Görəsən Xəzər dənizi nə zaman hasarlardan azad ediləcək?

Görəsən Xəzər dənizi nə zaman  hasarlardan azad ediləcək?

 

Yayın gəlişi ilə hər il olduğu kimi indi də Bakı  sakinlərinin maraqlandıran çoxsaylı suallar ortaya çıxır. Bu suallardan biri də , yenə də kasıb əhali "hansı çimərliyə getmək olar”  aktuallığı ilə gündəmi  kəsb etməyə başlayır.  Dəniz sahilindəki  qanunsuz tikililərlə bağlı  məsələ gündəmi zəbt etsə də,  bu məsələnin həl edilməsi üçün qanunlara əlavə və dəyişikliklər edilsə də, hasarların uzunluğu  azalmır, əksinə olaraq  artır. Uzun illərdir ki, Xəzər dənizi Abşeron yarımadası ərazisində sahilboyu uzanan hasarlarla əhatə olunub. Sahilboyu hündürlüyü 4-5 metr, 100 metrlərlə, bir çox ərazidə kilometrlərlə hasarlar çəkilib. Abşeron yarımadasında  yerləşən Türkan, Hövsan, Buzovna, Bilgəh, Kürdəxanı, Pirşağı, Corat kəndlərinin və Qaradağ rayonun  ərazilərində  çimərliklər  xalqın üzünə hasarlanıb.  Baxmayaraq ki, hələ  2003-cü ildə Uluöndər  Heydər Əliyev  Xəzər sahilində şəxsi evlərin və qurğuların tikintisini qadağan edən "Azərbaycan Respublikasında Xəzər dənizinin sahilindən istifadəyə dair bir sıra tədbirlər haqqında” sərancam imzalamışdı. Həmin sərancamda ölkə vətəndaşlarının Xəzər dənizi sahillərində çimərlik və istirahət hüququnun maneəsiz gerçəkləşdirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Su Məcəlləsinin 36-cı, 50-ci və 74-cü maddələrini rəhbər tutaraq  Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Torpaq Xəritəçəkmə Komitəsinə, Bakı və Sumqayıt şəhərləri, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Abşeron, Salyan, Neftçala, Lənkəran, Masallı və Astara rayonlarının icra hakimiyyəti başçılarına Xəzər dənizi  sahilinin 130 metrlik zolağında yerləşən torpaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş inzibati və ya məhkəmə qaydasında, hüquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınmasını təmin edilməsi barədə tapşırıq vermişdi.  Amma  bu gün təəssüflə qeyd etmək lazımdır ki, ötən 16 il ərzində adı sadalanan qurumlar mərhum prezidentin bu sərəncamı yerinə yetirmədi, əksinə dənizkənarı torpaqlar satıldı, pay verildi, icarəyə verildi, hasarlandı. Bu gün Bakıətrafı kəndlərin əksəriyyətində dənizin kənarı hasarlanaraq özəlləşdirilib. Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Şıxov qəsəbələrində dənizi görmək qeyri mümkündür. Respublika ərazisində Torpaq Məcəlləsi, Su Məcəlləsi və hətta Cinayət Məcəlləsində də torpaqların zəbt edilməsi ilə bağlı müəyyən müddəalar olsa da, təəssüf ki, bu mövzuda qanun şah ola bilmir. Bakıətrafı kəndlərin və qəsəbələrin əksəriyyətində  dənizin kənarlarının hasarlanması məsələsinin ciddi problemə cevrilməsi Milli Məclisdə  dəfələrlə müzakirə olunsada  ortada ciddi bir dəyşilik yoxdur. Ötən illər ərzində  millət vəkilləri tərəfindən qanun qəbul edilsə də, müəyyən qadağalar tədbiq edilsə də buna əməl edən yoxdur. Millət vəkillərinin  dediklərinə  görə  buda ona görə ki, bu hasarların çoxu məmurlara aiddir və bu məmurlara təsir etmək mümkün deyil. Dənizin müəyyən məmurlar tərəfindən şəxsi villalar, istirahət mərkəzləri obyektləri kimi hasara alması  isə  kasıb təbəqən olan insanların  dənizdən əlini üzməsi  deməkdir. Baxmayaraq ki, dəniz Azərbaycan xalqına bəxş edilmiş bir nemətdir.  Bir neçə il əvvəl Milli Məclis tərəfindən  qanuna dəyşilik edilərək hər 200 metr məsafədən 6 metr giriş üçün ərazilərin boşaldılması, dənizə getmək üçün şəraitin yaradılması barədə qanun qəbul edilsə də bu qanun da  icra edilmir.  Bu da ona görə ki, bütün tikintilər  müvafiq icra hakimiyyət orqanları tərəfindən həyata keçrilib və həmin hasarların sökülməsi də  onların səlahiyyətlərinə daxildir. Bu məsələnin həlli ilə bağlı Bakı şəhər icra hakimiyətinin də  xüsusi sərəncamı var. Sərəncama uyğun olaraq, Bakı şəhərində yaşayan insanların dənizdən pulsuz istifadə etmək hüququ var. Heç kim bunun qarşısında bir kəlmə söz deyə bilməz. Bu sərəncama hörmət etmək hər bir sahibkarın borcudur. Əgər kimlərsə buna əməl etmirlərsə, onlar ölkə qanunlarına hörmət etməyərək  vətəndaşların hüquqlarını tapdalayaraq  pozur.  Buna əməl etməyən sahibkarlara qarşı dövlət tərəfindən tədbir görüləcək və onların əməlləri cəzasız qalmayacaqdır.  Elə Cinayət Məcəlləsinin 253-cü maddəsinə əsasən, qanunsuz olaraq Azərbaycan Respublikasının sahilyanı şelfində tikililər və ya başqa qurğular ucaltma, onların ətrafında təhlükəsizlik zonasını yaratma, habelə quraşdırılan tikililərin və dəniz gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi vasitələrinin tikintisi, istismarı, mühafizəsi və ya ləğv olunması qaydalarını pozma 4 min manatdan 6 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  Lakin çox təssüflər olsun ki, təcürbədə buna rast gəlmək olmur.  Əgər kimsə bu maddə ilə məsuliyyətə cəlb edilsəydi  bunu yəqin ki mətbuat işıqlandırardı. Çünki bu məsələ daimi gündəmdə olan məsələlərdən biridir. Görünür Prezident tərəfindən imzalanmış sərəncamlar, Milli Məclis tərəfindən qəbul edilmiş qanunlar sahilböyu əraziləri zəbt edərək  hasarlayan məmurlar a həvalə olunmur. Əgər olunsaydı ötən  16 il ərzində bu məsələ öz həllini tapardı.

 

A.Məmmədli,

"Yeni Sözçü”  qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti