Tbilisidə azərbaycanlı gənc rəssamın fərdi sərgisi keçirilib -Fotolar


Aprelin 6-da Tbilisidə gənc rəssam Emin Əliyevin “Dövrə vurub geri qayıdır” adlı ilk fərdi sərgisi keçirilib.

Tbilisi meriyasının dəstəyi ilə “Patara Qalereya” da baş tutmuş sərgidə rəssamın son aylarda çəkdiyi portret janrında rəsmləri təqdim olunub. 

Emin Əliyev əsərlərini divar kağızı üzərində yaradır. 14 yaşından rəsm çəkməyə başlayan gənc rəssam əsasən abstrakt və portret janrlarına müraciət edir. 

Rəssamın sözlərinə görə, ilk əsərləri portretlərdən ibarət olub, daha sonra abstrakt rəsmlər çəkməyə başlasa da, müəyyən vaxtdan sonra yenidən portret janrına qayıdıb.

“İlk fərdi sərgimin adında da məhz bu ifadə olunub. Rəsm əsərlərində boya kimi quaş, akril və divar boyalarından istifadə edirəm. Rəssamlıq mənim üçün bir hobbi deyil, peşədir”, - E.Əliyev bildirib.  

Sərgidə gənc rəssamın yaxınları, tələbə yoldaşları, müəllimləri, dostları iştirak ediblər. 

Qeyd edək ki, 19 yaşlı Emin Əliyev Tbilisidə yaşayır. Soydaşımız hazırda Qafqaz Beynəlxalq Universitetinin Biznesin idarə olunması fakültəsinin I kurs tələbəsidir.

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}