Dünən, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
10-u FETÖ üzvü olan 13 nəfər Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edərkən yaxalanıb.
Sozcu.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
"Sərhədlərimizdə qeyri-qanuni keçidlərə qarşı mübarizəmiz davam edir. Ölkəmizdən Yunanıstana qeyri-qanuni yollarla keçməyə çalışan 13 nəfər sərhəd qartallarımız tərəfindən yaxalanıb. Araşdırmalar nəticəsində həbs edilənlərdən 10-nun FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edilib" - məlumatda qeyd edilib.