Füzuli şəhəri günü – Zəfərin və dirçəlişin rəmzi

Bu gün Azərbaycanda prioritet fəaliyyət sahələrindən biri işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasıdır. Qarabağ və Şərqi Zəngəzurda viran qalmış şəhərləri, kənd və qəsəbələri bərpa edib, köçkün düşmüş insanları doğma yurd-yuvalarına qaytarmaq dövlətimizin əsas vəzifələrindəndir.

Füzuli rayonundan olan məcburi köçkünlər uzun illər respublikanın 58 rayonunun 2000-dən çox yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdılar.

Azərbaycan dövləti 2020-ci ildən etibarən “Böyük Qayıdış” prosesinə start verib. Vətəndaşlarımızın tarixi torpaqlarda məskunlaşması mərhələli şəkildə və sürətlə davam edir. Vətən müharibəsində Azərbaycanın qazandığı hərbi Qələbə nəticəsində Ermənistan kapitulyasiya etməyə məcbur olmuş və 2020-ci il noyabrın 10-da müvafiq bəyanat imzalanmışdır.

Dövlətimiz tərəfindən işğaldan azad olunan bütün ərazilərdə, o cümlədən Cəbrayılda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, Vətən müharibəsindəki Zəfərimizdən sonra hər il 17 oktyabr tarixi “Füzuli şəhəri günü” kimi qeyd olunur.

Uzun illər ağır sınaqlardan keçən, doğma yurdlarından didərgin düşmüş füzulilərin bu günü artıq öz vətən torpaqlarında qeyd etmələri xüsusi qürur hissi doğurur.

Keçmiş işğal zonasına həyatın qaytarılması təkcə bərpa və tikinti işlərindən ibarət deyil. Dövlət başçımızın da vurğuladığı kimi, “Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz – bu torpaqların sahibləri – öz doğma dədə-baba yurdlarımıza qayıtmışıq.”

Bu gün işğaldan azad olunmuş ərazilərdə yeni həyat nəfəsi duyulur. Mənfur düşmənin əsarətindən xilas olan yurd yerlərimizə yenidən həyat verilir. Düşmən üzərində qazanılmış tarixi Qələbədən sonra Prezident cənab İlham Əliyev dəfələrlə həmin ərazilərə səfərlər edərək bildirmişdir ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq.

Prezidentimizin işğaldan azad olunmuş torpaqlara hər səfəri əslində tarixdir – dirçəlişin, quruculuğun və milli qürurun təzahürüdür. Hazırda Cəbrayılda və digər azad edilmiş ərazilərdə bərpa, tikinti-abadlıq və yenidənqurma işləri sürətlə davam etdirilir.


Əlixan Əliyev

Suraxanı RİHB-nin Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti