27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
"Yenicag.Ru -Yeni dövr" İnformasiya-analitik portalın bugünkü qonağı gənc və qabaqcıl azərbaycanlı, beynəlxalq dərəcəli idman ustası, Tuva Respublikasının Karate Federasiyasının prezidenti, Respublika Xuralının deputatı Çingiz Əliyevdi.
- Çingiz müəllim, Tuvaya necə düşdüyünüzü xatırlayırsinizmı. Bu uzaq, soyuq Sibir bölgəsi isti Qafqaz oğlanını nə ilə özünə cəlb etdi?
- Mən Tuvaya Sovetlər İttifaqının dağıldığı dövrdə gəlmişəm. Onda hamı iş dalınca hara gəldi, başqa yerlərə getməyə başladılar. Kim xaricə, kimsə ölkənin digər bölgələrinə. Mən tətildə Tuvada yaşayan əmimi ziyarət etmək qərarına gəldim. İlk öncə məni Tuva ilə yaxınlaşdıran mədəniyyətlərimizin oxşarlığı oldu. Türkdilli respublika olan Tuvanın, Azərbaycan mədəniyyəti, adət-ənənələri ilə çox oxşarlıq var. Xatırlayıram, qış axşamlarının birində rus-tuva lüğətini açdım və "inek" sözünü gördüm — rus dilinə tərcüməsi "korova" idi. İnanmadım. Mən lüğəti səhvələməyi davam etdim və demək olar ki, 85 faiz tuva dilində sözlərin türk mənşəli olduğunu aşkar etdim və mənə hər şey aydın oldu. Mən Tuvada qalmaq fikrində deyildim, amma respublikanın məşqçilərilə və idmançıları ilə tanışlıqdan, ünsiyyətdən sonar gördüm ki, biz bəzi məsələlərdə yekdilik. Mən başa düşdüm ki, karatenin bu respublikada inkişaf perspektivi böyükdür. Həmdə, Qızıl şəhəri xoşuma gəldi-kiçik, lakin rahat və səliqəli. Belə şəhərlərin arxasında həmişə böyük gələcək vardır. Necə deyərlər, region inkişaf edəcək və mən onunla inkişaf edəcəyəm.
- Tuvada Azərbaycan diasporu böyükdürmü? O, respublikanın ictimai-siyasi həyatında nə kimi rol oynayır?
- Əgər söhbət xalqımızın birbaşa yetirmələrindən gedirsə, təxminən 350 nəfər. Ata azərbaycanlı anası tuva qızı olan qarışıq, beynəlmiləl ailələr kifayət qədər çoxdur. İctimai-siyasi həyatda diasporun rolundan danışsaq, əminliklə deyə bilərəm ki, hər bir azərbaycanlı Tuvanın inkişafına öz töhfəsini verməyə çalışır. Hörmətli və tanınan bir sıra adları missal gətirə bilərəm. Rusiyanın əməkdar inşaatçısı Veysəl Əkbərov, istefada olan polis polkovniki İlqar Əliyev və başqaları. Bizim diasporumuz mehriban və sıxdır. Elə karate Federasiyasını götürək. Tuva hökumətinin, İdman Nazirliyinin dəstəyinə baxmayaraq, dövlətin yardımının nəzərdə tutulmadığı federasiyanın bir çox məsələləri diasporumuzun nümayəndələrinin dəstəyi ilə həll olunur. Təkcə Tuvada öz binası olan yeganə Federasiya olduğunu demək kifayətdir.
- Yerli sakinlər, tuvalılar azərbaycanlılara necə münasibət göstərirlər? Bizim haqqımızda, mədəniyyətimiz, nailiyyətlərimiz və problemlərimiz barədə nə bilirlər?
- Vaxt var idi ki, mən bura təzə gələndə, mənə və mənim digər həmyerlilərimə yerli sakinlər, yəni tuvalılar "xaçiki"sözü ilə müraciət edirdilər. Bu, nə qədər təhqiramiz olsa da, başa düşürdüm ki, 90-cı illərdə "xaç" sözünün mənasını bilmədiklərinə görə, bütün Qafqaz xalqlarına belə müraciət edirlər. Əslində isə bu xristian xalqlarından gürcülərə, ermənilər və digərlərinə aid idi. Amma indi, Mənə elə gəlir ki, Tuva sakinlərinin, demək olar, hər biri bilir ki, azərbaycanlılar Türkdilli xalqdır, Tuva xalqı kimi, ancaq bizim dinimiz fərqlidir. Biz bu qarşılıqlı anlaşmaya özümüzü fəal surətdə göstərməklə, özümüz haqqında danışmaqla, Respublika, regionlararası müsabiqələrdə, turnirlərdə iştirak etməyə başlamaqla, o cümlədən nümayəndələrimizin hökumət səviyyəsində tədbirlərə çıxmağa başlaması ilə nail olduq. Azərbaycanlıların və türklərin Tuvaya gözəgörünməz böyük sevgisi var. Bunu mən sosial şəbəkədəki səhifəmdə görürəm. Mən Tuva barəsində sosial şəbəkə bir şey qoyan kimi, dostlarım, tanışlarım Tuvanı ziyarət etmək istədiklərini yazmağa başlayırlar. Bilirəm ki, mənim həmvətənlərimə və dostlarıma qədim türk xalqlarının yaşadığı, ilk türk atlılarının gəzdiyi yer olan Tuvanı ziyarət etmək onlar üçün maraqlıdır. Lakin təəssüflər olsun ki, Tuvada türk xalqının tarixini çox yaxşı bilən yaşlı nəslindən fərqli olaraq, respublikanın gəncləri bizim ümumi köklərimizi öyrənməyə o qədər də böyük əhəmiyyət vermirlər.
— Siz Tuva Respublikasının Karate Federasiyasının Prezidentisiniz. Azərbaycanda keçirilən turnirlərdə və ya çempionatlarda öz komandanızla nə vaxtsa iştirak etmisinizmi?
- Tuva komandası hələ bir dəfə də olsun Azərbaycanda keçrilən turnirlərdə iştirak etməyib. Lakin mənim məşq etdiyim idmançılar Rusiya yığma komandasının tərkibində ayrı-ayrı yarışlarda və turnirlərdə iştirak edirlər.
- Azərbaycanda karatenin məşhur və titullu ustalarından kimləri tanıyırsınız?
- Vətəndə karate ustalarının hamısını tanıyıram, Hər halda, Azərbaycanda böyümüşəm. Bunu dünyanın ən məşhur karateçilərindən olan Rəfael Ağayeva yaxşı bilir. Bizim onunla qardaşlıq münasibətlərimiz, obu sahədə elə də məşhur olmayan vaxtdan yaranmışdır. Bu oğlanı bir idmançı və bir insan kimi çox sevirəm. Yeri gəlmişkən, R.Ağayev, tezliklə Tuvaya gələcəyini vəd edib.
- Yəqin ki, Rusiyadakı Azərbaycan diaspor təşkilatları arasında nələr baş verdiyindən xəbəriniz var. Bəzən bir azərbaycanlı kimi buna utanırsinizmı. Sizcə, Rusiya azərbaycanlılarının bütün problemlərinin kökündə nə durur? Doğrudanmı, vahid konsepsiya işləyib hazırlamaq, konsensusa gəlmək və diasporumuzun inkişafı üçün səyləri birləşdirmək olmaz? Axı güc birlikdədir.
— Bir Azərbaycanlı kimi Rusiyada iki milyondan artıq insan yaşayır və biz hamımız bu ölkənin vətəndaşıyıq, yəni biz rusiyalıyıq. Bir çox soydaşlarımızın ən böyük səhvi ondan ibarətdir ki, onlar öz hərəkətləri ilə cəmiyyətimizi bir neçə cəbhəyə bölmək istəyirlər. Nəticədə, bu gün diasporlarda xaos yaranıb. Biz Rusiyada bütöv olmalıyıq, ona görə də pərakəndəliyə yol vermək olmaz, öz şəxsi məqsədlərimiz naminə işləmək olmaz. Rusiyadakı Azərbaycan diasporu bu gün heç vaxt olmadığı kimi yeni liderə ehtiyac duyur. Özü də Azərbaycan cəmiyyəti naminə çalışacaq gənc lider olmadır ki, onün göstərəcəyi bütün səylər həm Rusiya üçün, həm də Azərbaycan üçün fayda gətirsin.
- Həmin lideri necə tapmaq olar?
- Cəmiyyət onu özü tapmalıdır. Bu, hər kəsi eyni bayraq altında bir araya gətirəcək bir ağıllı siyasətçi olmalıdır. Və belə bir, insanlar da, çox deyil. Rusiyada axtarsaq 20 nəfər belə adam tapmaq olar. Yalnız belə bir liderlərin ətrafında yaranan cəmiyyət bunu həyata keçirə bilər. Təəssüf ki, bu gün Rusiyada fəaliyyət göstərən cəmiyyətlərin rəhbərləri öz şəxsi ambisiyaları ilə o qədər məşğuldir ki, məsuliyyəti öz üzərindən götürməyə və "gənclərə yol vermək vaxtıdır"deməyə hazır deyillər. Bugünkü diaspor rəhbərləri nə edirlər? Onlar ancaq ticarətin inkişaf etdirilməsinə calışırlar. Onlar heç cür başa düşmək istəmirlər ki, cəmiyyətimizin siyasi tərbiyəsi çatmadığı kimi, qrum rəhbərlər də siyasi texnoloqiyalardan, biliklərdən uzaqdırlar.
- Çingiz müəllim, bir halda ki, Biz siyasətə keçdik, siyasi karyeranız haqda danışın. Çünki bu gün siz peşəkar idmançı olmaqla yanaşı şəhər parlamentinin üzvüsüz. Bəs bu barədə nə deyə bilərsiz?
–Mən siyasətə sadə bir səbəbdən getdim--mən tələbələrimə kömək etmək üçün daha çox imkanlara malik olmaq istəyirdim. Bir zamanlar mən gördüm ki, bir millət vəkili olaraq, Moskva, Novosibirski və digər şəhərlərdən olan həmkarlarımla razılığa gələrək uşaqları oradakı idman təhsil müəssisələrinə yerləşdirmək olar. Ona görə yox ki, deputatlara daha çox imtiyazlar verilir, ona görə ki, deputatlara etibar etmək olar. Əgər o, kim üçünsə xahiş edirsə, deməli, o, bundan sonra da bu uşağa görə məsuliyyət daşıyacaqdır. Bir sözlə, mən idmanı və idmanda uşaqları inkişaf etdirmək istəyirdim. Məhz mən elə ilk növbədə buna görə siyasətə getdim. Bu gün mənim həyatımda mandat əldə etməklə heç nə dəyişməyib. Mən həmin idmançı, məşqçi Çingiz Əliyevəm və elə də qalmışam. Amma mən əminəm ki, Tuvanın uzaq bir kəndindən olan tələbəmə Krasnoyarsk şəhərində yataqxanada yer olmasa, ona deputat əlaqələrim vasitəsi ilə kömək edə bilərəm. İnanın, federasiyanın sadə prezidenti belə bir böyük çəkiyə malik deyil.
— Azərbaycana, Gürcüstana, doğma borçalılaya nə qədər tez-tez gedirsiz?
- Təəssüf ki, istədiyim qədər tez-tez gedə bilmirəm. Mümkün olduqda iki ildə bir dəfə. Mənim əsas fəaliyyətim məşqçilik olduğuna görə, tez-tez səfərlərim ilə əlaqədar doğma yerlərə baş çəkmək üçün vaxt ayırmaq mənə çətin olur.
— Rusiyanın bir çox regionlarının Azərbaycanla və Azərbaycan Hökuməti ilə əlaqələri, müqavilələri var, hətta bəzilərinin Bakıda daimi nümayəndəlikləri də açılıb. Bəs niyə indiyə kimi qardaş Tuva ilə belə əlaqələr yoxdu?
- Tezliklə məhz bu istiqamətdə iş qurmaq fikrindəyəm. İlk növbədə bu, mədəni əlaqələrə aid olacaqdır. Düşünürəm ki, Azərbaycanda Tuva günləri, Tuvada isə Azərbaycan günlərini keçirmək yaxşı olardı. Hər halda, iki xalq arasında mədəniyyət sahəsində qarşılıqlı mübadilə olmalıdır. Çünki Tuvanın Azərbaycanla oxşarlığı çoxdur.
Qafqaz Ömərov
Tərcümə etdi: A.Məmmədli.
"Yeni sozcü”