Azərbaycan bütün vasitələrlə münaqişəni sülh yolu ilə həll etməyə çalışdı

Bu gün müasir və modernləşən Azərbaycan dövlətinin əmin-aman, sülh və həmrəyliyi, tollerant mühiti, sülhməramlı niyyəti bütün dünya ölkələrinə bir nümunədir. Bu gün Azərbaycan qüdrətli və güclü orduya malikdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev daim xalqın sülh arzusunu ifadə edərək, bütün münaqişənin sülh yolu ilə, qan tökülmədən və beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görmüşdür. Məhz buna görə də dünyada baş verən neqativ hadisələr fonunda Azərbaycan digər ölkələrin nümunə götürəcəyi müsbət bir modeldir. Müasir dünyada yüksək texnologiyalara sahib inkişaf etmiş böyük dövlətlərin bəşər övladına yardım göstərməkdə tərəddüd etdiyi mövzularda, Azərbaycan öz qucağını dinindən və irqindən asılı olmayaraq, bəşər insanına daim açıb və bu hələ də davam etməkdədir. Bugün Azərbaycan artıq dünya miqyasında bir çox sahələr üzrə öz sözünü demiş, hesablaşılan bir dövlətə çevrilmişdir. Ölkəmizin hər gün daha da çiçəklənib gözəlləşməsi bütün dünyaya güclü bir dövlət olduğunu laiqincə isbat edir.

Azərbaycan dövləti daxili siyasətdə olduğu kimi, xarici syasətdə də başlıca prioritet olaraq dostluq və əməkdaşlıq münasibətləri, mənəvi dəyərlərə söykənən humanizm prinsiplərini üstün götürür. Oktyabr ayının 11-i 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını – Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikovu, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini, Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Terteli, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Sagimbayevi, Qırğızıstanın Baş nazirinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevi, Özbəkistanın Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovu, Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saymumin Yatimovu və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin rəhbəri Yevgeniy Sısoyevi qəbul edib.

Ölkə başçısı sammitdə Azərbaycanın MDB-in işlərində iştirakının önəmini söyləyərək qeyd etmişdir ki, bütün istiqamətlərdə və ən asası regionun sabitlik və təhlükəsizlik baxımında buraya daxil olan ölkələrin strukturlarının böyük əhəmiyyəti vardır.

Ölkələr arasında informasiya mübadiləsinin zəruriliyini qeyd edən ölkə başçısı qeyd etdi ki, sıx əməkdaşlığa, qarşılıqlı fəaliyyətə, məqsədyönlü nəticəyə ölkələr ücün təhlükəsi tendensiya hesab olunan təhdidlərin profilaktikasına və aradan qaldırılmasına bu yollarla nail olmaq olar.

Hazırda ökəmizdə siyasi-iqtisadi vəziyyətin möhkəmliyindən və sosial rifahın yüksəkliyindən söz açan ölkə başçısı ölkədə daxili təhdidlərin artıq olmadığını, Azərbaycanın bir neçə həftə əvvəl həyata keçirtdiyi anti-terror əməliyyatı nəticəsində öz suvernənliyini tam bərpa etməsi haqqında sammit iştirakçılarının dıqqətinə çatdırdı.

Həmçinin qərb mediyasının son illərdə Azərbaycanın qələbəsini, ədalətli savaşımızın nəticəsində öz tarixi torpaqlarımıza yenidən sahib olmağımızı, sülhü bərqərar etməyimizi həzm etməməsi və bununla bağlı mediyalarda səslənən təzadlı fikirlərə aydınlıq gətirən ölkə başçısı tarixi xronologiyalara əsaslanıb qonaqlar üçün kiçik ekskursiya etdi. Dağlıq Qarabağ kimi bir qurumun heç vaxt tarixdə olmaması, minilliklər boyunca yalnız Azərbaycanlıların öz dədə-baba torpaqlarında yaşadığı Qarabağ xanlığı haqqında məlumat verən Prezident 1805-ci il Kürəkçay müqaviləsi və 1813-cü il Gülüstan sülh müqavilələrinin şərtləri haqqında və azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti haqqında qonaqlara məlumat verdi.

Ölkə Prezidenti ATƏT-in Mins qrupunun uzun illər Azərbaycanla bağlı nəticəsiz qalmış uğursuz fəaliyyəti ilə bağlı danışaraq qeyd etdi ki, artıq Beynəlxalq institutun iş prinsipləri dəyişilməlidir. Qeyd etdimiz kimi Azərbaycan uzun illər münaqişələrin sülh yolun ilə həllinə çalışsa da bu uzun çəkmədi. Çünki, BMT Təhlükəsizlik şurasının erməni qüvvələrinin Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edilməsinə baxmayaraq, onlar əməldə yerinə yetirilmədi. Bu da Azərbaycan tarixi üçün müharibəni qaçınılmaz etdi. Nəticədə 2020-ci ilin sentyabrında 44 gün davam edən İkinci Qarabağ müharibəsinin başlanması və qalibiyyətlə nəticələnməsinə gətirib çıxartdı.

Təssüflə qeyd etmək olar ki, bu müharibə Azərbaycan üçün də asan olmadı. İtgilərimiz, Şəhid və qazilərimiz oldu. Lakin, Ermənistan təxribatçı əməllərindən qalmadı. Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməyən Ermənistan Azərbaycan ərazisində qəsbkar əməllər törədirdi. 19 sentyabrda anti-terror tədbirlərindən sonra Azərbaycan suverenliyini tam bərqərar etdi. Azərbaycan humanist münasibət göstərərək erməni əhalisi üçün reinteqrasiya prosesi həyata keçirdir.

Çıxışında bir çox önəmli mövzulara toxunan ölkə Prezidenti cənab İlham Əliyev qərb ölkələrinin qeyri-konsturktiv rollarındanda bəhs etdi. Belə ki, Fransa hökümətinin Azərbaycanın ünvanına səsləndirdiyi ittihamlarla və əsassız təhdidlərlə bağlı mövzuya toxunan Prezident, Fransanın Azərbaycanla bağlı verdiyi hüquqi bəyanatı absurd hesab edir və yalnız bunun gülünc olduğunu qeyd etmişdir. Çünki, Azərbaycan heç vaxt hüquqi normativləri pozmayıb, Azərbaycan hər zaman öz ərazisində döyüşərək separatizmi aradan qaldırıb.

Sammitin sonunda ölkə başçısı hər zaman olduğu kimi yenə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına hazır olduğunu qeyd etdi. Prezident qeyd etdi ki, biz sülh sazişi üzərində işi davam etdirməyə o zaman hazır ola bilərik ki, Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina etsin. Bütün təkliflər həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqi münasibətlərə dayanarsa, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında alternativ görüş ola bilər.

Sonda, ölkə başçısı sammit iştirakçılarına təşəkkür edərək, MDB məkanında ortaq keçmişə, tarixi əlaqələrə malik bu ölkələrin münasibətlərinin daha da güclənməsi üçün əməkdaşlığın möhkəmlənməsinin zəruriliyini qeyd etdi.

 

 

Səriyyə Cəfərova

Suraxanı rayonu, S.S.Axundov adına 172 nömrəli tam orta məktəbin psixoloqu

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti