8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Mirvari Qəhrəmanlı: "Rövnəq müəllim oradan çıxarılacağı halda, bu zəif həlqə qırılmağa başlayacaq və...”
"Rövnəq müəllimin işdən çıxarılması üçün Vergilər Nazirliyinin yoxlamasına ehtiyac yoxdur”
Xəbər verildiyi kimi, Vergilər Nazirliyi SOCAR-da uçotun tələblərinə riayət edilməsinə dair yoxlamalara başlayıb. Məlumata əsasən, yoxlamalar şirkətin baş ofisi və idarələrində aparılır. Yoxlamalar vasitəsilə son 5 il ərzində şirkətin maliyyə hesabatlarının tələblərinə nə dərəcədə düzgün riayət olunub-olunmadığı araşdırılır.
Vergilər Nazirliyinin SOCAR-ın 5 illik fəaliyyətini aradırmasından görünür ki, bu quruma hökumətin etimadı zəifləyib. Çox güman ki, son 5 ildə neft-qaz hasilatı ilə vergi ödənişləri arasında fərq var. Yəqin, bu baxımdan da Vergilər Nazirliyinə ölkə başçısı SOCAR-da yoxlama aparmaq üçün göstəriş verib.
Vergilər Nazirliyinin SOCAR-da yoxlama anonsundan sonra "Hürriyyət” daxil olan məlumat da bu qurumda pərdəarxası oyunların getdiyini göstərir. Məlumata görə, SOCAR-ın "Qara kralı” hesab olunan vitse-prezident Mikayıl İsmayılovun səlahiyyətlərinin bir qismi ötən sonunda əlindən alınıb. Hansı ki, mətbuatın yazdığına görə milyonlara sahib olan məmur şirkətdə əsas söz sahiblərindən biridir.
Görünür, bu yoxlamalar hətta Rönəq Abdullayevi belə saymayan məmurun səlahiyyətlərinin əlindən alnmasına hədəflənib. Maraqlıdır ki, Vergilər Nazirliyinin SOCAR-ın 5 illik fəaliyyətini araşdırması qurumun prezidenti Rövnəq Abdullayevin sonunu gətirə bilərmi?
"Hürriyyət”in sualını cavablandıran Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədriMirvari Qəhrəmanlı dedi ki, baxır kim, necə yoxlayır: "Nə olsun, hər yerdə yoxlama olur. Adətən yoxlamalar 3 ildən bir olur. Nə oldu, QHT-ni 5 illik yoxlaya bilirlər, SOCAR-ı yox? Həqiqətən yoxlama olacaqsa, çox önəm kəsb edən bir yoxlama hesab edirəm. Düşünürəm ki, paralel olaraq heç vaxt yoxlama aparmayan Hesablama Palatası yoxlama aparsaydı, məqsədəuyğun olardı. Bilirsiniz ki, Dövlət Neft Şirkəti hasilatın pay bölgsündə Azərbaycanı təmsil edir. Yəni ki, gəlir SOCAR-ın xüsusi açılmış hesabına yönəldilir. Həm də bir çox əməliyyat şirkətlərində pay bölgüsünə malikdir. Biz də bir təşkilat olaraq SOCAR-ın hesabatını qiymətləndirib, ondan istifadə edirik. Ona görə ki, özümüz aldığımız informasiya ilə müqayisəsini aparırıq. Ən çox bizi narahat edən SOCAR-ın sosialyönümlü köçürtmələridir. SOCAR çox böyük miqdarda sosialyönümlü layihələrə vəsait ayırır. Hesabata baxsanız, heç yerdə görməyəcəksiniz ki, bu, hara xərclənir. Ancaq mənim çox əlavə məlumatım var. Biz heç vaxt görmürük ki, SOCAR xaricə müayinə olunmaq üçün kimləri göndərir, nə qədər pul xərcləyir. Mən eşitməmişəm ki, bizim işçiləri göndərir. Bilirisiniz ki, bizim informasiya verən çoxsaylı üzvlərimiz var. Hələ indiyə kimi eşitməmişəm SOCAR kimisə xaricə göndərsin, bahalı müalicə etdirsinlər. Hələ bu, xırda bir məsələdir.
Bir çox suallar var. Yəqin Vergilər Nazirliyi bu suallara cavab verəcək. Yadınızdadırsa, benzin və dizel yanacağı ilə bağlı kiçik bir münasibət bildirmişdim. Buna görə, mənim haqqımda çox çirkli, sifarişli yazı yazdırdılar. Yadlarından çıxartdılar ki, mən Azərbaycan Dövlət Neft Akademiyasının Neft-mexanika fakultəsinin neftayırma üzrə kimya aparatları mütəxəssisiyəm. Yəni demək istəyirəm ki, bu, özü də bir mesajdır. Sualın əvvəlində verdiyİm cavabı təkrar edirəm ki, baxır Vergilər Nazirliyindən kim, nə cür yoxlama aparacaq. Doğrudur, Dövlət Neft Şirkətində audit aparılır. Çox təəssüflər olsun ki, audit yoxlamalarını uzun illərdir eyni şirkət aparır”.
"Bizdə adətən çıxardıb, sonra yoxlayırlar”
"Vergilər Nazirliyinin şirkətin 5 il ərzindəki maliyyə hesabatlarını araşdırması o deməkdirmi ki, SOCAR-da böyük maliyyə pozuntuları var və bunu aşkara çıxarmaq istəyirlər”sualına M.Qəhrəmanlı belə cavab verdi: "Mən demədim ki, orada maliyyə pozuntusu var. Mən dedim ki, orada yoxlama aparılması arzuolunandır. Çünki bu sahə üzrə çoxlu cavadeh qurumlar və şəxslər var. SOCAR ildə 7 milyon ton neft çıxardır. Onun o qədər şöbələri, idarələri var. Təbii, SOCAR dövlətin şirkətidir və bilməliyik ki, şirkət hansı vergiləri ödəyir. Siz də bilirsiniz ki, vergi qazancdan ödənilir. Əgər Vergilər Nazirliyi ədalətli yoxlama aparsa, cəmiyyət də bilər ki, dövlətmizin Neft Şirkəti nə qazanır, satır və bu qazancdan nə qədər vergi ödəyir. Dəqiq vergi ödnənişlərini biləndə bizim müstəqil, savadlı ekspertlərimiz var, o hesabata əsasən alternativ hesabat hazırlayacaqlar. Mən düşünmürəm ki, bu, Rövnəq müəllimi işdən çıxartmaq üçün hazırlanan bir işdir. Rövnəq müəllimi təyin edən onu istənilən vaxtı işdən çıxarda bilər. Nazirlikləri gözünüzün qabağına gətirin. Neçə nazir işdən çıxarıldı. Onlar işdən çıxandan sonra bizim hörmətli jurnalistlər guya ki, tapıntı tapdılar. Çıxarılanın dalınca tapıntılar yazılacaq. Amma Rövnəq müəllimin işdən çıxarılması üçün Vergilər Nazirliyinin yoxlamasına ehtiyac yoxdur, bizdə adətən çıxardıb, sonra yoxlayırlar”.
"Vergilər Nazirliyinin doğru yoxlama aparacağını düşünürsünüzmü” sualına cavab olaraq M.Qəhrəmanlı vurğuladı ki, Veriglər Nazirliyi QHT-lərdə yoxlama aparandan sonra, onlara qarşı etimadı 50% azalıb.
"Mikayıl müəllimdən başqa, orada elə insanlar oturub ki, onlar gözə görünmür”
M.Qəhrəmanlı təkrar diqqətə çatdırdı ki, o, SOCAR-a bələd bir insandır: "Çünki 25 il orada işləmişəm. Orada çox savadlı, peşəkar insanlar da var. Sadəcə, orada zaman-zaman qohumluq çətəsi oldu, peşəkarlar müəyyən sahələrdən uzaqlaşdırıldı. Ona görə, bəzən belə bir arzum olur ki, SOCAR-ın çox bahalı təzə binasını və "Azneft” meydanında olan binadakıları üzüşağı silkələyib, dezinfeksiya edib, peşəkarları qaytarsınlar. Orada peşəkar insanları azaldıblar. Yəni orada Mikayıl müəllim yox, çox insanlar var ki, uzaqlaşdırlıb, peşəkarlar vəzifəyə gətirilməlidir. Özlərinin neft məktəbini yaradıblar. Neçə ilidr qışqırırlar ki, biz mütəxəssis hazırlayırıq. Hanı o mütəxəssislər? SOCAR tələbələrin xaricdə təhsil alması üçün pullar ödəyib. Kimlərə, nə cür ödənilib? Onların hamısı tapılıb, araşdırılmalıdır. Əgər doğrudan da mütəxəssis hazırlaya bilmirlərsə, kənara çəkilsinlər, gənc, korrupsiyadan uzaq, peşəkar kadrları qabağa çəksinlər. Mikayıl müəllimdən başqa, orada elə insanlar oturub ki, onlar gözə görünmür. Ora bələd olan adamlar bilir ki, onlar oradan getsələr, nə olar. Gözəgörünməyən orada 2-3 nəfər adam var. Onlar bir-biri ilə zəncivari birləşiblər. Böyük, güclü bir çətədilər. Bizim hüquq mexanizmində bir termin var. Biz həmişə zəif həlqəni axtarırıq. Onların zəif həlqəsi güclü rəhbər, böyük bir adamdır. Tutaq ki, vitse-prezident Xaliq Məmmədovu da çıxartsalar, düşünməyin ki, bütün qurum gedəcək. Yaxud da tutaq ki, Mikayıl müəllimi çıxartdılar, düşünməyin ki, Dövlət Neft Şirkəti neftdən başqa çaxır istehsal etməyəcək. Yəni bu, mənim üstüörtülü mesajlarımdır. Rövnəq müəllim oradan çıxarılacağı halda, bu zəif həlqə qırılmağa başlayacaq və onda bilinəcək ki, Rüfət Aslanov da, başqaları da onların yanında heç nədir”.
"Gəlirlərin deklarasiyası verilsə, onda bu ölkədə dəhşət olacaq”
"Mənim arzum vəzifəli şəxslərin gəlir deklarasiyasının açıqlanmasıdır. Hələ də o qanun qüvvəyə minməyib. O qanun qüvvəyə minsəydi, işdən çıxarılmağa heç ehtiyac qalmayacaqdı, onda birbaşa Kürdəxanıda olası idilər. Demokratik ölkələrdə, o cümlədən Praqada sən banka pul qoyanda səndən soruşurlar ki, o pul haradandır? Demokratik ölkələrdə maliyyəyə nəzarət var. Əgər mənim ölkəmdə gəlirlərin deklarasiyası verilsə, onda bu ölkədə nə olacaq, bilmirəm. Bax, dəhşət onda olacaq və kimin kim olduğu bilincək. Ölkənin belini qıran, iqtisadiyyatını pis günə qoyanların kim olduğu aşkara çıxarılacaq”, - deyə NHMT-sədri vurğuladı.
Hurriyyet.org