18-04-2024, 19:45
1-04-2024, 15:01
16-03-2024, 14:33
14-03-2024, 23:00
11-03-2024, 15:40
Martın 3-nə olan hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sozcu.info-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.