“Lotu Quli” böyük “sxodka”da qalib gəldi

“Lotu Quli” böyük “sxodka”da qalib gəldi

 

Azərbaycanlı "qanuni oğru” Nadir Səlifov ("Quli”) böyük "sxodka”da ona qarşı çıxanlara qalib gəlib. Azinforum.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Nadir Səlifovun "qanuni oğru” statusundan məhrum edilməsini tələb edən Badri Koquaşvili ("Badri Kutaisi”) və ona birmənalı dəstək verən Quram Çixladze ("Kvejoviç”) ilə Emzar Caparidze ("Kvatia”) "oğru dünyası”nın nüfuz sahibləri tərəfindən "qanuni oğru” kimi qəbul edilməyib. Problemin kökü Nadir Səlifova qarşı iddilar Quram Çixladzenin onunla görüşdə vurulması ilə bağlı idi. Həmin görüşdə Nadir Səlifovun yaxın adamı qazax əsilli Arman Cumagəldiyev ("Arman Dikiy”) Quram Çixladzeyə əl qaldırmışdı. Lakin o, Quram Çixladzenin statusundan xəbərsiz olduğunu demişdi. Nadir Səlifov da Arman Cumagəldiyevin cəzalandırılmasına həvəssiz yanaşmışdı. 

Badri Koquaşvili”Quli”yə qarşı koalisiya Bu hadisədən sonra Badri Koquaşvili Nadir Səlifovun "qanuni oğru” statusundan məhrum edilməsi ilə bağlı məsələ qaldırmışdı. Badri Koquaşviliyə Quram Çixladze, Emzar Caparidze və Zaxari Kalaşovdan ("Şakro Molodoy”) dəstək gəlmişdi. Quram Çixladze ilə Emzar Caparidzedən fərqli olaraq Zaxari Kalaşov dəstəyini açıq ifadə etmirdi. Onun niyyəti bu olaydan yararlanaraq Nadir Səlifovun "oğru dünyası”na təsirini zəiflətmək idi. Eyni zamanda özünü gələcək təhlükələrdən sığortalamaq istəyirdi. Nəhayət, Nadir Səlifovun təşkilatçılığı ilə baş tutan "sxodka”da ona qarşı iddialar əsassız hesab edilib. Arman Cumagəldiyev Quram Çixladze ilə aralarında baş verən insidentə aydınlıq gətirib və "sxodka”ya toplaşan "qanuni oğru”ların hər hansı etirazı ilə üzləşməyib. Lakin məsələ bununla bitməyib. Bəlli olub ki, Nadir Səlifova qarşı birləşən "qanuni oğrular”ın özlərinin problemləri var. Aydın olub ki, Badri Koquaşvilinin Roland Qeqeçkori ("Roland Şlyapa”) və Merab Mzarelua ("Duyake”) ilə, Quram Çixladzenin Qoça Maysuradze ("Qoqita”) ilə, Emzar Caparidzenin isə Tariel Oniani ("Taro”) və Merab Suxumski("Pipia”) ilə problemləri var. 

Quram Çixladze  

Onlara bildirilib ki, problemlərini həll etmədən hansısa "qanuni oğru”nu bu statusdan məhrum etmək kimi qədər ciddi bir məsələdə söz sahibi ola bilməzlər. Həmçinin, "sxodka”ya toplaşanlar onların özlərini "qanuni oğru” kimi tanımadıqlarını bəyan ediblər. Digər tərəfdən sxodkada aydınlaşıb ki, bu işlərin başında Zaxari Kalaşov dayanır. Merab Suxumski artıq onun oyunlarından bezdiyini bildirib. Güman edilir ki, yaxın vaxtlarda Zaxari Kalaşovun özü statusunu itirə bilər. Sonda Nadir Səlifov "sxodka”nın qərarını qəbul etməyənlərin ən sərt formada cəzalandırılacağını deyib.



Oxşar Xəbərlər

Xəbər lenti