8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Deyirlər Çaldıran döyüşündən sonra Şah İsmayıl Xətai bir daha müharibə aparmamış,” indi mənim vəzifəm məmləkətin sərhədləri boyunca at oynatmaqdır”. Böyük sərkərdənin sözləri yalnız “at oynatmaq” kimi yozulmamalı ölkənin toxunulmazlığı kimi anlaşılmalıdır.Ölkəmizin müharibədən sonrakı vəziyyəti müəyyən qədər həmin tarixi dövrü xatırladır. Doğrudur, müharibədən məğlub çıxmış şahbabamızdan fərqli olaraq biz tarixi qələbə qazanmışıq. Amma unutmayaq ki, hərb meydanında qazanılmış qələbə siyasi cəhətdən möhkəmlənilməsə, təhlükə altına alına bilər.
O da doğrudur ki, möhtərəm Prizidentimiz əleyhimizə fikir söyləyənləri tutarlı arqumentlərlə anındaca yerində otuzdurur.Amma onu da tutanaqları sabit, davamlı daxili siyasi prosseslərdən qaynaqlanmalıdır.Həm də dünya siyasətinin dinamikası tələb edir ki, ölkədaxili siyasət dərhal buna reaksiya versin, bunula bağlı uzlaşdırılsın. Bu səbəbdən də “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanunu zərurətə çevrimişdir. Çünki əvvəlki qanunu düz otuz il əvvəl 1992-ci il 3 iyun tarixində qəbul edilmişdi və artıq düşmüşdü.Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən zəruri addımların atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclis sədrinə müraciət etmişlər.
Bu qanun irəlidə də toxunduğumuz kimi, beynəlxalq prinsiplərə söykənmiş, daha doğrusu beynəlxalq prinsiplərlə daxili siyasi palitranın uzlaşdırlmasına əsaslanmışdır.Qanunun qəbulu zamanı Venessiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və insan hüquqları prossesinin tələb və tövsiyyələri nəzərdən qaçılmamışdır.
“Siyasi partiyalar haqqında” yeni Qanun diqqət çəkən məqamları bunlardı ki, hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir; dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların fəaliyyətinə təminat verir; dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərir və s. eyni zamanda siyasi partiyalara bir sıra qadağalar da vardır ki, onlardan bəzilərini qeyd edək.
Diqqət yetirilsə dərhal duyular ki, əslində bu qadağalar olub, dövlətin, dövlətçiliyin qorunmasına vətəndaşlarımızın azad və təhlükəsiz yaşamasına fəaliyyət göstərməsinə xidmət edir.
Qanunun qəbul olunmasında hər şey dəqiqliklə ifadə olunmuşdur. O qədər dəqiq ki, müddət tələb olunanda müddət, məbləğ tələb olunanda məbləğ , say tələb olunanda say dəqiq rəqəmlərlə verilmişdir.Diqqət çəkən məsələlərdən biri partiyaların maliyyələşdirilməsinin, daxil olunan maliyyə mənbələrinin və xərclərin şəffaf şəkildə göstərilməsidir. Bəli, məhz şəffaflıq bu Qanunun ən üstün məziyyətlərindəndir.
Heç şübhəsiz, bu qanun mütərəqqi bir xüsusiyyət daşıyıb. Ölkəmizin siyasi sisteminin möhkəmləndirilməsi yolunda növbəti uğurlu addım olacaq.
Kəmalə Məmmədova
Suraxanı rayonu 270 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info