8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Prezident İlham Əliyev mayın 13-də Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin etdiyi Azər Qocayevi videoformatda qəbul edərkən köçkünlərin dəqiq uçotu aparılmalıdığını qeyd edərək Qaçqın və Məcburi Köçkünlərin Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin keçmiş rəhbərliyinin fəaliyyətinin də kəskin tənqid edib. Dövlət başçısı bəyan edib ki, aparıldıqları araşdırma, təftiş nəticəsində köçkünlər üçün tikilmiş evlərdə bəzi hallarda heç köçkün statusuna aid olmayan insanlar yaşadığı üzə çıxıb. Köçkünlər üçün tikilmiş binalarda yaşayanların 20 faizinin köçkün olmadığını qeyd edən prezident İlham Əliyev belə deyib: "Necə gəliblər oraya? Kim onları yerləşdirib? Kim onları qeydiyyata alıb? Dövlət orqanları. nəyinsə müqabilində bunu ediblər. Yoxsa necə ola bilər ki, köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır. Belə hallar var. Mənzillərin bölgüsündə mənfi hallar kifayət qədər çox idi. Mənə verilən məlumata görə, bəzi hallarda köçkünlərdən pul alırdılar. Halbuki, dövlət onları pulsuz mənzillərlə təmin edir. Bu faktlar da araşdırılır”.
Qeyd edək ki, üç il əvvəl bir qrup Ağdam rayon sakini prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək o zaman baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun istefaya göndərilməsi və fəaliyyətinin yoxlanılmasını xahiş etmişdilər. Həmin müraciətlər o zaman "Yeni Sözçü” qəzetində dərc olunmuşdur.
Məcburi köçkünlər prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciətlərində məcburi köçkünlər üçün inşa edilən qəsəbələrdəki evlərin xidməti evlər adı altında yerlərdəki vəzifəli şəxslərə verilməsi, sonra isə onlar tərəfindən satılması, 80-dən artıq qəsəbə salınmasına baxmayaraq ehtiyacı olan və əsasən də çox ağır sosial duruma malik insanlar bu gün də torpaq komalarda, xarabalıq vəzəiyyətə düşmüş köhnə ictiami binalrda yaşadıqlarını bildirir və bu məsələlərin araşdırılmasını xahiş edirdilər.
Ağdam və digər ərazisi işğal olunmuş rayonların sakinlərinin üç il əvvəl prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək o zaman baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun istefaya göndərilməsi və fəaliyyətinin yoxlanılması ilə bağlı müraciətləri "Yeni Sözçü” qəzetində dərc edilərək ictimailəşəndən sonra Şuşa, Laçın, Qubadlı və Ağdam rayonlarının Ağsaqqallar Şurasının adından yayılan bu müraciətlərdə Əli Həsənovun müdafiəsinə cəhdlər edildi. O zaman həmin Ağsaqqal Şuralarının adından yayılan məlumatda Əli Həsənovun fəaliyyətinin yoxlanılması tələbi ilə edilən müraciətlər Ağsaqqallar Şuraları tərəfindən qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial-iqtisadi problemlərinin həlli üzrə həyata keçirdiyi genişmiqyaslı işlərə kölgə salmağa, ictimai sabitliyi pozmağa, məcburi köçkünlər arasında narazılıq yaratmağa xidmət edən” çirkin əməllər” kimi qiymətləndirildi.
Prezident İlham Əliyevin açıqlamasından məlum olur ki, Əli Həsənovun fəaliyyətinin araşdırılmaısnı xahiş edən məcburi köçkünlərin müraciətlrindəki faktlar həqiqət imiş. Bununla həm də "Yeni Sözçü”nün üç il əvvəl yazdıqları öz təsdiqini tapmış oldu.
İndi maraq doğuran məsələ Şuşa, Laçın, Qubadlı və Ağdam rayonlarının Ağsaqqallar Şuralarının Əli Həsənovu müdafiə edib-etməyəcəklərilə bağlıdır. Üç il əvvəl Əli Həsənovla bağlı tənqidi fikirləri qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial-iqtisadi problemlərinin həlli üzrə həyata keçirdiyi genişmiqyaslı işlərə kölgə salmağa, ictimai sabitliyi pozmağa, məcburi köçkünlər arasında narazılıq yaratmağa xidmət edən” çirkin əməllər” kimi qiymətləndirn Şuşa, Laçın, Qubadlı və Ağdam rayonlarının Ağsaqqallar Şuralarının eyni fikirdə qalıb-qalmadıqları çox maraq doğurur.
O zaman belə fikirlər mövcud idi ki, Şuşa, Laçın, Qubadlı və Ağdam rayonlarının Ağsaqqallar Şuralarının Əli Həsənovun müdafiəsinə qalxması bu rayonların icra hakimiyyətlərinin göstərişi, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərovun razılığı ilə mümkün olub. Bu məsələyə aydınlıq gətirməyə çalışacağıq.
A.Aydın,
"Yeni Sözçü”