Sumqayıt və Xırdalanda zibil problemi: Qurumların yoxsa vətəndaşların səhlənkarlığı? - FOTO

Ötən gün Sumqayıt şəhərində məişət tullantılarının yandırıldığı barədə məlumat vermişdik. Bu gün isə şəhərin küçələrində yararsız vəziyyətdə olan zibil qutuları və dolub-daşan məişət tullantıları gündəmdədir.
(Sumqayıt şəhəri, əsas küçələrdən biri)
Sozcu.info xəbər verir ki, məsələ ilə bağlı paylaşımlar sosial şəbəkədə yayılıb. Belə ki, Sumqayıtda bir çox küçələrdə məişət tullantıları zamanında təmizlənmədiyi üçün qalaqlanır. Bu isə virus mənbəyi deməkdir.
(Sumqayıt şəhər, 17-ci mikrorayon)
Bununla yanaşı bənzər vəziyyət Xırdalan şəhərində də müşahidə edilir. Küçələrə dağılan zibil ətrafa üfunət yayır. Fotonun şəhəri Heydər Əliyev prospekti və Hacı Zeynalabdin Tağıyev küçəsinin kəsişməsində çəkildiyi qeyd olunub.

(Xırdalan şəhəri)
Qeyd edək ki, mövcud vəziyyətin yaranmasına aidiyyəti qurumların laqeyd münasibəti ilə yanaşı ərazidə yaşayan vətəndaşların da məsuliyyətsizliyinə zəmin yaradır. Təəssüf ki, əksər hallarda məişət tullantıları müvafiq qaydada çeşidlənmiş zibil qutularına deyil, ətrafa atılır.


Oxşar Xəbərlər

Xəbər lenti