Terrorçular 417 dinc sakini, 211-i uşağı qətlə yetirib

Terrorçular 417 dinc sakini, 211-i uşağı qətlə yetirib

 

PKK terror təşkilatının Suriya qolu sayılan YPG silahlıları Türkiyə Silahlı Qüvvələrinin azad etdiyi bölgələrdə 417 dinc sakini öldürüb.

Sozcu.info-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, terrorçular dinc əhalidən canlı qalxan olaraq istifadə ediblər. Onlara dəstək verməyənləri isə işgəncələrlə öldürüblər.

82 məntəqədə öldürülən şəxslərdən 211-i yaşları 7-13 arasında olan uşaqlardır.

Bu məlumatlar Türkiyə kəşfiyyatı tərəfindən hazırlanan 25 səhifəlik hesabatda yer alıb.

Qeyd edilib ki, YPG silahları 13 kənddə 35 ailənin evinə basqın edərək, 44 uşağı qaçırıb. Onların taleyi ilə bağlı heç bir məlumat yoxdur.




Oxşar Xəbərlər

Xəbər lenti