Çinin rəqəmsal qəfəsi

ĞCorc Oruellin “1984” romanında hakimiyyətin bütün cəmiyyət üzərində sərt nəzarətini obarazlı ifadə etdiyi “Böyük Qardaş sənə baxır” xəbərdarlığı gerçəkliyə çevrilir.

Bir həftə sonra, iyulun 15-də isə Çin hakimiyyəti rəqəmsal şəxsiyyət vəsiqələrinin geniş miqyaslı sistemini işə salır. Bunun cəmiyyət üzərində nəzarətin nə qədər artıracağını Çin hakimiyyətinin Quandun əyalətinin ən böyük şəhəri olan Şencendə tətbiq etdiyi sistem çox aydın göstərir. Şencen şəhərində tətbiq olunan sistem yolu müəyyən olunmuş yerdən keçməyənlərin metroya keçidinə imkan vermir. Çin rəqəmsal qəfəsin yaradılmasını başa çatdırmaqdadır. Rəqəmsal şəxsiyyət vəsiqələrinin tətbiqi bunun son mərhələsi olacaq.

Çinin Mərkəz Asiya respublikaları ilə bağladı “Əbədi dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında” müqaviləyə uyğun olaraq Pekin eyni sistemi Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Taçikistanda qurmaq hüququ əldə edib. Qeyd edək ki, bu müqavilədən çox-çox illər öncə Çin Mərkəzi Asiya respublikalarında üz tanıma kamerları qurmağa başlayıb. Belə getsə bir neçə aydan sonra Çin Mərkızi Asiyada hər bir adamın hərəkətinə nəzarət və müdaxilə imkanı qazanacaq. Çünki, onun Mərkəzi Asiya respublikaları ilə “Əbədi dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında” müqaviləsi və üstün texnologiyası var.

Xəqani Cəfərli

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti