Paşinyan Kişinyova getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Moldovaya işgüzar səfərə gedib.
Sozcu.info xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, baş nazir Kişinyovda Avropa Siyasi Birliyinin ikinci sammitində iştirak edəcək. Sammit çərçivəsində beynəlxalq tərəfdaşlarla ikitərəfli danışıqların aparılması planlaşdırılır.
Moldovanın paytaxtında həmçinin Ermənistanın baş naziri, Fransa prezidenti, Almaniya kansleri, Avropa Şurasının prezidenti və Azərbaycan prezidenti arasında beştərəfli görüşün keçiriləcəyi gözlənilir.



Oxşar Xəbərlər

Xəbər lenti