Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyəti ilə görüş keçirib

1991-ci ildə öz müstəqilliyini elan edən Azərbaycan Qonşu Ermənistanın hücumuna məruz qaldı. Ermənilər bir neçə ay keçməsinə baxmayaraq tarixdə ən ağır faciələrdən biri Xocalı faciəsini törətdilər. Dinc əhalini qıraraq şəhər və kəndlərimizi dağıtdılar. 20% torpaqlarımız tutuldu, bir milyondan çox soydaşımız köçkün vəziyyətinə düşdü. Azərbaycan-Ermənistan münasibətlərini qaydaya salmaq üçün Minsk qrupu yaradıldı. Burada aparıcı rol oynayan Rusiya, Fransa, ABŞ uzun illər öz məkrli siyasətlərini həyata keçirərək heç bir iş görmədilər. Ancaq haqq-ədalət öz yerini tutdu. Ali Baş Komandanımız İlham Əliyevin başçılığı altında Azərbaycan xalqı birinci, ikinci Qarabağ müharibəsində qalib gələrək öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır, lakin Avropa İttifaqı,Beynəxalq institutlar ikili standartlardan çıxış edərək işğalçı erməniləri nəinki müdafiə edir, hətta onu silahlandırır.
Özlərini Beynəxalq birlik adlandıran Rusiya, Fransa, ABŞ ədalətin bərpa olunması üçün heç bir iş görmürdülər. 2024-cü il fevral ayının 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Alman Azərbaycan münasibətlərində iqtisadi amil mühüm rol oynayır. Almaniya bitərəf qalaraq Azərbaycanın suverenliyini dəstəkləyir. Fransa Almaniyadan fərqli olaraq Ermənilərin əsl havadarlarına çevrilib. Fransa Erməniləri dəstəkləməklə bərabər onları müasir silahlarla silahlandırır. Bu qara yaxma kompaniyası ardıcıl davam edir. Avropa İttifaqının sədri Barrel Azərbaycanı günahlandıraraq bildirir ki, guya Azərbaycan Ermənistana hücum edəcək. Əgər belə olsa Azərbaycan bunun acı nəticələrini görəcək. Azərbaycanın belə bir planı yoxdur. Bu Fransanın Azərbaycanın Ermənistanın hücumuna hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanır. Sərhəddə son dəfə 2023-cü ilin sentyabrında baş verən gərginləşmədən sonra 2024-cü ilin fevralınadək Azərbaycan sərhədində sakitlik idi. Sentyabr ayında Erməni snayperçisi Azərbaycan əsgərini ağır yaraladı. Bundan sonra biz Ermənilərə dəqiq və adekvat cavab verdik. Azərbaycan ikinci Qarabağ müharibəsindən sonra sülh danışıqları ilə çıxış etməyə başladı. Xristiyan dünyası yenədə öz məkrli siyasətlərini davam etdirir. Onlar Cənubi Qafqazda ayırıcı xəttlərin qurulmasını istəyir. Azərbaycanda bir çox insanlar düşünür ki, Avropa İnstitutları Ermənistan və Gürcüstanı yaxın qəbul edir, Azərbaycanı isə demonizə edildiyi bir vaxtda bizim çıxış yolumuz İslam dinimizdir. Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildikdən sonra Avropa Şurası Parlament assembleyası Azərbaycan nümayəndə heyətini səs hüququndan məhrum edir, maraqlıdır ki bu qərar Alman Parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunur. Bu şəxs Kansler Şolsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Xristiyan dünyası ideloji mübarizə apararaq Azərbaycanın guya insan hüquqlarını pozan, insanların öz fikirlərinə görə həbs olunan diktaturanın hökm sürdüyü bir ölkə kimi qeyd edirlər. Azərbaycan davamlı inkişaf edən bir ölkədir qarşıda duran əsas məsələ Ermənilərin talan etdikləri ərazini bərpa etməkdir. Bu dağıntıları Avropa ölkələrinin müdafiə etdiyi Ermənistan törədib. Bərpa işlərinə milyardlarla vəsait xərclənir. Bununla yanaşı Azərbaycan Respublikası sosialyönümlü işlər görərək təqaüdləri, əmək haqqlarını artırır. Günü-gündən həyat normalaşır. Ölkəmizdə mühüm əhəmiyyət kəsb edən konfranslar keçirilir. Dünyanın üç böyük dövləti ABŞ, Rusiya, Fransa Azərbaycana olan siyasətlərini dəyişməlidir. Rusiya artıq nəyin baş verdiyini anlayaraq Azərbaycana münasibətində haqq ədaləti gözləyir. ABŞ və Fransa gec tez haqq ədaləti gözləməlidir. Bu iki dövlət tarixən haqqın, ədalətin haqqların suverenliyinin insan hüqüq və azadlıqlarının carçısı olublar inanırıq ki, Fransa və ABŞ ədalətin bərpasına çalışacaqlar əks təqdirdə Azərbaycan onların planına uymayacaqdır.Bu dövlətlər Cənubi Qafqazda güclu orudus və güclü iqtisadiyyatı olan Azərbaycanla işləməlidirlər.

Şahvələd Əhmədov

Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti