Azərbaycanla Almaniya arasında yeni mərhələ ərəfəsində

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri Bakı ilə Berlin arsaında yeni münasibətlərin başlanğacı ola bilər. Bunun üçün çox münbit şərait yaranıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin almaniyalı həmkarı Frank-Valter Ştaynmayer birgə mətbuat konfarnsında bildirdiyi kimi, bu ilin yanvar-fevral aylarında iki ölkə arasında ticarət dövriyyəsi təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Bu onu göstərir ki, Azərbaycan dünyanın dördüncü böyük iqtisadiyyatı olan Almaniyanın enerji bazarında güclü mövqelər qazanmaqdadır. Almaniyanın infrastruktur, iqlim və hərbi-sənaye layihələrinə dövlət sərmayə qoyuluşunu təmin etmək üçün Konstitusiyada da əksini tapan “borc məhdudiyyəti” mexanizminin dəyişdirilməsi Almaniyanın enerji bazarını Azərbaycan üçün daha da cəlbedici edir. Bu baxımından Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Bakıda azərbaycanlı həmkarı İlham Əlievlə danışqılarının yekunları ilə bağlı rəsmi məlumatlar, dövlət başçılarının açıqlamaları da iki dövlətin yeni mərhələ ərəfəsində olduğunu göstərir. İki ölkə arasında münasibətləri yeni mərhələ ərəfəsinə gətirən digər məqam Asiyadan Avropaya yüklərin daşınması müddətini 15 günə endirəcək Orta Dəhlizin Avropa, o cümlədən Almaniya üçün mühüm amilə çevrilməsidir.

Prezident Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfərindən iki gün sonra Səmərqənddə tarixi ilk Mərkəzi Asiya - Avropa İttifaqı sammitinin keçirilməsinə də Almaniyanın dövlət başçısının Bakıya səfəri iki ölkənin münsibətlərinin yeni mərhələ ərəfəsində olduğunu təsdiqləyir. Səmərqənd sammitində məlum oldu ki, Avropa İttifaqı Mərkəzi Asiya ölkələrinin inkişafına 12 milyard avro sərmayə qoyur. Vəsaitlər nəqliyyat, enerji, mineral emalı və peyk rabitəsinə yönəldiləcək. Sammitin Mərkəzi Asiya - Avropa İttifaqının simasında iki regionun iqtisadi, humanitar və texnoloji inteqrasiyasına yönəlmiş geniş spektrli təşəbbüslər də Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Qlobal ticarət müharibəsinin başladığı bir zamanda bu xüsusilə böyük əhəmiyyət kəsb edir. 

Azərbaycan üçün Almaniya ilə münasibətlərini yeni mərhələyə keçirməsi Bakının 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq planına da uyğundur. Almaniya şirkətlərinin bu sahədə çox böyük təcrübəsi var və Azərbaycan qarşılıqlı faydalılığa əsaslanan prinsip əsasında bu sahədə Berlinlə əməkdaşlıqda maraqlıdır. Qlobal ticarət müharibəsinin başlandığı bir zamanda Almaniya da Azərbaycanın və Mərkəzi Asiyanın enerji resurslarına marağını artırır. Əksər neft-qaz ixracatçı ölkələrdən fərqli olaraq Azərbaycanın etimadlı tərəfdaş, siyasətı, iqtisadiyyatı və ticarəti bir-birinə qarışdırmaması Bakını daha cazibədar tərəfdaşa çevirir. 

Digər tərəfdən iki dövlət arasında tarixi müansibətlər də Bakı ilə Berlinin münasibətlərini yeni mərhələyə keçirməsi gözəl təmələ malikdir. Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuş və 1992-ci ildə hər iki ölkədə səfirliklər açılmışdır. Prezident İlham Əliyev Almaniyaya 17 rəsmi və işgüzar səfəri Bakı ilə Berlinin münsibətlərinin yeni mərhələyə keçirmək üçün güclü təmələ sahib olduğunu göstərən digər önəmli məqamdır. 

Bundan əlavə, hər iki ölkənin baş nazirləri, xarici işlər nazirləri və parlament nümayəndələri arasında da mütəmadi görüşlərlər keçirilir. Azərbaycan Milli Məclisində Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir, Almaniya Bundestaqında isə Almaniya-Cənubi Qafqaz parlament qrupu Azərbaycanı da əhatə edir. İqtisadi əməkdaşlıq çərçivəsində 2011-ci ildə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupu yaradılmışdır və indiyədək 9 iclası keçirilmişdir. Bundan əlavə, 2012-ci ildə Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatası təsis olunmuşdur.

Azərbaycan və Almaniya arasında 77 sənəd imzalanmışdır ki, bu da əməkdaşlığın hüquqi bazasını gücləndirir. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması, bərpaolunan enerji sahəsində yeni layihələrin həyata keçirilməsi və siyasi dialoqun gücləndirilməsi gələcəkdə münasibətlərin daha da inkişafına töhfə verəcəkdir.

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri iki ölkə arasında iqtisadi münasibətləri yeni mərhələyə keçirməklə ticarət dövriyyəsinin daha da artacağı gözlənilir. Azərbaycan və Almaniya arasında elm, təhsil və mədəniyyət sahələrində də əməkdaşlıq mövcuddur, bu çərçivədə bir sıra birgə layihələr həyata keçirilir. Almaniya şirkətləri Azərbaycanda infrastruktur, enerji və sənaye sahələrində mühüm investisiyalar qoyur və bu, ölkəmizin iqtisadi inkişafına müsbət təsir göstərir.

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Bakıya ilk rəsmi səfəri Azərbaycan, Şərqi və Cənubi Avropa ilə yanaşı Mərkəzi Avropa dövlətləri də münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa imkan verəcəkdir.

Camalova Ədalət

ADU-nun müəllimi

BDU nun doktorantı 

Tərəqqi medallı

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti