Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Mediada qeyri-dəqiq məlumatlara, xüsusilə də ölkə xaricində olan bəzi şəxslərin sosial şəbəkələr üzərindən yaydığı heç bir əsası olamayn məlumatlara istinad edilərək dövlət orqanlarının fəaliyyətinə kölgə düşürən xəbərlər yayılır. Təssüf ki, mənbənin etbarlılığı son illər mediamızın ən az nəzərə alan məsələlərindən birinə çevrilib. Halbuki, bu gün dünyada medianın ən çox diqqət etdiyi məsələlərdən biri məhz mənbənin etibarlılığı məsələsidir. Mənbənin etbarlığını gözləməyən, məsuliyyətsiz şəxslərin sosial şəbəkə üzərindən yaydığı məlumatlara istinad edərək fəaliyyəti şübhə altına alınan dövlət strukturlarından biri də Səhiyyə Nazirliyi və xüsusilə də Nazirliyin İnnovasiya və Təchizat Mərkəzidir. Məsələn bu yaxınlarda Daha bir "tender oyunu” kimi cəmiyyətin diqqətini çəkəcək başlıqla Milli Məclisin sədri Oqtay Əsədovun qardaşı oğlu Cavid Əsədovun sahibi olduğu "Arash Medical Company” MMC son 9 il ərzində 250 milyon manatdan artıq dövlət satınalması əldə etməsi haqqında məlumat yayıldı. Bu məlumatda yeganə həqiqət Cavid Əsədov adlı şəxslə Milli Məclis sədrinin soyadlarının eyni olmasıdır. Ancaq soyadları eyni olan şəxslərin hökmən qohum olmasını iddia etmək heç bir ölçüyə sığmır. Xüsusilə də bu şəxslərin ölkənin tamamilə fəqli regionlarının sakini olduğu məlumdursa, onları neçə qohum elan etmək olar?
Yeri gəlmişkən onu da qeyd edək ki, məlumatda daha bir ciddi yanlış məqam "Arash Medical Company” şirkətinin MMC-i,yəni Məhdud Məsuliyyətli Cəmiyyət kimi təqdim edilməsidir. Halbuki, hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi ev 26 olan "Arash Medical Company” şirkəti MMC-deyil, QSC-i, yəni Qapalı Səhmdar Cəmiyyətdir. Bu isə o deməkdir ki, "Arash Medical Company” ayrı-ayrı səhmdarlara məxsus şirkətdir. Səhmdarlara məxsus şirkəti isə bir şəxslə məxsus şirkət kimi təqdim etmək böyük yanlışlıqdır. Kamran Məmmədovun təmsil etdiyi "Arash Medical Company” QSC-nin isə bu günə fəaliyyəti ilə bağlı heç bir ciddi irada rast gəlinməyib. Tibbi avadanlıqların və dərmanların idxalatı sahəsində ixtisaslaşmış bir şirkətin 9 il ərzində cəmi 250 milyon manatlıq tender qazanması isə çox da təəccüblü olmamalıdır. Çünki bu hər il orta hesabla 27-28 milyon manatlıq tenderlər deməkdir. Bu rəqəmi ayların sayına böldükdə isə 2.3-2.4 milyon manat düşür. Ancaq 9 ilin ümumi yekunun götürəndə çox böyük əməliyyat görünür.
O ki qaldı Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin fəaliyyətinə, bu qurumaun fəaliyyəti ən yüksək səviyyədə bir neçə dəfə təqdir olunub. Ona görə də mətbuat orqanları qeyri-dəqiq məlumatlara istinad edərək "şok” məlumatlar yazmazdan əvvəl, bir sıra məqamları dəqiqlşdirsələr, cəmiyyətin mediaya inanmsız münasibəti müstəbətə dəyişə bilər.
Arzuman Loğmanoğlu,
"Yeni Sözçü” qəzeti