Bu gün, 21:58
Dünən, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
“SpaceX”in təsisçisi və baş direktoru İlon Mask rəsmi olaraq tarixdə sərvəti 1 trilyon dollardan çox olan ilk şəxs olub.Sozcu.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.Bu, aerokosmik şirkətin səhmlərinin “Nasdaq” birjasında rəsmi olaraq açılmasından dərhal sonra baş verib. Ticarət yerli vaxtla saat 11:46-da (Bakı vaxtı ilə saat 19:46) başlayıb. Səhmlər hər səhm üçün 150 dollardan açılıb ki, bu da 135 dollarlıq IPO qiymətindən 11% yüksəkdir.Səhmlərin qiyməti 150 dollar olan Maskın xalis sərvəti trilyon dollarlıq həddi keçib və “Bloomberg”in hesablamalarına görə, 1,05 trilyon dollara çatıb. Bu məbləğin yarıdan çoxu onun “SpaceX”dəki payından, qalan hissəsi isə “Tesla”, “Neuralink”, “Boring Company” və digər aktivlərdəki paylarından gəlir.Səhmlər açılış zəngindən dərhal sonra yüksəlməyə başlayıb. Bakı vaxtı ilə saat 20:20-yə olan məlumata görə, səhmlər 20%-dən çox artaraq 166 dolları keçib.***10:03“SpaceX” şirkəti səhmlərinin ilkin kütləvi təklifinin (IPO) detalları barədə məlumat yayıb. Sozcu.info xəbər verir ki, şirkətin mətbuat açıqlamasına əsasən, ümumilikdə 555 555 555 səhm satışa çıxarılacaq və hər səhm üçün başlanğıc qiymət 135 dollar müəyyən edilib.Bildirilib ki, şirkətin qiymətli kağızları 12 iyun tarixindən etibarən “Nasdaq” elektron birjasında SPCX simvolu altında ticarət olunacaq.CNBC-nin məlumatına görə, şirkətin səhmlərinin ictimai bazara çıxmasından sonra bazar kapitallaşmasının təxminən 1,8 trilyon dollara çatacağı gözlənilir. Analitiklər hesab edir ki, IPO-dan sonra şirkətin sahibi İlon Mask dünyanın ilk trilyoneri ola bilər. Müşahidəçilər bunu qlobal bazarlarda ən böyük IPO-lardan biri kimi qiymətləndirirlər.Qeyd edək ki, “SpaceX” bir neçə istiqamətdə fəaliyyət göstərir. Şirkət kosmik raket və gəmilərin hazırlanması və buraxılması, peyk rabitəsi sistemi olan “Starlink”, eləcə də süni intellekt texnologiyaları sahəsində layihələr həyata keçirir.Şirkət, həmçinin, 2022-ci ildə başlayan Ukrayna müharibəsi fonunda Ukrayna Silahlı Qüvvələrinə rabitə terminalları təqdim etməsi ilə diqqət çəkib. İlon Mask daha əvvəl bildirib ki, münaqişənin ilk aylarında “SpaceX” 20 minə yaxın terminal təhvil verib və bunun dəyəri 80 milyon dolları ötüb. Onun sözlərinə görə, ilkin mərhələdə Ukrayna ordusunun rabitə xidmətlərinin maliyyələşdirilməsini də şirkət özü qarşılayıb.