8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Borçalı" İctimai Birliyinin sədrinin müavini Sərkərdə Sərxanoglu son günlər Borçalı mövzusu ətrafında mübahisə və müzakirələrin qızışması,birliyin sədri, tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədovun işgüzar nüfuzuna xələl gətirəcək, aşağılayıcı sözlər, təhqir dolu yazılara feysbuk sosial şəbəkəsində belə münasibət bildirib.
"
Bəzi dostlarımızı yaman narahat olub. Əslində narahatlığa əsas yoxdur. Çünki bu dəfə durum fərqlidi. Gerçəkdən də Borçalını düşünüb, şəxsi mənfəətini el-oba mənafeyindən üstün tutmayan, Vətən uğruna heç bir təmənna güdməyən bir komanda Borçalı Cəmiyyətinin sükanını öz əlinə alıb. Bununla da çoxları gəlirindən məhrum olub, bəziləri siyasi meyitə çevrilib, çoxlarının iç üzü açılıb və s. İndiyədək Borçalı adını qazanc, varlanmaq, karyera mənbəyi kimi görənlərin niyyəti puça çıxıb. Bu səbəbdən sosial şəbəkələrdə, bəzi mətbuat vasitələrində səviyyə və əxlaqlarına uyğun kampaniya aparmaqda, gerçək dava insanlarına qarşı təhqir, böhtan və gözdənsalma kampaniyası aparmaqdadırlar.
Bəzi dostlarımız Borçalıdan səslənirlər ki, görəsən niyə Gürcüstandan kənarda yaşayan soydaşlarımız Borçalının qayğıları ilə məşğul olmaq naminə hərəkətləniblər? Bu bədbəxtlər bir neçə il əvvəl deyirdilər ki, niyə Gürcüstandan kənardakı eloğlularımız Borçalının dərdlərinə şərik çıxıb, səslərini çıxarmırlar? Zənnimcə, əlavə şərhə ehtiyac qalmır. Bəzi "ağıl dəryası" ellilərimiz iddia edirlər ki, Borçalı əsilli olsalar da, Gürcüstandan kənarda yaşayanların Borçalıya aidiyyatı yoxdu... Belə xəstə təxəyyül sahiblərinə isə heç baş qoşmağa dəyməz təbii ki.. Məsələ burasındadır ki, bu kimi "vətənpərvərlərin" çıxışları bəzi "iştahı diş altında olanlar"a danışmaq bəhanəsi verir. Məsələn, bu son kampaniya ilə yanaşı Cəmiyyətin keçmiş və yarıtmaz rəhbərliyi yenə qol-qanad açıb, öz ampulalarına uyğun şəkildə təşkilatın fədakar və patriot rəhbərliyini asıb-kəsirlər. Öz dırnaqarası fəaliyyətlərindən dım vurur, hansısa "xidmətlərini" camaatın gözünə soxub, özlərinin qəhrəman obrazını yaratmağa çalışırlar. Və yuxarıda da deiyim kimi, bəzi dostlarımız və ellilərimiz də bu durumdan narahat olub, bu müzakirələrin bizə yaraşmadığını, başucalığı gətirmədiyini düşünür və deyirlər. İndi isə mən bu barədə bir neçə cümlə ilə fikrimiz deyəcəm. Əziz ellilərim, dəyərli Borçalılar! Mətbuatda, sosial şəbəkələrdə gedən müzakirələrdən, mübahisələrdən, polemikalardan qətiyyən narahat olmayın.Elin gözü tərəzidir və hər kəs kimin öz tərbiyə və əxlaqına uyğun danışdığını yaxşı görür. Nə qədər çox insan danışsa, bir o qədər pis ilə yaxşı seçiləcək. Qazan nə qədər çox qaynasa, bir o qədər çox KƏF suyun üzərinə çıxacaq. Çünki nadanlar danışmadıqca nadanlıqlarını gizlədə bilirlər. Ona görə də onlara danışmaq, hətta qışqırmaq üçün şərait yaratmaq lazımdır ki, nə qədər nadan olduqlarını başqalarına daha rahat sübut edə bilsinlər. Dəyərli ellilərim! Bu müzakirə əvvəl-axır olmalıdır. Biz gec-tez bu mərhələni keçməliyik ki, saxta qəhrəmanlar ifşa olunsun, maskalı "ziyalı"ların maskası cırılsın. Siz müşahidə edin. Diqqətlə analiz aparın. O zaman bütün saxtakarları, şərəfsizləri rahat bir şəkildə görəcəksiniz. O zaman el ayağa qalxıb belələrinə qiymətini verəcək. Məhz həmin andan etibarən Borçalını yüksəlişi, özünə qayıdışı, qayğılarının azalması başlayacaq". Sozcu.info