8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
ABŞ İranda yaşayan xalqların öz müqəddəratını təyin hüququ uğrunda mübarizəsinə beynəlxalq ictimaiyyətin effektli dəstəyini təşkil etmək üçün "Ramşteyn formatı"na bənzər koalisiya yaratmalıdır"
"Şəriətin qətlə yetirdiyi növbəti qadın, 22 yaşlı Məhsə Əmininin ölümünə etiraz olaraq başlayan etirazlar teokratik rejimin əsaslarınını sarsıtmağa başlayıb. İran Kürdüstanında başlayan etirazlara həmrəy və teokratik rejimin vəhşiliklərinə etiraz olaraq Güney Azərbaycan ayağa qalxıb. Güney Azərbaycanda etirazlar dərhal milli hərəkata çevrilib". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.
Politoloq hesab edir ki, beynəlxalq ictimaiyyət İran əhalisinin insan hüquqları, İranda yaşayan xalqların isə öz müqəddaratını təyin hüququ uğrunda mübarizəsini bütün vasitələrlə dəstəkləməlidir: "ABŞ Ukraynanın müdafiəsinin təşkilində olduğu kimi İranın əhalisinin insan hüquqları, İranda yaşayan xalqların öz müqəddəratını təyin hüququ uğrunda mübarizəsinə beynəlxalq ictimaiyyətin effektli dəstəyini təşkil etmək üçün "Ramşteyn formatı"na bənzər koalisiya yaratmalıdır. Bu koalisiya insan hüquqları və öz müqəddəratını təyin hüququ uğrunda ayağa qalxmış insanlara qarşı teokratik rejimin qətliam törətməsinin qarşısını almaq üçün bütün vasitələrdən istifadə etməlidir. Rusiyanın Ukraynaya qarşı hərbi cinayətlərini dəstəkləyən və yardım edən teokratik rejimin əməlləri cəzasız qalmamalıdır".
Xaqani Cəfərlinin sözlərinə görə, bəşəriyyət yeni dünya düzəninin formalaşma prosesinin əsas mərhələsinə qədəm qoyub: "Xalqımızın gələcək taleyinin də müəyyən olunduğu bugünlərdə Güney Azərbaycanın azadlıq, ədalət və milli hökumət uğrunda mübarizəsinin qalibliyyətlə nəticələnməsi üçün hər cürə fədakarlıq edilməlidir. Güney Azərbaycan azadlıq mübarizəsi dəstəklənərkən Dərbəndin işğaldan azad edilməsi də gözardı edilməməlidir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az