Hər il 4 oktyabr tarixi Cəbrayıl Şəhəri günü kimi qeyd olunur



Bu gün Azərbaycanda prioritet fəaliyyət sahələrindən biri işğaldan azad olmuş ərazilərin yenidən qurulması, bərpasıdır. Qarabağ və Şərqi Zəngəzurdakı viran qalmış şəhərləri, kənd və qəsəbələri yenidən qurubköçkün düşmüş insanları yurd-yuvalarına qaytarmaq dövlətimizin əsas vəzifələrindən biridir. Cəbrayıllı məcburi köçkünlər vaxtilə respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar.

 Azərbaycan dövləti 2020-ci ildən etibarən Qarabağa Böyük Qayıdış prosesinə başlayıb. Vətəndaşlarımızın tarixi torpaqlarımızda məskunlaşması isə sürətlə davam edir. Vətən müharibəsində Azərbaycanın hərbi yolla qazandığı qələbə nəticəsində Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuş və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı  imzalamışdır. Dövlətimiz tərəfindən işğaldan azad olunan bütün ərazilərdə, o cümlədən Cəbrayılda sürətlə bərpa-quruculuq işləri həyata keçirilir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Vətən müharibəsindəki Zəfərimizdən sonra hər il  4 oktyabr tarixi Cəbrayıl Şəhəri günü kimi qeyd olunur. Ötən 30 ilə yaxın dövr ərzində ağır sınaqlardan keçən, illərlə məşəqqətlər içərisində yaşayan cəbrayıllılar bu bayramı artıq öz doğma yurd-yuvalarında   keçirirlər. 

Keçmiş işğal zonasına həyatın qaytarılması yalnız işğalın nəticələrini aradan qaldırmaqla icra olunan quruculuq və bərpa  prosesindən ibarət deyil. Dövlət başçımızın da ifadə etdiyi kimi, “Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz – bu torpaqların  sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq”. 

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni abu-hava var. Mənfur düşmənin əsarətindən xilas olan bütün yurd yerlərimizə yenidən həyat verilir. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı  dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfərlər edərək bildirir ki, Qarabağda bütün  infrastruktur bərpa olunacaq. Prezidentimizin işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisədir. İşğaldan azad olunan bütün ərazilər kimi, Cəbrayılda dahazırda bərpa-quruculuq, tikinti-abadlıq, yenidənqurma işləri sürətlə davam edir


Yunis Əsgərli

Suraxanı RİHB-nın Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti