Ölüm və əyləncə: insanlara dəhşət yaşadan dünyanın ƏN QORXUNC ŞOUSU

Ölüm və əyləncə: insanlara dəhşət yaşadan dünyanın ƏN QORXUNC ŞOUSU

 

Sizə bir sirr açım. Uşaqlıqdan sirki sevmirəm. Bəziləri deyir, sirk incəsənətin zədələnməmiş ən son növüdür. Əksini düşünürəm. Məncə, sirk insan da daxil olmaqla canlı təbiətin mənliyini incidən, ömrünü ölümün ağzına atmaq üçün tələsən qara dəlikdir. Hətta belə deyim, mənə görə sirk Bermud "dairə"sidir. Ora girdinmi, qurtuluşun yoxdur. Şöhrət səni canına, təhlükə qanına çəkir. İnsan "mən”i ilə də qalmır, heyvana bir tikə çörəkdən rüşvət verib zindan həyatına şərik edir. Hələ mən arenada mümkünsüz fəndləri yerinə yetirən akrobat və janqlyorlara baxıb zədələnən körpə dünyalar haqda susuram.

"Sirk" sözünü dünyamıza qədim romalılar gətirib. Oval formalı arenada atlılar, atlar yarışa çıxar, qladiatorlar məharətini göstərib, vəhşi heyvanlarlarla güləşərmiş. Romanın möcüzəsi sayılan ən qədim sirk bu günədək ziyarətçilərini təəccübləndirməyi bacarır. Sirk arenası qərinələr boyu öz aktuallığını itirmir. Çağdaş dünyamızda minlərlə teatr truppası fəaliyyət göstərir.

Amma nə istəyirsiniz, deyin. Mənim zövq anlayışım sirklə vəhdətdə deyil.

Sirkdə hadisələr heç vaxt öncədən planlaşdırıldığı kimi getmir. Məsələn, bu yaxınlarda İspaniyaya səfər edən Belçika sirkinin başına tragikomik hadisə gəlib. Belə ki, sehr, gülüş, illüziya, heyvanların rəngarəng şousu ilə müşayiət olunan proqram zamanı akrobatların birinin güclü diareyası tutur. Nə qədər qeyri-etik səslənsə də, göydən insanların başına nəcis yağmağa başlayır. Nəzərə alsaq ki, tamaşaçıların çoxu uşaq və yaşlılardan ibarət idi, durum ikiqat çətinləşir. Əslində, nə fərqi var ki, uşaq, ya böyük, nəcis elə nəcisdir. Fakt odur ki, bir akrobatın qarın ağrısı 28 nəfərin psixoloji travmasına səbəb olub.

Məsələyə obyektiv yanaşsaq, sirkdən ən az travma alan elə biz insanlarıq. Ən ağır iztirab da, cəza da dördayaqlı dostlarımızın bəxtinə yazılır.

Bu günlərdə sosial şəbəkələrdə heyvanlara qarşı zorakılıq tətbiq edilən videolar yayıldı. Ədalətsiz dünya bu faktı yalnız bu videodan sonramı dərk etdi?!

Kadrda meymunları döyərək, işgəncə ilə cəmi 10 dəqiqə ərzində bizi güldürəcək hərəkətlər əzbərlədən məşqçiləri görürük. Xatırladım ki, "əhilləşdirmə” aktı Rusiyanın ən məşhur sirk truppasının cəlladları tərəfindən icra olunur. Əllərindəki metal parçası ilə meymunların belinə, əllərinə zərbələr endirən vəhşilər heyvan haqlarının qoruyucuları tərəfindən hiddətlə qarşılandı.

Digər videoçarxda isə boks meydançasındakı "insan” məşqçi kenqurunu yumruqlayaraq öldürür.

"Ringling Bros” adlı sirk fillərlə olan nömrələri ilə tanınır. Kənardan necə də harmonik görünür deyilmi? Körpə fillər məşqçinin komandasına əməl edir, tamaşaçıları gah heyrətləndirir, gah da güldürür. Amma gəlin, görək, bu körpə xortumlar hansı əzablara tuş gəlirlər. Bu truppada çalışmağa hər kəsin vicdanı tab gətirmir.

Bilirsiniz niyə?

Körpə fillər analarından ayrılıb gün ərzində beton üzərində 4 saat məşq edirlər. Gün üzü görmürlər. Pəncələrini aralayıb zəncirləyirlər. Bu dəhşətli əhilləşdirmə prosesində balaca fillər əzab çəkir, qışqırır. Hətta nəzarətçinin bir əlində elektroşok aləti olur. Truppa rəhbərliyi açıqlamasında bildirib ki, bu, sadəcə özünü müdafiə üçündür. Əslində isə heyvanları ram etmək üçün güclü vasitədir.

Sirk artistləri etiraf edirlər ki, heyvanlar ağrını bizim kimi hiss etmirlər və onlara məşq keçərkən bəzən kiloqramlarla ət və digər ərzaqlardan istifadə edirik. Sual yaranır, o dördayaqlıya verdiyin zülmdən sonra önünə atdığın bir tikə ətlə dünya gözəlləşirmi?

Sirkdə baş verən ağılasığmaz insan ölümləri də qan dondurur.

Məsələn, 2015-ci ildə 24 yaşlı sirk artisti Anastasiya Maksimova atla şou zamanı yəhərdən yıxılsa da ayağı ipdən ilişib qalır. Hiddət və qorxu içərisində olan at sahibini bir neçə dəfə arenanın içərisində fırladır. Sonra isə tribunaya cumur. Bir neçə dəqiqədən sonra atı sakitləşdirməyə nail olurlar. 24 yaşı Nastya isə təcili yardım maşınında dünyasını dəyişir. Hadisə araşdırılarkən məlum olur ki, gənc cigid hələ 6 yaşından at belində olub. Hətta bu sahədə bir sıra mükafatlara da layiq görülüb. Xırda texniki səhv peşəkar sirk ustasının həyatını əlindən alıb.

2013-cü ildə keniyalı akrobatlar "Damcı” adlı proqramla dünya qastroluna çıxırlar. Ssenari üzrə qrup 30 metr məsafədən aşağı tullanmalı, həmçinin bu müddət ərzində də müxtəlif akrobatik hərəkətlər həyata keçirməli idi. Bu məsafə təxminən binanın 8-ci mərtəbəsi hündürlüyündədir. Öncə 23 yaşlı Kristofer Kazunqo yerə atlamalı idi. Akrobatın qohumları, eləcə də zalda olan digər izləyicilər heyrətlə ona baxırdılar. Lakin məsafənin yarısında Kristoferin sığorta kəməri açılmır və o, manejə düşür. Beyin sirkələnməsi, onurğa sümüklərində qırıqlara rəğmən akrobat möcüzəvi şəkildə sağ qalır.

Bədbəxt hadisələrdən biri də 2004-cü ildə hamilə məşqçi Svetlana Sobenkonun başına gəlir. Əhilləşdirdiyi pələng ona hücum çəkir. Bədəninin müxtəlif yerlərindən zədə və dərin yaralar alan hamilə qadın körpəsini itirmək təhlükəsi ilə üz-üzə qalır. Doğum vaxtından tez baş verir, xoşbəxtlikdən körpə pələng kimi sağlam doğulur.

Elə o vaxtlarda növbəti faciə baş verir. Dodon adlı ayı öncə Umar Zakirov adlı sirk ustasını parçalayıb yeyir, sonra isə digər məşqçilərə hücum çəkir.

Hələ bu harasıdır?! Sovet dövrünün məşhur sirk klounu İrina Asmus 1986-cı ildə 12 metr məsafədən yıxılaraq səhnədə manejdə dünyasını dəyişir.

Təəssüflə bildirirəm ki, bu siyahını qalaq-qalaq kitablara sığdırmaq olar. Lakin kefinizə acı soğan doğramaq istəmirəm.

Mövzu ilə bağlı Azərbaycanın Amerikada yaşayıb fəaliyyət göstərən dünya şöhrətli sirk artisti Üzeyir Novruzovla əlaqə saxladım. Çünki məni son vaxtlar ən çox heyrətləndirən, "indi yıxılıb qolunu-qıçını qıracaq” deyə qorxuya salan 5 sirk ustasından biridir. Üzeyir Publika.az-a etiraf etdi ki, bədbəxt hadisə onun da başına gəlib. Hətta dəfələrlə ölümün ətrini də duyub.

Картинки по запросу uzeyir novruzov

- Çoxları üçün sirk sadəcə əyləncə məkanıdır. Lakin bu rəngarəng nömrələr ağrı-acı hesabına ərsəyə gəlir. Hətta bəzən ölümlə də nəticələnir. Başınıza gələn ən qorxulu hadisələri bizimlə bölüşməyinizi istəyirəm.

- Haqlısınız, sirk kənardan incəsənətin qeyri-ciddi növü təsirini bağışlayır. Hətta bəziləri bunu klounların mənasız zarafatları kimi qələmə verə bilər. Amma mən sirki həyati risk və çox böyük əmək adlandırardım. Faciəvi hadisələr mənim də başıma gəlib. Hətta bir dəfə çıxış zamanı nərdivandan yıxılıb hər iki qolumu qırmışdım. Üç gün komada qaldım.

- Yəqin ki, karyeranız boyu arenada baş verən faciəvi ölüm hallarının şahidi olmusunuz. Bu, sizi ruhdan salıb?

- Təəssüf ki, dəfələrlə kolleqalarımın ölümünə şahidlik etmişəm. Hətta bəzən ağır zərbədən sonra fiziki fəallıqlarını itirsələr də yaşayacaqlarına ümid etmişəm... Təəssüf ki, tibbi yardım əlacsız qalıb. Amma kədərli notlara köklənmək istəmirəm. Sirk mənim həyatımdır. Getməyi düşünmürəm. Əksinə insanları sevindirməyə davam etmək istəyirəm.

Картинки по запросу uzeyir novruzov

- Şəxsən bir tamaşaçı kimi onu deyə bilərəm ki, mən sevinməkdən çox indi başınıza bir iş gələcək deyə həyəcanlanıram. Əmin olun ki, mən tək deyiləm.

- Tamaşaçılar mənə görə nigaran olursa, bağışlayın. Çünki mən özüm heç qorxmuram. Əksinə arenada olmaqdan böyük zövq alıram. İstəyirəm ki, izləyicilər də mənimlə eyni duyğuları bölüşsünlər.

- Gördüyüm qədərilə çıxış zamanı arenada heç bir sığortanız da olmur.

- Sirkdə müxtəlif janrlar mövcuddur. Amma bildiyiniz kimi hamısında sığorta ilə çıxış etmək mümkün olmur. Ən əsası bu üsul rahat deyil. Amma havada baş tutan nömrələrdə icbari sığorta olmalıdır. Mənim janrımda bu, mümkün deyil. Odur ki, əlavə qorunmadan məhrumam.

Картинки по запросу cirki

Sirkin ən təhlükəli nömrələrindən biri də kanat üzərində gəzməkdir. Gəlin etiraf edək, həyat yolumuzun həmin kanatdan heç bir fərqi yoxdur. Ən əsası istəyimizə uyğun oynatmağa çalışdığımız yırtıcıların da bizi hansı məqamda parçalayacağından xəbərsizik./publika.az/



Oxşar Xəbərlər

Xəbər lenti