Ulu Öndər Heydər Əliyevin 24 iyun 1993 –cü ildə Prezident səlahiyyətlərinin icra etməyə başlaması – Xalqın nicat tapması



1993–cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranmışdır. Belə bir durumda Azərbaycan xalqı Heydər Əliyevi Bakıya dəvət etdi. Beləki, mövcud siyasi vəziyyəti yeganə olaraq siyasi lider Heydər Əliyev düzəldə bilərdi.

Beləliklə, 1993-cü il 15 iyun xalqın tələbi ilə Heydər Əliyev Azərbaycan respublikası Ali Sovetin Sədri vəzifəsinə seçilmişdir. Bəli, milli iradənin təntənəsi baş verdi, Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi.

Ulu öndər 1993-cü il iyunun 15-dən  oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etmiş və bu dönəmdə bir sıra yeniliklər tətbiq etmişdir. 24 avqust 1993 –cü il tarixində  Bakıda keçirilən Ümumrespublika Müşavirəsində Heydər Əliyev söyləmişdir: “Azərbaycan xalqının qüdrəti də var, imkanı da var. Azərbaycan xalqı və onun qabaqcıl, işıqlı fikirli adamları, xalqa sədaqətli övladları, xalq üçün ürəyi yanan şəxsləri birləşərək Azərbaycanı bu ağır vəziyyətdən çıxaracaqlar.” 

1993–cü il oktyabrın 3-də keçirilən Prezident seçkilərində Heydər Əliyev prezident seçilmişdir. Heydər Əliyevin birinci( 1993-1998-ci il) və  ikinci prezidentlik dövründə (1998-2003-cü il) həyata keçirtdiyi   iqtisadi, mədəni, hüquqi, sosial islahatlar nəticəsində Azərbaycan Respublikası böyük inamla irəli addımladı və bugünkü uğurların əldə olunması üçün bünövrə  yaratdı.

Bu islahatlara aqrar islahatını, pul islahatını, ilk Konstitusiyanın qəbul olunmasını, senzuranın ləğv olunmasını, Bələdiyyə seçkilərini, Konstitusiya Məhkəməsinin yaradılmasını, Neft kontraktı –“Əsrin Müqaviləsi” nin imzalanmasını  və onlarla digər islahatları aid etmək olar. Böyük uğurlardan biri isə 1994-cü ildə imzalanmış Bişkek protokolu olmuşdur. Belə ki, bu sazişlə cəbhə xəttində atəşkəs elan olumuşdur.

Hal-hazırda bu islahatların davamı  Prezident İlham Əliyev tərəfindən aparılmaqdadır. 

Uğurlu daxili siyasət isə uğurlu xarici siyasət üçün zəmin yaradır! 

Xarici siyasətin böyük Qələbəsi – II Qarabağ savaşında əldə olunan Qələbədir!

 

Afaq Seyidova

Xarici Dillər Təmayüllü Gimnaziyanın tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti