İctimai Radio –adı var özü yox...

                                

  İctimai Radio –adı var özü yox...

 

    Görəsən bunu  İTV rəhbərliyi və Yayım Şurası  görürürmü

 Azərbaycan media mühitində bu gün çoxlu sayda radiokanal mövcuddur. Bu radiokanalların, demək olar ki, böyük əksəriyyəti birbaşa kommersiya kanalları olaraq, fəaliyyət sferasına görə daha çox kommersiya işi görürlər. Yəni özəl radiokanallar daha çox musiqiyə, şou-proqramlara üstünlük verirlər. Elə İctimai Radionun yaradılmasında da əsas məqsəd  bu tipli kommersiya kanallarının maarifçilikdən uzaq verilişlərinə qarşı öz proqramlarını hazırlamaq olmuşdur. İndi gəlin baxaq görək son bir ildə İctimai Radio öz üzərinə düşən əsas məsələni yerinə yetirirmi. Son bir il, ona görə ki, ötən il İctimai Televiziya və Radio Yayımlar Şirkətində rəhbərlik dəyişərək, Balakişi Qasımov baş direktor seçildi. Elə həmin gündən də demək olar ki, İctimai Radionun fəaliyyəti kölgədə qaldı. Nəticədə, İctimai Radionun fəaliyyəti digər radiolarla müqayisədə sıfıra bərabər oldu. Buda ona görə ki, baş direktor radionun reytinqinin aşağı olmasını səbəb göstərərək, uzun illər burada calışan 30 əməkdaşdan 22-ni bir günün icində çölə atdı. Onun fikirincə radioda calışan əməkdaşlar günün təlabatına cavab vermirdilər. İndi isə gəlin müqayisə edək İctimai Radio keçmiş kollektivlə öz adını döğruldurdu yoxsa indi Balakişi Qasımov tərəfindən DJ Fateh radio kanala rəhbər təyin edildikdən sonra.

   Radiodan danışdıqda ilk növbədə qeyd etmək istərdim ki, müasir kommunikasiya kanalları sistemində radio xüsusi yer tutur. Çünki televiziyadan, internet saytlarından və digər informasiya vasitələrindən fərqli olaraq, heç bir narahatlıq keçirmədən radionu avtomobili idarə edə-edə, məişət işi ilə məşğul ola-ola, mətbəxdən tutmuş yataq otağınadək hər yerdə rahatca dinləmək mümkündür. 
   Respublikada fəaliyyət göstərən digər radiodan fərqli olaraq, İctimai Radio yarandığı gündən maarifçilik funksiyasını uğurla həyata keçirmişdir. Azərbaycanda dövlət tərəfindən maliyyələşən İctimai Radio kommersiya kanallarından fərgli olarag proqram setkasında maarifçilik verilişləri çoxluq təşkil edirdi. Fəaliyyətə başladığı ilk gündən dinləyici auditoriyasını genişləndirmiş, daim yeni layihələri ilə dinləyicilərin zövqünü oxşamışdır. İctimai Radio həftənin 5 günü səhər saat 8-dən 10-dək "Yeni gün" proqramı ilə öz dinləyicilərinə rəngarəng mövzular, interaktiv müzakirələr, səhərin ruhuna uyğun mahnılar təqdim edirdi. "Yeni gün" proqramından dərhal sonra yayımlanan "Şərq-Qərb" verilişində müzakirəyə çıxarılan mövzulara fərqli istiqamətdən, fərqli düşüncələrdən nəzər salınaraq, çarpaz baxışlar ortaya qoyulururdu. Cəmiyyəti narahat edən ən aktual mövzuların müzakirə meydanı kimi tanınan "Xəbərdar" proqramı, adından göründüyü kimi, əxlaqi və milli-mənəvi dəyərlərdən tutmuş insanların maarifləndirilməsi, müasir təhsilin ən mühüm problemləri, ölkənin sosial-iqtisadi sferadakı inkişafını, tarix, elm sahələrinə dair mövzuları müzakirəyə çıxarırdı. Sadə vətəndaşların, kino, teatr sevən insanların maraqla dinlədiyi verlişlər sırasında "Kinoda yaşanan ömür" və "Səhnə həyatı"  kimi lahiyələri göstərmək olar. Hər bazar günü radio dinləyicilərinin istirahətinin, həftəsonu əyləncəsinin ən doğru məkanı "Radioklub" proqramı idi. Ölkə gənclərinin nə düşündüyü, hansı qayğılarla yaşadığı, fərqli mövzu və müzakirələr gəncliyin prizması "Gənc saat”  proqramında təqdim olunurdu. Həftənin 6 günü, məktəbəqədər və məktəbli dinləyicilər üçün təqdim olunan "Kim yatmış, kim oyaq" verilişi, şirin-şəkər balaların ən maraqlı görüş yerinə çevrilmişdi. İctimai  Radio dünyanın müxtəlif eyni tipli radio qurumları ilə yaradıcılıq əlaqələri yaratmışdı. Bu əlaqələrdən TRT radiosu ilə İctimai Radio arasındakı əlaqələri xüsusi qeyd etmək olar.Bu sahədə gündəlik efirə gedən "Qorqud Ata" radio proqramı həm ictimai radio, həm də TRT radiosu ilə Azərbaycanı türk dünyasına təqdim edirdi. Gecə növbəsində çalışanlar, özünə maraqlı həmsöhbət axtaranlar, yuxusuz qalanlar, bir sözlə hər kəs "Sübhə doğru" proqramını dinləyə bilirdi. İctimai Radionun bir il əvvəl əsas efir setkasını bu proqramlar  təşkil edirdi. Göründüyü kimi, gündəlik efirdə əsas üstünlük canlı verlişlərə verilirdi.

     Bəs indi, DJ Fatehin rəhbərliyi ilə, İctimai Radio dinləyicilərə nə təqdim edir. Bunu bilmək elə də cətin deyil. Çünki İctimai Radionun bir günlük efirini dinləsək, radioda baş vermiş bütün yeniliklər və efirə gedən bütün proqramlar məlum olur. Bu isə bunlardı. Yəni səhər saat 8-dən 10-na qədər "Adicə” adlı səhər şousu, saat 1-dən 2-yə kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə "İdarəetmənin əsasları" adlı verliş və  birdə gün ərzində müxtəlif saatlarda ayrı-ayrı rubrikalar səslənir. Yeniliklər sırasına radio efirində səslənən musiqilərin yeni formatda verilməsini də daxil etmək olar. Göründüyü kimi İctimai Radionun yeni rəhbərliyi efirə gedən bütün verlişləri bağlayaraq  dinləyicilərə gün ərzində iki verliş və bir necə rubrika təqdim edir. Bununla da 24 saat efir vaxtının 20 saatını musiqi ilə doldurur. Buda ona görə ki, DJ Fateh İctimai Radionun rəhbəri olsada, bu radio digər komersiya radiolara kimi, onun üçün rəqibdi. Yəni DJ Fateh dinləyicilər tərəfindən əsasən, bu gün baş prodüser olduğu Media-FM radiosunun 3 saat davam edən "BAMBOLEO” səhər şousu proqramınınaparıcısı kimi tanınır. O həm də İctimai Televiziyada efirə gedən, Balakişi Qasımovun baş prodüseri və rejissoru olduğu Gametv.az prodüser mərkəzinin beynəlxalq lisenzya əsasında hazırladığı "Breyn-rinq” verlişinin aparıcısıdır.

     Bir məsələni xüsusi qeyd etmək lazımdır ki,  İTV-nin Nizamnaməsinə görə baş direktorun fəaliyyətinə əsas nəzarət Yayım Şurası tərəfindən həyata keçrilir. Lakin bu bir il ərzində İctimai Radioda baş verən dəyşiliklərdə, efirə gedən verlişlərin keyfiyətində Yayım Şurasının rolu görünmür. Görünsə idi, bu gün Media-FM radiosunun baş prodüser olan insan İctimai Radioya rəhbər təyin edilməzdi. Hal hazırda DJ Fatehin Media-FM radiosunun baş prodüseri olması, radionun internet saytında göstərilib. Yayım Şurasının bundan xəbərsiz olmasına isə inanmaq olmur. Birdə buna elə də təcüblənmək lazınm deyil. Çünki bu gün İctimai Televiziyada calışanların əksəriyyəti baş direktor kimi iki üç yerdə işləyirlər. Əgər baş direktor işləyirsə onda başqaları niyə işləməsin. Elə buna görə də İctimai Radio fəaliyyət göstərdiyi 13 il ərzində digər radio kanalarla müqayisədə ən aşağı reytinq göstəricisinə malikdir. Elə bunu Milli Tele Radio Şurası da təsdiqləyir.

 

    A.Məmmədli,

"Yeni Sözçü”qəzeti

 



Oxşar Xəbərlər

Xəbər lenti