"İran özünü HƏMAS-a qurban vermək istəmir" - XAQANİ CƏFƏRLİ


"Əgər ABŞ bölgəyə nəhəng hərbi qüvvə toplamasaydı, İranın davranışı fərqli ola bilərdi"

"Türkiyə mətbuatı və siyasi şərhçiləri İranı Qəzzaya, HƏMAS-a və hətta İslama xəyanətdə ittiham etməyə başlayıblar. İranı istənilən qədər tənqid və ittiham etmək olar. Amma molla rejimi hazırkı vəziyyətdə hələlik ən doğru siyasəti yürüdür"Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli deyib.

Politoloqun qənaətincə, əgər ABŞ bölgəyə nəhəng hərbi qüvvə toplamasaydı, İranın davranışı fərqli ola bilərdi: "Ancaq Tehranda gözəl bilirlər ki, ABŞ-ın bölgədə cəmləşdirdiyi hərbi armada Çin istisna olmaqla istənilən ölkənin hərbi və mülki infrastrukturunu bir neçə gün ərzində məhv etmək gücündədir. Bütün bunları bilən və ağlı başında olan özünü fəlakətə sürükləməz. İran uzun illər HƏMAS-ı maliyyələşdirib. Amma indi özünü HƏMAS-a qurban vermək istəmir. Molla rejimi özünü qurban verəcək qədər fanatik və ya ağılsız deyil.  HƏMAS-ın oktyabrın 7-də həyata keçirdiyi qanlı antiterrorun cəzasın isə Qəzzada yaşayanlar və Fələstin xalqı çəkir. Qəzzadakı insan itkiləri, dağıntlar HƏMAS-ın qanlı terrorunun nəticəsidir. HƏMAS-ın terror hücumu Fələstin dövlətinin yaradılmasını da ən azından bu on illik üçün gündəmdən çıxardı".

Xaqani Cəfərli əlavə edib ki, HƏMAS-a ən çox sahib çıxan, İsrailə qarşı ən sərt mövqe tutan Türkiyənin sosial-iqtisadi sabitliyi 10 ölkə, Almaniya, ABŞ, Böyük Britaniya, İtaliya, İsrail, İraq, İspaniya, Fransa, Niderland və Belçika ilə ticarətdən asılıdır: "İraq istisna olmaqla, bu ölkələrin hamsısı qeyri-müsəlman ölkələridir. İsrailin HƏMAS-a qarşı antiterror əməliyyatına qarşı ən sərt mövqeni tutmaq, bu münaqişəni xristian-müsəlman adlandırmaq sağlam ağılın məhsulu ola bilməz. Bunun çox ağır nəticələri olacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti