8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun ("Quli”) "İnstagram”da izləyicilərinin sayı 3800 nəfərə çatıb. Bu, oxuculara az görünə bilər. Lakin nəzərə almaq lazımdır ki, səhifə qapalıdır və Nadir Səlifov hər izləyicini sorğusunu qəbul etmir.
Bəs "qanuni oğru”nun "İntagram”da izlədiyi şəxs varmı? Yenisabah.az xəbər verir ki, "qanuni oğru” yalnız bir nəfəri izləyir. Bu, "İnstagram”da "dianka_qulikanka” psevdonimi ilə tanınan qızdır. Özü barədə məlumatlardan aydın olur ki, Moskvada yaşayan "dianka_qulikanka” Kazan əsillidir. Onun izləyicilərinin sayı 95 mindən çoxdur.
"Dianka_qulinka” "İnstagram” səhifəsində əsasən öz fotolarını paylaşır. Səhifəsində Nadir Səlifovla arasında hər hansı bağlılığı ortaya qoyan, yaxud buna şübhə yaradan paylaşım yoxdur.
Zaman-zaman Nadir Səlifovun rəqibləri sosial şəbəkələrdəki fəallığından ona qarşı istifadə etməyə cəhd göstəriblər. Eyni zamanda Rusiya KİV-lərində vaxtaşırı bu barədə Nadir Səlifovu nüfuzdan salmağa yönəlik materiallar dərc olunub. Lakin bütün bunlara rəğmən "Quli”nin kriminal aləmdəki nüfuzuna xələl gətirə bilməyiblər.