8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
SOCAR prezidenti "Gülənçi”lərlə əlaqədə ittiham oluna bilər
Türkiyədən gələn bir xəbər SOCAR prezidenti Rövnəq Abdullayev üçün ciddi narahatlıqlar doğurmaya bilməz. Söhbət Türkiyə Daxili İşlər Nazirliyinin tabeçiliyində olan terrorla mübarizə şöbəsinin əməkdaşlarının avqustun 2-də İzmirdə, yerli vaxtla saat 6-da SOCAR-a məxsus Petkim şirkətində əməliyyat həyata keçirməsindən gedir. Polis şirkətin satınalmalar, ticarət və bir sıra başqa şöbələrində istifadə olunan komputerləri götürüb. Əməliyyat çərçivəsində Petkim-ə məxsus bütün binalarda yoxlamalar aparılıb. Xüsusilə, işçilərin qaldığı korpus detallı şəkildə yoxlanılıb. Şirkətin istefa verən və bundan sonra həbs olunan rəhbəri Sadəddin Qorqudun ofisində istifadə etdiyi komputer də götürülüb. Məlumatlara görə, saxlanılması haqqında qərar çıxarılmış 31 nəfərdən 16-sı tutulub. Bütün baş verənlər SOCAR prezidenti Rövnəq Abdullayevin karyerasını şübhə altına almaya bilməz. Əlbəttə, Rövnəq Abdullayevi hansısa dini-siyasi cəryana bağlı təsəvvür etmək çox çətindir. Ancaq hər kəsə bu gün aydındır ki, Fətulla Gülənin başında durduğu, Türkiyənin terrorçu təşkilat kimi tanıdığı "FeTÖ” dini-siyasi cəryanı yalnız dindarlardan ibarət deyil. Bu təşkilata bir çoxları siyasi və maliyyə dəstəyi qazanmaq üçün qoşulub. "FeTÖ”nun bir neçə yüz milyardlıq, bəzi məlumatlara görə isə 3 trilyonluq dövriyəsi olan biznes şəbəkəyə malik olması haqqında deyilənləri nəzərə alanda maliyyə və yaxud da siaysi dəstək qazanmaq üçün bu təşkilata heç bir dini baxışları olmayanların qoşulması çox təbii görünür. Digər tərəfdən türk polisinin araşdırmaq üçün götürdükləri komputerdə nələrin olmasını heç kim dəqiq bilmir. Mmükündür ki, bu komputerlərdən "FeTÖ”nun Petkim şirkəti vasitəsilə maliyyə əməliyyatı aparması haqqında bilgilər olsun. Bu istiqamətdə istənilən məlumat Rövnəq Abdullayevin karyerasına son qoya bilər. Digər tərəfdən həbs olunan Sadəddin Qorqudun Bakıda kimlərlə əlaqəsinin olması da ilginc olayların yaşana biləcəyindən xəbər verir. Heç şübhəsiz ki, Sadəddin Qorqudun Azərbaycan hakimiyyətində güclü dəstəyi olub. Əks halda Türkiyədə 16-cı böyük şirkət hesab olunan bir biznes strukturun rəhbərliyinə onun təsadüfən gəlməsi qeyri-mümkündür. Beləliklə, Türkiyədəki uğursuz hərbi çevrilişin ardınca "FeTÖ” üzvülərinə və tərəfdarlarına qarşı başladılan həbslər Azərbaycanada da sıçramaq üzrədir. Qeyd edək ki, avqustun 2-də keçirilən əməliyyatın ilk olmadığını, bir neçə gün əvvəl "SOCAR Türkiyə”də əməliyyat keçirilən əməliyyatın davamı olduğunu da nəzərə alanda hansısa proseslərin getdiyi məlum olur. Mümkündür ki, artıq bəzi məlumatlar artıq ələ keçirilib və onlarla bağlı geniş araşdırma aparılır. Əgər bir yayımlanmayan müsahibəyə görə ANS telekanalı və Azərbaycanın ən yaxşı ali məktəblərindən biri olan Qafqaz Universiteti bağlanırsa, Petkimə məxsus kompyuterlərdən çıxan məlumatlar daha böyük siyasi zəlzələ yarada bilər. Hazırda rəsmi Ankaranın "FeTÖ”-çularla mübarizədə hansı qətiyyətliyi göstərdiyini nəzərı alanda Petkimin kompyuterlərindən çıxan məlumatın istənilən məmurun, o cümlədən də Rövnəq Abdullayevin mövqelərini sarsıtmaq gücündə olduğunu söyləmək olar. Belə görünür ki, Rövnəq Abdullayev həqiqətən ciddi problemlə üzləşib. O cümlədən SOCAR-ın vitse-prezidentlərindən bəzilərinin də karyerası təhlükəyə düşüb.
Qeyd edək ki, müraciət etdiyimiz ekspert də "FeTÖ”-çuların izlərinin Azərbaycanda bir çox qurumlara, xüsusisən də maliyyə və biznes sektorunda bir çox qurumlara uzana biləcəyini istisna etmir. Ekspert hesab edir ki, Türkiyədən fərqli olaraq "FeTÖ” mənsublarının Azərbaycanın təhlükəsizli və hüquq-mühafizə orqanlarına sızması mümkün deyil. Əlbəttə, tək-tük istisnalar həmişə ola bilər. Ancaq geniş sızma mümkün hesab olunmur. Hüquq-mühafizə orqanlarından fərqli olaraq bank və biznes sektorunda "FeTO”-çuların geniş təmsil olunması mümkün hesab edilir. Bununla bağlı "Yeni Sözçü” qəzetinin Araşdırma Qrupa geniş araşdırmalar aparır və Azərbaycanda "FeTÖ”-çuların nəzarətində olan biznes şəbəkənin gizlinləri üzə çıxarılmağa çalışılır. Hələlik qeyd edə bilərik ki, bəzi şirkətlərin rəhbərliyində "FeTÖ”-çuların və ya onların dəstəklədiyi şəxslərin olması çox real hesab olunur. Bundan başqa bəzi bankların rəhbərliyində olan şəxslərin də "FeTÖ”-çularların maliyyə qurumları ilə işbirliyində olması ehtimalı var. Araşdırmamız hazır olanda oxucularımıza təqdim edəcəyik.
Hələlik isə onu deyə bilərik ki, Türkiyə dövlətinin, iqtidarının çox inadlı şəkildə "FeTÖ”-çulara qarşı mübarizəsi Azərbaycanda da bu təşkilata bağlı qurum və şəxslər üçün problemli günlərin başladığı anlama gəlir. Bunun ilk işartıları isə heç kimə güzəşt olunmayacağından xəbər verir. Mövzu ilə bağlı maraqlı tərəfləri və adları çəkilən şəxsləri də dinləməyə hazırıq.