8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Türkiyədə yaşayan azərbaycanlı "qanuni oğru” Nadir Səlifova ("Quli”) qarşı sui-qəsd planı ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.
Sozcu.info xəbər verir ki, sui-qəsd planının başında Nadir Səlifovla ədavəti olan gürcü əsilli "qanuni oğru” Quram Çixladze (Kvejoviç) dayanır.
Yanvarın 31-də Çixladze və onun rəhbərlik etdiyi dəstə İstanbul Polis İdarəsinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Türkiyə mətbutatının bu gün yaydığı məlumatlarda qeyd edilir ki, iz azdıqmaq üçün Andri Malyi adından istifadə edən Çixladze İstanbulun Sarıyer bölgəsindəki dəbdəbəli villasında ələ keçib. Əməliyyat zamanı bəlli olub ki, Çixladze zirehli avtomobildə gəzir və ciddi şəkildə qorunur. Saxlanılanlar artıq istintaq təcridxanasına köçürülüb.
İddialara görə, Çixladzenin Nadir Səlifovu aradan götürməkdə məqsədi mərhum "qanuni oğru” Rövşən Canıyevin ("Rövşən Lənkəranski”) qisasını almaqdır. Əslində isə gürcü "qanuni oğru”nun "Quli” ilə öz problemi var. Ötən ilin avqustunda İstanbulda Nadir Səlifovla görüşən Quram Çixladze onunla saymazyana danışdığı üçün vurulub. Gürcü qanuni oğrunu vuran qazax əsilli kriminal avtoritet Arman Cumagəldiyev ("Arman Dikiy”) olub. Nadir Səlifov dərhal insidentin qarşısını alıb. Çixladze isə bu olaydan sonra Türkiyəni tərk edərək İsrailə gedib.
Bundan sonra bəzi "qanuni oğru”ların "anti Quli” ittifaqı yaranıb. Nadir Səlifov "qanuni oğru”nun vurulmasına göz yummaqda ittiham edilib. Bu olayla bağlı keçirilən "sxodka”da Arman Cumagəldiyev Çixladzenin "qanuni oğru” olduğunu bilmədiyini deyib. Qazax əsilli kriminal avtoritet bildirib ki, "Quli” ilə görüşdən əvvəl Çixladze ilə rastlaşıb və o özünü biznesmen kimi təqdim edib. Arman Cumagəldiyev əlavə edib ki, özünü biznesmen kimi təqdim edən Çixladzenin "qanuni oğru” olan Nadir Səlifovla saymazyana danışmasını həzm edə bilməyib və ona yerini göstərib.
Lakin Nadir Səlifov məsələnin böyüməsinə imkan verməyib, eyni zamanda Çixladzenin "qanuni oğru” olduğunu bildirib. Bütün bunlardan sonra "sxodka”ya toplaşan "qanuni oğru”lar Arman Cumagəldiyevin təqsiri olmadığı qənaətinə gəliblər. Həmçinin bu olaya görə Nadir Səlifovun ittiham edilməsini əsassız sayıblar.
Lakin məsələ bitməyib. Gürcü əsilli başqa bir "qanuni oğru” Badri Koquaşvili ("Badri Kutaisi”) Nadir Səlifovun "qanuni oğru” titilundan məhrum edilməsi məsələsini qaldırıb. Nadir Səlifova ciddi dəstək verən Suxumi klanının liderlərindən "qanuni oğru” Merab Canqveladze ("Merab Suxumskiy”) və onun yaxın çevrəsi Badir Koquaşvilinin özünün başqa "qanuni oğru”larla problemlərinin olduğunu xatırladaraq bu situasiyada onun kimisə statusdan məhrum etmək hüququnun olmadığını bildiriblər.
Bundan sonra, Badri Koquaşvili Avropada özünə tərəfdar axtarmağa başlasa da, məqsədinə çatmayıb. Gürcü "qanuni oğru” hətta bu məsələyə görə Türkiyə yeraltı dünyasının liderlərindən hesab edilən Sedat Pekərlə də görüşüb. Lakin Nadir Səlifovla isti münasibətləri olan Sedat Pekər ona dəstək verməyib. Sonradan isə Peker açıqlama yayaraq ümumiyyətlə, Koquaşvilinin onunla "Quli” barədə danışmadığını bəyan edib.
Badri Koquaşvilinin çabalarına baxmayaraq "oğru dünyası”nın əhəmiyyətli kəsimi Nadir Səlifova qarşı çıxmayıb.
"Quli”nin "qanuni oğru” titulundan məhrum etməyin mümkün olmadığını görən Quram Çixladze qisasını güc yolu ilə almaq qərarına gəlib. O, əvvəlcə İstanbulda restoranların birində dostları ilə dincələn kriminal avtoritet Məhəmməd Qurbanova ("Maqa Rustavskiy”) hücum edərək onu ağır yaralayıb. Çixladzenin Qurbanovu hədəf seçməsi təsadüfi deyil. "Maqa Rustavskiy” Nadir Səlifovun bacısı oğludur.
Bu insidentdən sonra isə Çixladze dəstə toplayaraq Nadir Səlifovu fiziki cəhətdən məhv etmək istəyib. Lakin İstanbul polisi bu qanlı qəsdin qarşısını alıb.