Azərbaycan əhalisinin təxminən yarısına peyvənd vurulub

Azərbaycanda son sutkada 84247 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sozcu.info verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 46638 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 37609 nəfərdir.
Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 4 798 286 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 777 752 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 020534 nəfərdir.


Oxşar Xəbərlər

Xəbər lenti