycan neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardı. Neft və qazla zəngin ölkələr günahlandırılmamalıdır, qazıntı yanacağına sahib olmaq onların günahı deyil. 
3500 kilometr uzunluğa malik olan kəmər artıq arzudeyil, real hadisədirDaha çox ölkəni əhatə edən layihəbizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkanverən yeni interkonnektorlardandır. Layihə həqiqətən enerji təchizatınınenerji təhlükəsizliyi ilə bağlı məsələlərincoğrafiyasını tamamilə dəyişirÜmumiyyətlə oil bundanəvvəl başladılan məqsədyönlü təşəbbüsün yaxşınəticələrini görəndəəlbəttə kiinsan özünü hər zaman xoşbəxt hiss edir. 
Sevinc Hüseynova
Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti