Çin nəhəngi ABŞ-a əlavə 1 milyard dollar ödəyəcək –İki ölkə arasında gedən ticarət müharibəsində ilk razılaşma

Çin nəhəngi ABŞ-a əlavə 1 milyard dollar ödəyəcək –İki ölkə arasında gedən ticarət müharibəsində ilk razılaşma

 

Amerika Birləşmiş Ştatlar ilə  Çin ZTE Corp.
 telekommunikasiya nəhənginin biznesdə qalması üzrə razılaşma əldə edib. Ancaq bundan ötrü şirkət 1 milyard dollar da əlavə cərimə ödəməli olacaq. ZTE Birləşmiş Ştatların İran və Şimali Koreyaya sanksiyalarını pozmaqda ittiham olunur.

Cərimələrin məbləği iyunun 7-də açıqlanıb. İndiyədək ZTE sanksiyaları pozduğuna görə 892 milyon dollarlıq cərimə ödəyib.

Ticarət Departamentinin bildirdiyinə görə, ZTE 400 milyon dollarlıq da girov qoymalıdır. Son razılaşmanı pozarsa, bu məbləğ batacaq.

Razılaşmaya görə, ZTE-nin Birləşmiş Ştatlardakı təchizatçılardan avadanlıq almasına qadağa da aradan qaldırılıb. ZTE həmin qadağanın onu çökdürdüyünü bildirmişdi. ZTE-nin şərtlərə necə əməl etdiyini yoxlamaq üçün Birləşmiş Ştatlar şirkətə xüsusi komanda təhkim edəcək. Şirkət direktorlar şurasını, icraedici komandasını da dəyişməlidir.

ABŞ prezidenti Donald Trampın Çin şirkətini xilas etməyə girişməsi bəzi konqresmenlərin tənqidinə səbəb olub, çünki şirkətin yol verdiyi pozuntuları "təhlükəli” sayırlar. "Sərt danışmasına baxmayaraq, ZTE ilə razılaşma prezidentin boşuna güllə atdığını göstərir”, – Senatda demokrat çoxluğunun lideri Çuk Skumer deyib.

Ticarət Departamenti apreldə ZTE-nin ABŞ-dan mobil telefon hissələri və digər kommunikasiya avadanlığı idxal etməsini yasaqlayıb. ZTE isə bu qərarın ondan ötrü ölüm hökmünə bərbər olduğunu və əməliyyatları dayandırdığını bildirib. Bu qadağa ZTE-ni təchiz edən Qualcomm kimi ABŞ şirkətlərinə də ziyan vurub.

Tramp ZTE işinə ötən ay müdaxilə edib, tvitində yazıb ki, Çin prezidenti Si–  Sinpinlə birlikdə ZTE-ni "tezliklə biznesə qaytarmaq”, Çində on minlərlə iş yerini xilas etmək üçün işləyir. O, daha sonra ZTE danışıqlarının Çinlə "daha böyük ticarət sazişinin bir hissəsi” olduğunu yazdı.

ZTE razılaşması iki ölkənin ticarət danışıqlarında irəliləyişə yol aça bilər. Tərəflər bir-birinin 200 milyard dollarlıq məhsuluna tarif qoymaqla hədələyiblər. Çin ABŞ şirkətlərinin öz bazarına buraxılması əvəzində onlardan ticarət sirlərini tələb edir.



Oxşar Xəbərlər

Xəbər lenti