Dünən, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
Sozcu.info xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan dünən Gürcüstanda baş vermiş təyyarə qəzasında şəhid olan 20 hərbçidən 19-nun cəsədinin tapıldığını, birinin axtarışının davam etdiyini bildirib. Bəlli olduğu kimi Türkiyə Hərbi Hava Qüvvələrinin C-130 təyyarəsi noyabrın 11-də qəzaya uğrayıb. Prezident Ərdoğan təyyarənin qara qutusunun tapıldığını və onun tədqiqinə başlandığı xəbərini təsdiqləyib.Ərdoğan deyib: "Hadisə barəsində xəbər gələn kimi, milli müdafiə nazirimiz, daxili işlər və xarici işlər nazirləri müvafiq tərəflərlə əlaqə yaratdılar. Dərhal axtarış-xilasetmə əməliyyatları başladıldı. Gürcüstan hakimiyyəti ilə əməkdaşlıq edərək, dərhal pilotsuz uçuş aparatlarımızı axtarışa cəlb etdik. Elə həmin axşam təyyarənin qalıqlarının tapıldığı barədə məlumat alındı".