8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
...zaman yetişib-Mikayıl İsmayılov sorğu-sual olunmalıdır
SOCAR-da aparılan vergi yoxlaması ilə bağlı mediada müxtəlif iddialar yer almaqdadır. Bu sırada isə iqtisadçı ekspert Qulu İbrahimli yaydığı məlumatla yenidən SOCAR-ı diqqət mərkəzinə gətirdi. Ekspert qeyd edib ki, SOCAR-da vergi yoxlaması aparılması formal görüntüdür: "Əslində həqiqi və ciddi araşdırmanı başqa qurumlar aparır. Rövnəq Abdullayevin yaxın adamı, əvvəl rəhbəri olduğu neft emalı zavodundan yanına gətirdiyi emal üzrə vitse-prezident David Məmmədovun da bəzi səlahiyyətləri əlindən alınıb. Rövnəq Abdullayevin yaxın qohumu, təchizat işlərinə baxan, İstanbulun az qala yarısını almış Mehman adlı şəxs barədə ciddi araşdırmalar aparılır”.
Bundan əlavə müəllif SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovdan da bəhs edir: "Şirkətdə Rövnəq Abdullayevdən də səlahiyyətli şəxs olmuş, kollektivin "Boss” saydığı, bütün maliyyə məsələlərinə baxan vitse-prezident Mikayıl İsmayılov işlərdən faktiki kənarlaşdırılıb, çox mühüm mövqe olan satınalmalar və tikinti üzrə müvafiq komissiyanın rəhbərliyindən çıxarılıb, təchizat işləri yataqların işlənməsi üzrə vitse-prezident Yaşar Lətifova həvalə edilib. Mikayıl İsmayılov yeganə vitse-prezidentdir ki, vəzifəsinin qarşısında hansı sahə üzrə olması göstərilmirdi. Bu əndrəbadilik də öz növbəsində hesabatlılıqdan, şəffaflıqdan, beynəlxalq brenddən dəm vuran şirkətdə korporativ idarəetmənin hansı vəziyyətdə olduğunu göstərir”.
Bu saatlarda isə yenixeber.org-a bu istiqamətdə yeni məlumatlar daxil olub. Hakim dairəyə yaxınlığı ilə tanıdığımız mənbənin verdiyi məlumata görə SOCAR-da aparılan yoxlama sıradan bir yoxlama deyil... Baxmayaraq ki, şirkət rəsmiləri əksini israr edir. Bu yoxlamalarla bağlı "düymənin yuxarılardan basıldığı” bildirilir. Səbəb isə kifayət qədər ciddidir...(Bu haqda sonra: Red.)
Mənbəmiz iddia edir ki, ciddi rezonansa səbəb olmuş yoxlamalar qurbansız ötüşməyəcək... Sözsüz ki, söhbət yüksək səlahiyyət sahiblərindən gedir. Bu sırada isə ilk yeri SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov tutur. Bu şəxs şirkətdə Rövnəq Abdullayevdən sonra de-fakto ikinci sima sayılır. Başqa sözlə deyildiyi kimi, bütün maliyyə məsələləri şəxsən cənab İsmayılovun nəzarətində olub...
Yeri gəlmişkən mediada Mikayıl İsmayılovla bağlı silsilə yazılar yer alıb. Google üzərindən bir axtarış kifayətdir ki, bu vitse-prezidentlə bağlı saysız yazılarla qarşılaşasan. Bu yazılarda onun böyük istehsal müəssisəsinə, daşınmaz əmlaklara (xüsusi ilə evlərə), bir sözlə nəhəng kapitala sahib olduğu qeyd edilir. Maraqlıdır ki, bu yazılanların heç biri qarşı tərəfdən təkzib olunmayıb.
İndi isə görünür zaman yetişib-Mikayıl İsmayılov sorğu-sual olunmalıdır. Artıq özünün də bunun fərqində olduğu deyilir. Prosesin müəyyən zaman alacağı və Mikayıl müəllimin itirəcəyinin təkcə vəzifəsi olmayacağı da məlumatlar sırasındadır...
Təəssüf ki, yazıda yer alan və almayan iddialarla bağlı hörmətli vitse-prezidenti dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu.
Mövzunun davamı ola bilər.
Yenixeber.org