8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Xocalı faciəsi Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biridir. Bu faciə XX əsrin ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edildi və əhaliyə qarşısoyqırımı törədildi. Həqiqətən də, tarixə nəzər salsaq görərik ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Bir sıra dövlətlərin hakim dairələri tərəfindən himayə olunan bu mənfur siyasət Çar Rusiyası və Sovet hakimiyyəti dövründə ardıcıl davam etdirilmiş, SSRİ-nin süqutundan sonra xalqımızın doğma torpaqlarından qovulması, qaçqın və köçkünə çevrilməsi kütləvi qırğınlarla müşayiət olunmuşdur.Bu gün Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur.Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş, onlara amansız divan tutmuşdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov götürüldü. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv oldu.Soyqırım nəticəsində 613 Xocalı sakini vəhşicəsinə qətlə yetirildi. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarıdır. 8 ailə tamamilə məhv olmuşdur. 1275 nəfər əsir götürülmüşdür.Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə, Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.Xocalı faciəsinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu danılmazdır. 2008-ci ilin mayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası fəaliyyətə başlamışdır. Fondun məqsədyönlü fəaliyyəti nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Xarici ölkələrdə 100-ə qədər Xocalı soyqırımına aid materialların sərgisi baş tutub.Bir çox ölkələrdə 26 fevral Xocalı soyqırımının qurbanları yad edilir. Bütün dünya erməni vəhşiliklərinin bir daha şahidi olur. Qardaş Türkiyədə də “Xocalı qətliamı”, “Xocalı soyqırımı” kimi anılır. Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq. Tariximizin belə acı səhifələrini gələcək nəsillərə də çatdırmalıyıq ki, dostlarımızı və düşmənlərimizi tanıyaq, bir olaq, bütöv olaq, dövlətçiliyimizi, müstəqilliyimizi daha da möhkəmləndirək.Abdulla MəmmədovSuraxanı rayonu Zığ bələdiyyəsinin sədri
Sozcu.info